Hamiləlik zamanı baş verən infeksion xəstəliklər
Digərləri 31 Yan 2023 07:11:00 243 0
Qrip. Hamilə qadınlarda ən çox rast gəlinən infeksion xəstəliklərdən biri qripdir. Qrıp virusu vaxtından əvvəl doğuşa səbəb ola bilir. Bu əsasən hamiləliyin son aylarında qrip virusuna yoluxma baş verdikdə baş verə bilir. Doğuşa yaxın qriplə xəstələnən hamilə qadınlarda doğuş zamanı ağırlaşmalar baş verə bilir. Uşaqsalma ağrılı tutmalar zamanı doğuş qüvvələrinin zəifləməsi səbəbindən baş verir. Vərəm. Hamilə qadınlar arasında vərəm xəstəliyinə də rast gəlinir. Hamiləlik ağciyər vərəminin gedişini ağırlaşdırır və onun aktiv formasına keçməsinə səbəb olur. Bu zaman ağciyərlərdə xəstəliyin digər formaları meydana gəlir. Vərəm xəstəliyi intoksikasiyaya, oksigen çatmazlığına səbəb olur ki, bu da hamiləliyin gedişini ağırlaşdırır və uşaqsalmaya səbəb olur. Amma müalicə edilərək vərəmin dölə təsirinin qarşısını almaq mümkündür. Malyariya. Malyariya xəstəliyi uşaqsalmaya və vaxtından əvvəl doğuma səbəb olur. Malyariya zamanı ciftdə qansızma sahələri və digər dəyişikliklər dölün hərəkətinin pisləşməsinə səbəb olur. Bəzən bətndaxili dölün yoluxması baş verir. Toksiplazmoz. Bu xəstəlik insanlara xəstə heyvanlardan və xəstə quşlardan keçir. Törədicilər hamilə qadının orqanizminə yaxşı bişirilməmiş qida məhsullarından, zədələnmiş dəridən və selikli qişalardan keçir.
Bu xəbəri də oxu: Qəsdən adam öldürmə cinayətləri ilə bağlı mühüm qərar
Tanınmış estetik cərrah Ruslan Rəsulun ailəsinə fiziki şiddət göstərm
Hər bir qadın doğuşdan sonra əvvəlki çəkisinə qayıtmaq istəyir. Bəz�
Məşhur teleaparıcı Afaq Gəncəli moderator.az-ın suallarını cavablandır
Hamiləlik zamanı hansı bitki çaylarından içilə bilər. Hamiləlik dövr�
Qazanılmış ürək qüsurları kəskın və xroniki xəstəliklər və ya trav
"Bu gözəl günü mənə yaşadan insan var ki, onun sayəsində özümü
Məşhur ulduz Meqan Foks görünüşündəki dəyişikliklə gündəmə gəlib
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Ukrayna Qərbin verdiyi silahlarla Rusiya ərazisinə zərbə endirməməlidir.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
"Challenger 2" tanklarının may, yaxud Pasxa bayramı ərəfəsində