“Bolt” 113 min manat
Digərləri 03 Fev 2023 08:59:00 406 0
Beynəlxalq taksi aqreqatoru platforması kimi fəaliyyət göstərən "BOLT" şirkəti Azərbaycanda haqsız rəqabət inhisarçılıq cəhdlərinə görə böyük məbləğdə cərimə edilib.
Bu xəbəri də oxu: Günün qoroskopu: planları hazırlayanda detallara fikir verin
"189 taksi"yə məxsus olan "Delivery Azerbaijan" MMC çatdırma şirkəti Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək "Bolt Services AZ" MMC barədə şikayət edib.
Şikayətdə bildirilib ki, "Bolt Services AZ" MMC qanunsuz üsullarla digər bazar subyektlərini bazardan çıxarmaqla haqsız rəqabətə yol verir.
Aparılan araşdırma iddianın doğru olduğunu təsdiqləyib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində "Bolt Services AZ" MMC haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılması zamanı məlum olub ki, "Bolt Services AZ" MMC-nin onunla eyni bazarda fəaliyyət göstərən və ya həmin bazara daxil olmaq istəyən digər bazar subyektlərinin təsərrufat qərarlarının qəbul edilməsinə qanunsuz təsir göstərir və bununla da "Haqsız rəqabət haqqında" Qanunun tələblərini pozub.
"Bolt"-un mətbuat ofisi iddialarla bağlı öz mövqeyini bildirib.
"Bolt öz hərəkətlərinin qanuniliyinə və şirkətin reputasiyasına əhəmiyyət verən
beynəlxalq şirkətdir. Bolt 45-dən çox fərqli yurisdiksiyada fəaliyyət göstərir, bəziləri ciddi
şəkildə tənzimlənir, digərləri isə tənzimləmə üzərində işləyir. Rəqabətimizi
rəqabətədavamlı saxlamaq və müştərilərimizə xidmət göstərmək üçün hər bir regionda
tənzimləyicilərlə işləməkdən məmnunuq. İstifadəçilərimizə mümkün olan ən yaxşı
xidməti təqdim etmək və Bolt xidmətlərinin göstərildiyi bölgələrin qüvvədə olan qanunları
çərçivəsində işləmək bizim üçün çox vacibdir. Bundan əlavə, biz həmişə bazarda
sağlam rəqabətə açığıq!"
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �
Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv
Qərb mediası da Rusiya iqtisadiyyatının dayanıqlılığını və Qərbin sa
Əgər soyuqdəymə və qripin əlamətini, yoluxduğunu ilk başda, hələ simp
İtaliya və Fransa 7-8 həftəyə Ukraynaya "SAMP-T" hava hücumundan
Yunanıstan Rusiya və Ermənistan daxil olmaqla 25 ölkədəki səfirini dəyi�
Rus ordusu Liman, Baxmut, Avdeyevski və Novopavlovski istiqamətlərində hücu
BMT-nin baş katibi Antonio Quterreş hələlik Ukraynaya səfər etməyi planla
Türkiyə, Rusiya və Suriyanın müdafiə nazirliklərinin texniki heyətləri
Bakının Suraxanı rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xə
Rusiya Baş naziri Mixail Mişustinlə Ermənistan Baş naziri Nikol Paşinyan a