Azərbaycanlı əsirləri xilas etdi, vətənini tərk etməli oldu,
Kriminal 06 Fev 2023 00:31:00 384 0
Son.az Kulis.az-a istinadən Gəncə üsyanının iştirakçısı, Milli Birlik Məclisinin üzvü Valiyyə Kazımbəyli haqqında maraqlı faktları təqdim edir.
Bu xəbəri də oxu: Dubayda iş qurmaq adı ilə 2,5 milyonunu almışdı bəraəti ləğv edildi FOTO
Valiyyə Kazımbəyli 1900-cü ildə Gəncə şəhərində anadan olub. Fətəli xan Xoyskinin qardaşı general Hüseynqulu xan Xoyskinin qızıdır.
***
Valiyyə xanım 1919-cu ildə Azərbaycan Milli Ordusunun zabiti Cahangir bəy Kazımbəyli ilə ailə həyatı qurur. Onların Abbas, Mustafa, Əli adında üç övladı dünyaya gəlir.
O, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti dövründə müxtəlif vəzifələrdə çalışıb. 1920-ci ildə AXC-nin süqutu, Fətəli xan Xoyskinin qətlindən sonra Valiyyə xanımın həyat yoldaşı Gəncə üsyanında iştirak edir. Üsyan yatırıldıqdan sonra ailə üzvləri biri-birindən ayrı düşür.
***
Cahangir bəy əvvəl Gürcüstana, sonra isə Türkiyəyə gedir. Ailə üzvləri bir il sonra İstanbulda görüşüb biri-birlərini tapırlar. 1925-ci ildə Atatürkün göstərişi ilə Hüseynqulu xan və oğlu İsgəndər hərbi məktəblərdə tərcüməçi kimi işləməyə başlayırlar.
***
Ancaq bir müddət keçir, Valiyyə xanım ailəsi ilə birgə Polşaya köçür. Cahangir bəy Polşa ordusunda xidmət edir. Sonra Azərbaycan Legionunun lideri Əbdürrəhman Fətəlibəyli Düdənginiskinin yanında yer alır. II Dünya müharibəsi zamanı əsir düşsə də, əsirlikdən qaçaraq bir müddət Almaniyada, daha sonra İtaliyada yaşayır.
Valiyyə xanım həyatı boyu bütün mübarizələrdə həyat yoldaşının yanında olur. Mühacirətdə olduğu müddətdə hər il mayın 28-də gəzintilər edərək üçrəngli bayrağımızı daşıyır.
***
II Dünya müharibəsi illərində Valiyyə xanım almanlara əsir düşmüş, Varşava hərbi xəstəxanasında yatan xəstə, yaralı Azərbaycan əsgərlərinə kömək edir. Qardaşı Zahid xan öz xatirələrində bacısı haqqında bunları qeyd edir:
"Bacım Valiyyə xanım Varşavadakı evimizdə Yardım Komitəsi qurdu, xəstəxanalarda olan azərbaycanlılara əlimizdən gələn yardımı etdik. Mən şəxsən həftədə iki-üç dəfə gedərək bizim vətəndaşlarla danışır, onların mənəvi vəziyyətlərinə dəstək verirdim. Komitəmiz İsveçrə "Qızıl xaç" təşkilatından gələn hər növ yardımları onlara paylayır, bacım bəzi çox xəstə olan əsgərlərə evdə yemək bişirib özü aparırdı".
***
1943-cü ildə Berlində keçirilən ümumazərbaycan qurultayında yaradılmış Milli Birlik Məclisinin üzvü olur.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
İki qardaş ölkə - Türkiyə və Azərbaycan ordularının 2023-cü ilin ilk
Müəssisə satış məqsədilə mənzillər alır və aldığı mənzilləri in
Ukraynanın müdafiə naziri Aleksey Reznikov İsrailin Kiyevi raket və PUA hü
Roma Papası Fransisk Ukraynadakı münaqişənin həlli üçün Rusiya Preziden
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İraqda işgüzar səfərdədir.
ABŞ-ın "General Dynamics" şirkəti Ukrayna üçün yeni "Abram
O ki, qaldı Belarus Prezidenti Aleksandr Lukaşenkonun xarici kapitallarına, m
Avstriyanın qərbində qar uçqunu ilə bağlı vəziyyət son dərəcə gərgi
Türkiyənin paytaxtı Ankarada və İstanbul şəhərində əlverişsiz havaya
Son.az bildirir ki, lent.az-ın "Bir sual, bir cavab" rubrikasında bu
Türkiyənin İstanbul hava limanı və Sabiha Gökçen hava limanında ümumi
Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko ara