Türkiyəyə dəstək məqsədilə yaradılmış “Qardaş köməyi” platformasının təqdimatı keçirilib FOTO
Digərləri 08 Fev 2023 15:30:00 258 0
Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə "Qardaş köməyi" platforması yaradılıb.
Bu xəbəri də oxu: Tbilisidə polisin Zurabişviliyə qarşı bu hərəkəti səsküy yaratdı
KOBİA-dan bildirilib ki, fevralın 8-i "Bakı KOB evi"ndə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi ilə əlaqələndirilməklə, AzərbaycanSahibkarlar (İşəgötürənlər) TəşkilatlarıMilliKonfederasiyasının(ASK) təşkilatçılığı ilə, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan şöbəsi (MÜSİAD Azərbaycan), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimaiBirliyi (TÜİB), eləcə də bir sıra ictimai birliklərin dəstəyi ilə təsis olunmuş"Qardaş köməyi" platformasının təqdimatı keçirilib.
Azərbaycan sahibkarlarının, biznes assosiasiyaların və ictimai birliklərin iştirakı ilə keçirilmiş tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidenti Məmməd Musayev, MÜSİAD Azərbaycan-ın rəhbəri Rəşad Cabirli, TÜİB-in sədri HüseyinBüyükfırat, ATİB-in İdarə Heyətinin üzrə Rafiq Qarayev, Gəncliyə Yardım Fondunun sədri Ahmet Tecim və digərləri çıxış ediblər.
Qeyd olunub ki, bir millət, iki dövlət ruhuna uyğun olaraq, Türkiyə və Azərbaycansevincli və kədərli günlərdə hər zaman birlikdədir, çətin vaxtlarda bir-birini dəstəkləyir. Türkiyədə baş vermiş güclü zəlzələnəticəsində çoxsaylı insan tələfatının və yaralıların olması Azərbaycanı dərindən kədərləndirib və ölkəmizqardaş Türkiyənin dərdinə şərikdir. Sadə vətəndaşdan tutmuş, dövlət və özəl qurumlara qədər hər kəs Türkiyəyə dəstək olmağa hazırdır. Azərbaycanın biznes ictimaiyyəti də yardım prosesində fəal iştirak edir, öz dəstəyini əsirgəmir.
Dünən gecə saatlarında operativ şəkildə yerli sahibkarlarımızın dəstəyi ilə isti geyimlər, qida, şəxsi gigiyena vasitələri, yaşayış üçün konteyner tipli evlərdən ibarət humanitar yardım tırlara yüklənib. Növbəti mərhələdə Türkiyənin Azərbaycandakı Səfirliyi vasitəsilə bu tırlar Türkiyəyə göndəriləcək.Təqdirəlayiq haldır ki, dəstək prosesində yerli iş adamları şirkətlərinə məxsus nəqliyyat vasitələrini, yük maşınlarını təmənnasız olaraq prosesə cəlb edirlər. Yardım prosesinin effektiv təşkili, əlaqələndirilməsi və yardımların ehtiyaca uyğun operativ təmin edilməsi məqsədilə "Qardaş köməyi" platforması yaradılıb.
Sonra MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri, "Qardaş köməyi" platformasının rəhbəri Rəşad Cabirli platforamaya dair təqdimatla çıxış edib, zəlzələdən zərər çəkənlərə yardım etmək üçün platformanın Azərbaycan və Türkiyənin aidiyyəti dövlət qurumları ilə birgə koordinasiyalı fəaliyyət göstərəcəyini diqqətə çatdırıb. Bildirilib ki, platforma "Səninləyəm Türkiyəm!" yardım kampaniyasına dəstək məqsədilə zəlzələdən zərər çəkənlərə kömək üçün pul, tibbi ləvazimatlar və s. zəruri əşyaların lazımi ünvanlara çatdırılması üçün aktiv fəaliyyət göstərəcək. R.Cabirli "Qardaş köməyi" platformasına qoşulmaq istəyənlər üçün açılmış bank hesabı, eləcə də əşya və s. yardımlar üçün ayrılmış yerlər barədə də məlumat verib.
Tədbir çərçivəsində "Qardaş köməyi" platformasına dair videoçarx təqdim edilib, platforma adından bəyanat səsləndirilib.
İnfeksionist bildirib ki, payız-qış mövsümündə qrip virusu aktivləşir
""Sovetski" ətrafındakı evlər pis gündə idi. Kanalizasiya s
Xilasetmə zamanı maraqlı anlar görüntülənib.
Zəlzələ bölgəsindəkilərin ən çox ehtiyacı olan əşyalar ədyal, uşaq
Əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılıb.
Uzun illərdir Türkiyədə yaşayan müğənni İradə İbrahimova ölkədə ba
Həyətləri zəbt edərək sakinlərin hərəkətinə çətinlik yaradırlar. S
Fevralın 8-də Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə y
Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı yardım kampaniyas�
Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəla
Yasamal rayonu Ələsgər Ələkbərov küçəsində qəzalı vəziyyətdə olan
Laçın rayonunun Zabux kəndində evdən qumbara tapılıb.