Naxçıvanın Türkiyə ilə sərhədinin açılması əhalinin güzəranına necə təsir edəcək?
Digərləri 03 Fev 2023 08:40:00 349 0
Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv edilib. Belə ki, fevralın 1-dən Naxçıvan Muxtar Respublikasında yerləşən Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən şəxsi avtomobillərin keçidinə icazə verilib. Lakin qeyd edilib ki, sərhədi keçmək istəyənlər yalnız Naxçıvan MR qeydiyyatındakı şəxslər olmalıdır. Onlar minik avtomobilləri ilə sərhədi keçə, eləcə də geri qayıda bilərlər. Hələlik avtobusların gediş-gəlişinə qoyulan qadağa isə qüvvədə saxlanılıb.
Bu xəbəri də oxu: Sabah qar yağacaq yollar buz bağlayacaq
Qeyd edək ki, koronavirus pandemiyası zamanı Azərbaycanın quru sərhədləri bütün qonşu ölkələr üçün bağlansa da, Naxçıvan MR-dən İran və Türkiyəyə gediş-gəlişə icazə verilirdi. Lakin 2022-ci il iyulun 1-dən etibarən Naxçıvanda da yük maşınları istisna olmaqla digər avtomobillər üçün keçid dayandırılmışdı. Bu məsələ Naxçıvan əhali arasında narazılıqlara səbəb olmuşdu. Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinin informasiya vasitələri ilə iş şöbəsinin rəisi, polkovnik-leytenant Avtandil Abbasov mətbuata açıqlamasında bildirmişdi ki, Türkiyə ilə Azərbaycan arasında quru sərhəd Nazirlər Kabinetinin 20 iyunda çıxarılan 232 saylı qərarına əsasən bağlanıb və sentyabrın 1-dək qüvvədə qalacaq. Avtandil Abbasov - "sərhəd məhz niyə bu gün bağlanıb?" sualına isə belə cavab vermişdi: "232 saylı qərara uyğun olaraq sərhəddə işlər təşkil edilib. Qərarda sərhədin bağlanmasının pandemiya ilə əlaqədar olduğu göstərilib".
Bəs bu qadağanın götürülməsi yerli əhalinin güzəranına hansı təsirləri olacaq? Niyə heç bir əsas olmadan Talıbovlar belə bir qadağanı pandemiyadan sonra tətbiq etmişdilər?
Mövzu ilə bağlı naxçıvanlı tanınmış siyasət adamları ilə danışdıq.
Son.az musavat.com-a istinadən bildirir ki, Fazil Mustafa dedi ki, əslində bu qadağalar ona görə idi ki, müəyyən dərəcədə özlərinə məxsus şirkətlərin işləməsini təmin etsinlər, onların maraqlarına uyğun olaraq əhalinin müəyyən dolanışığı və digər məsələlər öz həllini tapmasın: "Yəni hamı məcbur olaraq onlara məxsus zəruri və tikinti məhsullarını alsın. O zaman belə bir məcburiyyət var idi ki, çörəyi başqa yerdən ala bilməzsən. Kartof-soğan kimi bu cür zəruri qida məhsullarını da bu formada almalı idin. Məqsəd bu idi. Bu da kifayət qədər ciddi narazılıqlar yaradırdı. Görünür ki, indi bunları araşdırandan sonra qərar gəliblər ki, ən azı əhalinin müəyyən bir kateqoriyasını işlə təmin edə bilmirlərsə, heç olmasa, insanlar özü özünün yaşamağının yolunu tapsın.
Artıq real vəziyyəti müşahidə etdikdən sonra yeni rəhbərlik görür ki, Naxçıvanın başqa cür dolanışıq, yaşayış imkanları məhduddur, ona görə də bu yol açılmalıdır , əhali ən azı bu sıxıntıdan qurtulsun, əks halda çətin olacaq. Yəni yolun açılması xeyli sayda insan üçün ən azı minimum ehtiyaclarını ödəmə baxımından faydalı olacaq. Çünki Naxçıvanla İran arasında da yol bağlıdır və tək bir yol qalır - Türkiyə sərhədi. İnsanların xəstəsi, təcili problemləri var, onlar təcili təyyarə ilə Bakıya gələ bilmirlər, imkan da yox, ən azı bir maşınla Qarsa gedib, orada sosial və digər problemlərini həll edə bilirlər. Bu baxımdan hesab edirəm ki, bu qərar müsbət və yerində atılmış addımdır, Naxçıvan camaatının problemlərini yüngülləşdirəcək. Bunu bir qədər də genişləndirmək lazımdır ki, insanların sıxıntıları azalsın. Burada ticarət faktoru da var. Məlum məsələdir ki, Naxçıvanda dərin istehsal, geniş bazar yoxdur. Bir tək Türkiyə bazarı var, insanlar heç olmasa malını çıxardıb orada satıb, 5-10 manat çörək pulu qazana bilər".
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev hesab edir ki, sərhədin açılması təkcə loğistika kimi qiymətlənləndirilməməlidir: " Biz artıq gələcəyimizi ortaq düşünürük. Bunu cənab Ərdoğan da, Prezident İlham Əliyev də bildirib, hər iki ölkənin cəmiyyətləri də bunu qəbul edib. Yəni biz bütün sahələrdə ortaq davranırıq. Gələcəkdə də bütün məhdudiyyətlər aradan qaldırılmalı, bu iki ölkə arasında heç bir məhdudiyyət olmamalıdır. Niyə Türkiyə ilə quru sərhəd açıldı, amma İranla deyil? Bu məntiqə sığan məsələdir. Çünki Türkiyə ilə olan münasibətlərimizi heç vaxt İranla müqayisə etmək mümkün deyil. İran Azərbaycan əraziləri işğal olunanda 30 il ərzində orada yeraltı tunel hazırlayıb, narkobizneslə məşğul olub, terrorçular göndəriblər, ərazimizi tamamilə talan ediblər, hər dəfə də Azərbaycana qarşı yeni təxribatlar törədiblər. İndi onların hər gün bir casus şəbəkəsi, yuvaları ifşa olunur. Ona görə də İranla sərhədi qapalı saxlamaq zəruridir.
Qərb mediası da Rusiya iqtisadiyyatının dayanıqlılığını və Qərbin sa
Əgər soyuqdəymə və qripin əlamətini, yoluxduğunu ilk başda, hələ simp
İtaliya və Fransa 7-8 həftəyə Ukraynaya "SAMP-T" hava hücumundan
Yunanıstan Rusiya və Ermənistan daxil olmaqla 25 ölkədəki səfirini dəyi�
Rus ordusu Liman, Baxmut, Avdeyevski və Novopavlovski istiqamətlərində hücu
BMT-nin baş katibi Antonio Quterreş hələlik Ukraynaya səfər etməyi planla
Türkiyə, Rusiya və Suriyanın müdafiə nazirliklərinin texniki heyətləri
Bakının Suraxanı rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xə
Rusiya Baş naziri Mixail Mişustinlə Ermənistan Baş naziri Nikol Paşinyan a
"İsveç ötən ilin iyununda Madriddə Finlandiya ilə imzalanmış NATO-y
Qərbin Ukraynaya tank və zirehli texnika göndərməsinə cavab olaraq Rusiya
"ABŞ Ukraynanın ehtiyaclarını ödəməyə, o cümlədən uzaqmənzilli
Yanvar ayında təslim olmaq istəyən rus hərbçilərinin müraciətlərinin s