Xilasedicilərimiz 26 nəfəri dağıntılar altından sağ çıxardı
Digərləri 08 Fev 2023 13:46:00 298 0
Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Bu xəbəri də oxu: Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
Nazirlikdən Son.az-a verilən məlumata görə, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 47 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, əməliyyatlarda FHN-in xüsusi təlim görmüş xilasetmə itləri də tətbiq olunur.
Axtarış-xilasetmə əməliyyatlarının gedişi barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.
Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 8-də isə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə göndərilib.
Fevralın 7-də ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə yola düşüb. Daha sonra isə nvöbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.
Yasamal rayonu Ələsgər Ələkbərov küçəsində qəzalı vəziyyətdə olan
Laçın rayonunun Zabux kəndində evdən qumbara tapılıb.
Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin bir neçə bölgəsində 7,8 b
Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) azər
Tofiq Quliyevin xatirəsi Azərbaycanda əbədiləşdirilib. Onun yaşadığı b
Türkiyədə zəlzələ bölgələrində 60 minə yaxın çadır qurulub.
"MONEX" və "UPT" pul köçürmə sistemləri 8 fevral tarix
Tofiq Quliyevin əsərləri doğrudan da bizim böyük sərvətimizdir. Bu əsə
Şəhərimizin mərkəzində ucaldılan bu abidə Azərbaycan xalqının dahi b�
Türkiyənin Şanlıurfa bölgəsində bir yaşlı uşaq zəlzələ nəticəsind
Yunanıstanın ən populyar "Kathimerini" qəzeti Charlie Hebdo-nun T�
2023-cü il fevralın 6-da Türkiyədə zəlzələ baş verdikdən dərhal sonra
Xarici universitetlərdən aldıqları diplomun tanınması üçün daha əvvəl
Məşhur meyxanaçı Balaəli yolun hərəkət hissəsində avtomobilini saxlaya
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Bakıda