“Mahmudovçu” general 20 milyon manatlıq zərəri ödəmək istəmir
Kriminal 06 Fev 2023 07:27:00 327 0
Bu gün, fevralın 7-də uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general-mayor Mövlam Şıxəliyev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov, şöbə rəisinin müavini Sahib Ələkbərovun məhkəməsi davam etdiriləcək.
Bu xəbəri də oxu: Gəncədə orta yaşlı kişi bıçaqlandı
Son.az musavat.com-a istinadən bildirir ki, hazırda məhkəmədə müttəhimlər çıxış edir. Ötən prosesdə Mövlam Şıxəliyev çıxış edərək ittiham üzrə özünü təqsirli bilməyib, ona bəraət verilməsini istəyib. Məhkəmə prosesi digər müttəhimlərin çıxışları ilə davam etdiriləcək.
Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayətlərini təqdim edən təkcə Mövlam Şıxəliyev və suç ortaqları deyil. Onun ailə üzvləri də, dövlət ittihamçısı da, iş üzrə zərərçəkənlər də apelyasiya instansiyasına şikayətlərini təqdim ediblər. Prosesə hakim İlqar Murquzov sədrlik edir.
Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı hökm sentyabrın 21-də, Bakı Hərbi Məhkəməsində çıxarılıb. Hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi də alınıb. Onun tabeliyində işləmiş hər 3 polkovnikə də uzunmüddətli həbs cəzaları kəsilib. Keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. İstintaq və məhkəmə dövründə azadlıqda olan hər 3 polkovnik hökm elan olunanda məhkəmə zalında həbs olunublar.
Hökmdə sabiq MTN-çilərin əmlaklarının müsadirəsi məsələsi də yer alıb. Mövlam Şıxəliyevin özü və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına 7 milyon manatdan çox dəyəri olan əmlaklar müsadirə olunub. Onların arasında Bakının mərkəzində - "Sahil" metrostansiyasının üstündəki binada 8 mənzil, Fəvvarələr meydanında, Nizami küçəsində, Ağdaşda evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar var.
Maraqlıdır ki, Mövlam Şıxəliyevlə bərabər onun ailə üzvləri də hökmdən apelyasiya şikayəti veriblər. Onlar müsadirə olunan əmlakları geri tələb edirlər. İddia edirlər ki, həmin əmlaklar cinayət yolu ilə əldə olunmayıb. Şıxəliyevin ailə üzvləri çoxsaylı əmlakların onlara yaxın qohumları tərəfindən bağışlandığını qeyd etməklə geri almaq niyyətlərini apelyasiya şikayətlərində qeyd ediblər.
Bakı Hərbi Məhkəməsinin hökmündən zərərçəkmişləri narazı salan əsas məqam isə Mövlam Şıxəliyev və ailə üzvlərinin adına olan, üzərinə həbs qoyulmuş əmlakların əhəmiyyətli bir hissəsinin geri qaytarılmasıdır. Zərərçəkənlər vaxtilə MTN-də onlardan və yaxınlarından hədə-qorxu ilə alınmış pulların geri qaytarılması tələbi ilə Bakı Hərbi Məhkəməsində baş tutan prosesinin əvvəlində mülki iddialar qaldırmışdılar. Bununla yanaşı Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış etmişdilər.
Məhkəmə vəsatətləri baxılmamış saxlasa da, zərərçəkənlərdən mülki iddia qaldırmış 16 nəfərinin iddiasını qismən təmin edib. Mülki iddialarının qismən təmin olunması da zərərçəkənləri hökmdən narazı salıb. Ümumilikdə isə zərərçəkənlər Mövlam Şıxəliyev və hər 3 polkovnikin daha ağır cəzalara məhkum edilmələrini də tələb edirlər.
Eyni zamanda zərərçəkənlər müsadirəyə götürülmüş əmlakların yenidən qiymətləndirilməsini tələb edirlər. Bildirirlər ki, müsadirə olunan əmlaklara real bazar dəyərindən 2 dəfə ucuz qiymət qoyulub. Əmlakların yenidən qirymətləndirilməsi üçünb alternativ ekspertiza təyin olunması da zərərçəkənlərin apelyasiya şikayətlərində yer alıb.
Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesə Mövlam Şıxəliyevin həyat yoldaşı, qızı və oğlu maraqlı şəxs qismində qoşulublar. Onlar da əmlak davasında tərəfdirlər və müsadirəyə götürülən yerdə qalan əmlakları da geri tələb edirlər.
Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Milli Təhlükəsizlik və Müdaf
Vəkillər Kollegiyasının üzvü Vüsal Mirzəyevin intiharı ilə bağlı Sum
Ukraynanın Ali Radası yaxın vaxtlarda keçiriləcək növbəti plenar iclasda
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Kahramanmaraş şəhəri
İki qardaş ölkə - Türkiyə və Azərbaycan ordularının 2023-cü ilin ilk
Aparıcı-aktyor İlkin Həsəni sosial şəbəkədə arxiv fotosunu yayımlayı
"Mənə borclu olanın adını desəm evi yıxılar (gülür). 5000, 2000,
Mərhum sənətçi Kayahanın evini qızı Beste Açar satışa qoyub.
Almaniyada sərt qış və mənzillərin soyuq olacağı ilə bağlı proqnozlar
Müğənni Manaf Ağayev növbəti açıqlaması ilə adından söz etdirib.
Son.az Kulis.az-a istinadən Gəncə üsyanının iştirakçısı, Milli Birlik
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
İki qardaş ölkə - Türkiyə və Azərbaycan ordularının 2023-cü ilin ilk