Qusar mətbəxinin ən dadlı təamı skan və ya məşhur ləzgi pizzası VİDEO FOTO
Digərləri 05 Fev 2023 23:24:00 357 0
Bu xəbəri də oxu: Ağstafada 39 yaşlı kişi faciəvi şəkildə öldü
Şəkidə piti, Lənkəranda ləvəngi nə qədər məşhurdursa, Qusarda da skan bir o qədər sevilir. Skan ləzgi mətbəxinin ən dadlı təamlarındandır. Tək qusarlılar yox bütün şimal rayonlarının sakinləri qış aylarında bu kalorili yeməyi tez-tez bişirirlər.
Son.az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri Qusarın Həsənqala kəndində Zəkiyevlər ailəsinində skanın bişirilməsi qaydası ilə tanış olub, məşhur ləzgi yeməyinin dadına baxıb.
Qusarda skan bişirilməsinə xüsusi mərasim kimi yanaşılır. Evin xanımı Rəhilə Zəkiyevə skanı ən yaxın rəfiqəsi və qonşusu Ədilə Allahverdiyeva ilə birlikdə bişirir.
Qusarda skanın onlarla növü var. Görünüş eyni olsa da, tərkibinə qatılan ərzaqlara görə dadları fərqli olur. Ən çox bişirilən skan isə ət və kartofla hazırlanır.
Skanın hazırlanması üçün un, yağ, qoyun və ya mal əti, kartof, soğan, duz, istiot və zövqə görə başqa ədviyyələr tələb olunur. Əvvəlcə un, su, duz qatılaraq xəmir yoğurulur. Həmin xəmirdən skanın alt və üst qatına döşənəcək fəsəlinin yağlı kündələri hazırlanır. Kündələrdən biri yayılaraq skan bişirilən qabın içinə döşənir. Bundan hazırlanmış içlik qabdakı fəsəlinin üstünə yayılır. İçliyin üzərinə ikinci fəsəli döşənərək kənarları birləşdirilir. Bundan sonra skan bişirilmək üçün sobaya qoyulur və yarım saat ərzində bişir.
"Skanın müxtəlif növləri var. Əsas fərq içlikdə olur. Biz daha çox ət, soğan, çiy kartof, göyərti, duz və istiotdan istifadə edirik. Zövqə görə müxtəlif ədvalar qatıla bilər. Məsələn biz bu gün kəklikotu da əlavə etmişik. Ən əsası skanın alt və üst qatı fəsəlidən olanda çox dadlı olur. Bəziləri ətdən istifadə etmir. Əvəzində əvəlik qatılır. Əvəliklə Dağıstanda daha çox bişirilir. Bizdə isə ət və kartofla. Çox kalorili, doyumlu yeməkdir",- deyə uzun illərin aşpazı Ədilə Allahverdiyeva söyləyir.
Yeməyə el arasında skan piroqu və ya ləzgi pizzası da deyirlər. Yeməyin adı ləzgi dilində "çın-kan" yəni "odun üstü" mənasını verir. Göbələkli, lobyalı, pendirli, qozlu skanlar da var. Bu cür skanları adətən restoranlarda bişirirlər. Evlərdə isə skanın klassik növü (ət və kartofla) bişirilir.
O ki, qaldı Belarus Prezidenti Aleksandr Lukaşenkonun xarici kapitallarına, m
Avstriyanın qərbində qar uçqunu ilə bağlı vəziyyət son dərəcə gərgi
Türkiyənin paytaxtı Ankarada və İstanbul şəhərində əlverişsiz havaya
Son.az bildirir ki, lent.az-ın "Bir sual, bir cavab" rubrikasında bu
Türkiyənin İstanbul hava limanı və Sabiha Gökçen hava limanında ümumi
Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko ara
Avropa İttifaqına (Aİ) üzv ölkələrin ordusu uzun müddətdir Ukraynadadı
Konqo Demokratik Respublikasında BMT helikopteri atəşə tutulub.
Marketlərdə kərə yağının qiyməti xeyli bahalaşıb.
Çində ötən gün 49 avtomobilin iştirakı ilə baş verən qəzalarda 16 nə
Fevralın 6-da Ukrayna hərbçiləri Almaniya istehsalı olan "Leopard"
"Buta Airways"-in J2 9105 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen a