“Dilarə məni Tünzalənin geyimində görəndə hönkürdü”
Şou-biznes 06 Fev 2023 19:20:00 336 0
Əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) "Qaratikan" serialındakı obrazını bundan sonra tanınmış aktrisa Sonaxanım Əliyeva canlandıracaq.
Bu xəbəri də oxu: “Gəlin çimir, qayınata baxır" Elgiz
Son.az xəbər verir ki, o, özü bu haqda moderator.az-a açıqlama verib.
"Allah Tünzaləmizə qəni-qəni rəhmət etsin, ruhu şad olsun. Rejissor Ramin Hacıyevdən təklif gəldi. Təbii ki, Dilarə Əliyevanın tövsiyyəsi və məsləhəti ilə o məni bu rola dəvət etdi. İlk öncədən də belə danışmışdım ki, mən parodist deyiləm, aktrisayam. Heç kimi də parodiya etmirəm. Hər aktrisanın öz daxili dünyası, oyun tərzi var. Məndən də xahiş etmişdilər ki, bu rolu özün kimi oyna. Bu təbii haldır ki, tamaşaçılarımız o serialda Tünzaləni görüblər, gözləri ona öyrəşib. Çox gözəl bilirəm ki, bu ağır bir yükdür, mənim üçün çox çətin olacaq. Müəyyən bir vaxt olacaq ki, tamaşaçı qəbullansın, öyrəşsin. Tünzalə bizim üçün sıradan bir aktrisa olmayıb, hamımızın əzizi, istəklisi olub. Onun geyindiyi paltarları geyinmək mənim üçün o qədər ağırdır ki. Hətta ilk çəkiliş günü Dilarə xanım Tünzalənin geyimlərini mənim əynimdə görüb ona oxşatdı. O qədər ağladı ki" deyə sənətçi bildirib.
Sonaxanım Əliyeva bildirib ki, fevralın 15-də Tünzalə Əliyevanın doğum günüdür.
"15 fevral ad günüdür. Ona heç "Allah rəhmət etsin" demək istəməzdim. İstərdim ki, onu təbrik edib, "Allah can sağlığı versin" deyim. İnşallah, ailəsi, sənət dostları ilə birgə məzarını ziyarət edəcəyik. Ailəsi, sənət yoldaşları çalışır ki, 40 mərasiminə qədər məzarüstü abidəsi götürülsün. Bütün arzularımız bundan sonra qızı Zəhra ilə bağlıdır. Hamımız bu dünyada müvəqqəti yaşayırıq. Sabah mən də olmasam rolumu həmkarlarımdan kimsə oynayacaq. Bu işdir, serial dayana bilməzdi. Hələ sağ ikən, səsi batanda Dilarə xanıma, Ramin bəyə özü demişdi ki, mənim yerimə aktrisa dəvət edin. O sağ ikən halallıq vermişdi. Allah heç kimi can sağlığı ilə imtahana çəkməsin, bala dərdi göstərməsin" deyə aktrisa bildirib.
Dünyada İnstaqram platformasında ən çox vaxt keçirən ölkə açıqlanıb.
Türkiyədə zəlzələ baş verən ərazidə olanlardan biri də türkiyəli ak
Türkiyədə azərbaycanlı tələbələr dağıntılar altında qalıb.
Bu gün Türkiyənin cənub-şərqində 7.7 bal gücündü zəlzələ baş verib
Xəbər verdiyimiz kimi, Xalq artisti Nazpəri Dostəliyevanın müğənni bacı
Əməkdar artist Fərqanə Qasımova kürəkəni Ümid Şirinovun müşayiətind
Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Kahramanma
Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının İran İslam Respublikas
Ta qədim zamanlardan zəlzələ hökumətlərin qorxduğu ən güclü fəlakət
Quru Qoşunlarının 2023-cü il üçün döyüş hazırlığı planına uyğun
Sahibkarlar biznes sahəsində təlimlərə, bilik və bacarıqlara olan ehtiyac
"Normal qadın efirdə özünə ər axtarmaz. Bu, kişiyə də aiddir. Norm
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeyd�
"Media haqqında" Qanun və Media Reyestrinə qarşı çıxanlar ötə