Şübhəli hamiləlik əlamətləri
Digərləri 31 Yan 2023 08:11:00 287 0
Hamiləliyin diaqnostikası şübhəli və şübhəsiz əlamətlərə əsasən təyin edilir. Bəzən əlamətlər aldadıcı ola bilir. Ona görə də diaqnozun tam təsdiq olunması üçün bir müddət gözləmək və bəzi müayinələrdən keçmək lazımdır. Belə ki, hamiləliyin əsas əlamətləri hamilə qaldığı andan bir-neçə ay sonra tam təsdiq edilir. Bu dölün hissələri, ürək döyünməsi, sklet sistemi, USM -in müayinə təyin edildikdən sonra tam təsdiq edilir. Hamiləliyin ilk müddətinin təyini isə əsasən aşağıdakı əlamətlərlə müəyyən edilir: - dadbilmənin dəyişməsi - iybilmə qabiliyyətinin dəyişməsi - əsəbilik, yuxusuzluq - üz və bədənin dərisində baş verən dəyişikliklər - aybaşının kəsilməsi - uşaqlıq yolu və uşaqlıq boynu selikli qişasının göyərməsi - döş giləsini barmaqla basdıqda ifrazatın gəlməsi. Hamiləliyin təyini bioloji metodlarla da aparılır. Bu zaman qadına kliniki müayinələr tətbiq edilir və müayinələrin nəticələrinə baxılır. Hamiləlik zamanı orqanizmdə hormonların miqdarında dəyişikliklər baş verdiyinə görə qanın analizlərinə əsaslanaraq hamiləliyi təyin etmək mümkün olur. Bəzən patoloji hamiləlik zamanı hamiləliyə diaqnoz qoymaq çətin olur. Bu adətən boru hamiləliyi zamanı baş verir. Buna görə də qadının hamilə olub-olmamasını təyin etmək üçün dəqiq müayinələr aparmaq və nəticələri diqqətlə yoxlamaq lazımdır.
Bu xəbəri də oxu: AzərbaycanGürcüstan sərhədində, "Qırmızı körpü"də SON VƏZİYYƏT
Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumundan cəmi bir gün
Rusiyada yeni PMC-lər (Muzdlu şirkətlər - red.) Ukraynadakı hərbi əməliy
Hamiləlik zamanı böyrəklərin zədələnməri müxtəlif cür ola bilər. Yu
İran rejiminin nüvə silahı əldə etməməsi ilə bağlı ümumi konsensus v
Paris ukraynalı pilotlara döyüş təyyarələrini idarə etmək üçün təli
Normal zahılıq dövrü son, uşaqlıqdan qovulub xaric olan andan başlayır v
Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə qarşı törəd
ABŞ-li məşhur müğənni Selena Qomezin əllərinin tez-tez titrəməsi pər�
Hamiləlik zamanı orqanizmdə bəzi funksional dəyəşəkliklər baş verir. B
Normal hallarda cift uşaqlıq divarından uşaq doğulduqdan sonra ayrılır. �
Ağciyərlərin idiopatik hemosiderozu alveollara təkrari qansızmalar və dal�
"Mənim oğlum baş leytenant idi, Şuşada qəhrəmancasına şəhid olub&
Qrip. Hamilə qadınlarda ən çox rast gəlinən infeksion xəstəliklərdən