Azərbaycan keyfiyyətli şəkildə şəhərlərini yenidən qurur
Siyasət 05 Fev 2023 17:14:00 323 0
Azərbaycan keyfiyyətli şəkildə şəhərlərini yenidən qurur.
Bu xəbəri də oxu: Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib SƏRƏNCAM
Bunu Trend-ə bazar günü Böyük Britaniyadan olan səyyah Vilyam Qilkrast deyib.
"Mən özüm tikinti biznesi ilə məşğulam və bu gün Laçında və ondan əvvəl başqa yerlərdə gördüklərimi həqiqətən yaxşı iş hesab etmək olar", - deyə səyyah bildirib.
V.Qilkrast vurğulayıb ki, yenidənqurma işlərinin davam etdiyini, evlərini tərk etmək məcburiyyətində qalan insanların tezliklə evlərinə qayıda biləcəyini görmək sevindirici haldır.
O, işğaldan azad edilmiş torpaqlardakı mənzərəyə də heyran olduğunu bildirib.
"Biz əslində 3260 metr yüksəklikdə olan dağ keçidinə çıxdıq, bu, tamamilə heyrətamiz idi. Temperatur -10 idi. Mən bir çox ölkələrə səyahət etmişəm və bu, gördüyüm ən yaxşı mənzərələrdən biri idi. Mən Azərbaycan hökumətinə və bizim üçün bu turu təşkil edən insanlara təşəkkür etmək istəyirəm. Tamamilə möhtəşəm vaxt keçirdik", - deyə səyyah bildirib.
Qeyd edək ki, geniş tərkibdə beynəlxalq səyahətçilər qrupunun bu gün Laçın şəhərinə səfəri başlayıb. 30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir.
Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən iki ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Səfərlərin biri 2021-ci ildə, dördü isə 2022-ci ildə olub.
Xatırladaq ki, səyahətçilərin ötən gün işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb. Onlar dünən Füzuli-Xocavənd-Şuşa marşrutu üzrə hərəkət ediblər.
Xəbər verdiyimiz kimi, ötən həftə aparıcı və xeyriyyəçi Hacı Nuran M
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 18 yeni yolux
Yanvarın 18-nə keçən gecə Abşeron rayonu Masazır qəsəbəsində küçəy
Rusiya Ukrayna Silahlı Qüvvələri tam məğlubiyyətə uğrayana qədər Ukra
Saçlarınızı tez-tez fenləmək məcburiyyətində qalırsınızsa, deməli
"TRT1" kanalında yayımlanan "Alparslan Büyük Selçuklu"
Mütəxəssislər onlar üçün qəbuledilməz olan pirsinqləri açıqlayıb.�
Ukrayna müdafiəçiləri son sutkada Rusiyanın 700 hərbçisini zərərsizlə�
Son.az Kulis.az-a istinadən məşhur şair Nazim Hikmət haqqında marqlı fakt
Sentyabr döyüşlərindən sonra Rusiya sülhməramlıları vasitəsilə Qaraba
Nahardan sonra göz qapaqlarınız ağırlaşır? Şirniyyat yemək istəyirsini
Üzümüzün dərisində zamanla qırışlar və incə cizgilər görünür. Qı
Xərclənən pulların təhlili lüzumsuz xərcləri azaltmağa kömək edir.
Qarabağın tezliklə öz doğma sakinlərinə qovuşacağına ümid edirəm.
Zaqatala rayonunda 1949-cu il təvəllüdlü Aydın şəxsi münasibətlər zəm