Sumqayıtda dəhşət: Əri ölən qadın qonşuların oğlanları ilə...
Kriminal 05 Fev 2023 18:00:00 333 0
Sumqayıt şəhərində 1993-cü il təvəllüdlü Salman 1973-cü il təvəllüdlü qonşusu Leylanı (adlar şərti verilib - red.) qətlə yetirib.
Bu xəbəri də oxu: Tanınmış cərrahı qətlə yetirən ərinə cəza istənildi
Son.az Teleqraf.com-a istinadən bildirir ki, qətl hadisəsi 2021-ci ilin iyunun 23-də baş verib.
Həmin gün saat 23 radələrində Leylanın H.Z.Tağıyev qəsəbəsi ərazisində ölməsi barədə Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub. Zərərçəkmişin qonşusu Salman tərəfindən şəxsi münasibətlər zəminində münaqişə zamanı öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Salmanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
"Əri öləndən sonra əlaqəni kəsdik"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Salman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qardaşıları ilə birlikdə yaşayıb: "Atam 2009-cu ildə, anam isə atamdan təxminən 6 ay sonra vəfat etdi. Qonşumuz Leyla qızı Bahar, oğlu Əli ilə birlikdə yaşayırdı. Evlərimizi daş hasar ayırır.
Leylanın əri öldükdən sonra onlarla münasibəti kəsdik. Daha onların evinə getmirdik. Buna səbəb Leylanın mənə böhtan atmağa meyl etməsi, düzgün həyat tərzi keçirməməsi idi".
"Leyla həyətimizə gəldi"
Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 2021-ci ilin mayında Leyla evlərinin arasında olan dəmir çəpərin öz həyətinə düşən hissəsinə it bağlayıb: "İt mənim evə gedib-gəlməyimə, həyətində iş görməyimə mane olurdu. Mən də Leyla ilə əlaqə qurmamaq üçün həyətdə söhbət zamanı qardaşıma dedim ki, Leylaya çəpərə it bağlamağın düzgün olmadığını çatdırsın.
Bu vaxt əmim oğlu da bizimlə birlikdə idi. Leyla bizi eşitdiyi üçün yaşadığı evin pəncərəsindən mənə qarşı nalayiq ifadələr işlətdi, itini həyətinin istənilən yerində bağlayacağını dedi".
Salmanın ifadəsinə görə, Leyla onların yaşadıqları evin həyətinə gəlib, sanitar qovşağın qarşısında olan dəmir vedrəni ayağı ilə əzməyə və ona qarşı nalayiq ifadələr işlətməyə başlayıb: "Mən də çox əsəbləşdim. Leylanı döymək istədim. Lakin qardaşımla əmim oğlu Leylanıhəyətdən çıxarıb evinə apardılar. Mən də əsəbimdən "Xiomi" markalı mobil telefonumu yerə çırparaq sındırdım".
"Qardaşım məsciddə yaşamağa başladı"
Salman deyib ki, Leyla ilə qızı Bahar arasında da münasibətlər yaxşı olmayıb: "Onlar mütəmadi olaraq mübahisə edirdilər. Leyla da qardaşımı çağıraraq Baharın mübahisə yaratdığını deyirdi. Onların mübahisələri mütəmadi hal almışdı. Nə vaxt aralarında mübahisə olurdusa, Leyla qardaşımı çağırırdı. Qardaşım Faiq Leylayla münasibət saxlayırdı. Faiqin onların arasında olan mübahisələrə qarışması məni çox narahat edirdi. Bu səbəbdən qardaşıma Leylanın evinə getməməyi, onların mübahisələrinə qarışmamağı məsləhət görmüşəm.
Leyla ilə Baharın mübahisələri mənimlə qardaşımın arasında da mübahisə yaranmasına səbəb oldu. Bu söz-söhbətlərə görə digər qardaşım Səlim yaşadığımız evdən çıxaraq H.Z.Tağıyev qəsəbəsində yerləşən məsciddə yaşamağa başladı".
Salmanın ifadəsinə görə, Səlim hər səhər işə gedib, axşamlar isə məsciddə qalıb: "Mən bibim Sevdanın evinə getdim, baş verənlər barədə ona məlumat verdim. Təxminən hadisədən iki həftə əvvəl bibim yaşadığımız evə gəldi. Məndən nə baş verdiyini soruşdu. Mən də olanları yenidən ona danışdım.
Leylanın qızı Baharla bütün mübahisələrində Faiqi çağırdığını, bu səbəbdən Faiqlə aramızın pozulduğunu dedim.
Bibim mənimlə birlikdə Leylanın baldızlarının yanına gedərək bu məsələ barədə məlumat verməyimizi, onlardan kömək istəməyimizi dedi. Mən də bibim ilə razılaşdım. Birlikdə Leylanın baldızları Samirə və Xumarın evlərinə getdik.
Söhbət zamanı bibim baş verənlər barədə Samirə və Xumara danışdı, onlardan kömək istədi. Lakin Samirə Leylanın abırsız qadın olduğunu, onunla münasibət saxlamadıqlarını dedi, köməkdən imtina etdi.
Samirə və Xumarın evinə getdiyimiz üçün Leyla ilə qardaşm arasında mübahisə yarandı. Qardaşım məndən nəyə görə onların evinə getdiyimizi soruşdu. Faiqə məcbur qaldığımı dedim.
ABŞ və kollektiv Qərbin siyasəti yalan üzərində qurulub.
Arıqlamaq üçün bir çox bitki çayı reseptləri mövcuddur.
Müğənni Səidə Sultan estetik prosedur etdirən kişiləri tənqid edib.
Müasir dövrdə qadınların ən önəmli məqsədi gözəl simaya sahib olmaqd
Azərbaycan keyfiyyətli şəkildə şəhərlərini yenidən qurur.
Xəbər verdiyimiz kimi, ötən həftə aparıcı və xeyriyyəçi Hacı Nuran M
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 18 yeni yolux
Yanvarın 18-nə keçən gecə Abşeron rayonu Masazır qəsəbəsində küçəy
Rusiya Ukrayna Silahlı Qüvvələri tam məğlubiyyətə uğrayana qədər Ukra
Saçlarınızı tez-tez fenləmək məcburiyyətində qalırsınızsa, deməli
"TRT1" kanalında yayımlanan "Alparslan Büyük Selçuklu"
Mütəxəssislər onlar üçün qəbuledilməz olan pirsinqləri açıqlayıb.�
Ukrayna müdafiəçiləri son sutkada Rusiyanın 700 hərbçisini zərərsizlə�
Son.az Kulis.az-a istinadən məşhur şair Nazim Hikmət haqqında marqlı fakt
Sentyabr döyüşlərindən sonra Rusiya sülhməramlıları vasitəsilə Qaraba