Azərbaycanda ata qızlarına işgəncə verib, spirtli içki içməyə
Digərləri 04 Fev 2023 19:47:00 334 0
"Sığınacağa 3 qız uşağı qəbul etdik. Böyük qız digər bacılarının qoruyucusudur. Qızımız bildirir ki, atası bacılarına şiddət göstərdikdə hər zaman onları qorumağa çalışıb, lakin çox zaman bunu bacarmayıb. Güc tədbiq edərək spirtli içki içməyə məcbur edildiklərini də ağlayaraq dilə gətirib. Bundan əlavə atalarının qapı tutacağını dəfələrlə çıxarıb, onları soyuq otaqda gecələməyə məcbur edib".
Bu xəbəri də oxu: Çox içmək kişilərdə keçəlliyə səbəb olur
Bu sözləri "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova şəxsi "Facebook" hesabında yazıb.
Gundem.az xəbər verir ki, Oxu.Az-ın əməkdaşı məsələni aydınlaşdırmaq üçün "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə danışıb.
M.Zeynalova qızların atasının zərərli vərdişlərin aludəçisi olduğunu deyib:
"Bu, ilkin məlumatdır. Uşaqların özləri psixoloqa deyiblər. Anaları da təsdiqləyib. Xanımın özünü də bu kimi işlərə vadar edirmiş. Səbəb ən zərərli vərdişlərə aludəçi olmasıdır".
Mehriban Zeynalova qeyd edib ki, qızlar anası ilə birlikdə sığınacağa yerləşdirilib:
"Zorakılıq olan yerdə nəyinsə qarşısını almaq çətin olur. Adam hər dəfə zorakılıq edib. Etiraz etdikcə daha da şiddətli hal alır. Təbii ki, qarşısını almağa cəhd göstəriblər, lakin alınmayıb. Bu səbəbdən övladları ilə birlikdə evi tərk edib. Hazırda övladları ilə birlikdə sığınacaqdadırlar. Yerli qurumlar məsələni araşdırmalıdırlar".
Ümumdünya Səhiyyə Təşkilatının son tövsiyələrinə görə, normal arte
Duz elə qida məhsullarındandır ki, müalicəvi xarakterə malikdir. Əhli-be
Sülh sazişindən imtina siyasəti Ermənistanı yeni fəlakətlərlə üz-üz�
Qarabağ bölgəsi təkcə təbii gözəlliyi ilə deyil, həm də burada yollar
Həkim uşaqlarda geri dönüşü olmayan qocalıq xəstəliyindən danışıb.
Baş ağrısı ən yayılmış şikayətlərdən biridir. Əksər hallarda baş
Türk müğənni Emrahın oğlu Tayfun Erdoğanın nişanından sonra sosial ş�
Türkiyəli daxili xəstəliklər və kardiologiya mütəxəssisi sağlam qidala
İmam Əli (ə) buyurur: "Dostunla dostluqda həddi qoru! Ona görə ki, ol
Bağışlayan və mehriban Allahın adı ilə. Həmd olsun aləmlərin rəbbi ol
Güclü antioksidantlarla zəngin olan qara zirənin toxumları orqanizmi bir s�
"Türkmənçay" müqaviləsindən öncə bu torpaqlarda ölkələrin y