Pensiyaların artması üçün yenilik edilir Qanuna dəyişiklik
Digərləri 04 Fev 2023 10:41:00 400 0
"Sosial sığorta haqqında" qanuna dəyişiklik edilərək Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiya kimi istifadə edilməsi vətəndaşlar üçün faydalı olacaq.
Bu xəbəri də oxu: Bakıda bu avtobuslar dəyişdi
Qanuna dəyişikliyi şərh edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Trend-ə bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitləri olur və bu vəsaitlər bu ildən digər ilə keçir.
"Yəni vəsaitlər faydasız qalır. Amma həmin vəsaitlər müəyyən investisiyalara yönəldilsə, oradan gələn gəlirlər də həm pensiyaların artmasına, həm də pensiya kapitalının məbləğinin çoxalmasına, eyni zamanda, müavinətlərin artmasına xərclənə bilər. Vətəndaşın sığorta haqları yığılır və ölü kapital kimi qalır ki, bunun da vətəndaşa heç bir faydası yoxdur. İndi isə həmin vəsait müxtəlif investisiya layihələrinə qoyulacaq və oradan gələn gəlir də proporsional olaraq bölünüb vətəndaşın pensiya kapitalının üzərinə gələcək ki, vətəndaş pensiyaya çıxanda pensiyanın və ya müavinətinin məbləği artacaq", - deyə M.Quliyev bildirib.
Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 3-də keçirilən iclasında "Sosial sığorta haqqında" qanuna yeni bəndin əlavə edilməsi müzakirə edilib. Yeni bəndə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət sosial müdafiə fondunun sərbəst vəsaitlərini investisiyaya yönəldə bilər.
İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanır və onların uçotu ayrıca aparılır. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçirilir.
Quru Qoşunlarının 2023-cü il üzrə döyüş hazırlığı planına uyğun o
Müğənni Xatirə İslamın növbəti açıqlaması diqqət çəkib.
Lənkəran Dövlət Dram Teatrının direktorunun vəzifəsinə xitam verilib.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasit
İtaliyada mühakimə olunan və bir neçə il Fransada özünü aşpaz kimi tə
Bu gün (4 fevral) yerli vaxtla 06:15 radələrində İranın qərbində yerlə�
Aparıcı Leyla Quliyevanın növbəti açıqlaması diqqət çəkib.
Rusiya Dövlət Dumasında xaricdə tez-tez tətil edən məmurların "çip
Amerikalı məşhur aktrisa və müğənni Vanessa Hadcens 26 yaşlı idmançı
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Kom
Serbiya ilə Azərbaycan arasında əməkdaşlıq, ilk növbədə, Prezident İl
Amerika Birləşmiş Ştatları Ukraynaya daha bir böyük hərbi yardım paketi