“Aygün Kazımovadan gözləməzdim, 2200 insanın içində mənə dedi ki...”
Şou-biznes 28 Yan 2023 18:11:00 269 0
"Aygünü ilk dəfə "oxuyur Aygün Ələsgər qızı Kazımova" cümlələri ilə mən təqdim etmişəm. Məndən başqa heç kim onu efirdə bu cür təqdim etməyib. Doğum günündə səhnəyə çıxıb, onunla bağlı olan, illərə söykənən xatirələrimi bölüşdüm. Bəziləri yadımdan çıxmışdı. O sənətin müxtəlif janrlarında özünü sınayıb və bu uğurlu da alınıb. O vaxt belə bir meyxana var idi-"U menya jiquli-siqnal italyanskiy". Aygün bu meyxananı əzbərdən bilir. Heç vaxt yadımdan çıxmaz, təqribən 2000-ci illər idi, Aygün Kazımovanın Heydər Əliyev adına sarayda konserti baş tutdu. O konsertdə əsas sinql səsləndi və birinci pərdə açıldı. İnsanlardan yarı alqış, yarı heyrət səsi gəldi. Nə görsələr yaxşıdır?! Aygün oturub səhnədə, əlində qaval, yanında da tar və kamança! Aygün camaata salam əvəzinə dedi ki, "nədir, gözləmirdiniz?!". Konsertini muğamla başladı. Öz-özümə deyirdim ki, bu konsert axı sona kimi belə davam edə bilməz! Aygün muğamını ifa edəndən sonra pərdə örtüldü və ikinci səhnə açılanda əsl Aygün səhnəyə çıxdı. Öz tərzi ilə, geyimi və möhtəşəm performansı ilə".
Bu xəbəri də oxu: Sevgilisindən Günaya hədiyyə
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış dj və teleaparıcı Yusif Ağayev deyib.
"Müğənni olmaq asandır, ulduz olmaq lap asandır, super ulduz olmaq da asandır, amma Aygün Kazımova olmaq heç vaxt mümkün deyil. Aygünü əvvəl bir müğənni kimi, daha sonra isə ilklərə imza atan insan kimi tanıdım. Daha nələr etmədi ki?! Bir gün kütləvi informasiya vasitələrində məlumat yayıldı ki, Aygün Atv də aparıcılıq edəcək. Dedim ondan nə aparıcı olacaq?! Bu adam gecə 3-də, 4-də tədbirdən evə gəlir, bu nə vaxt yuxudan duracaq, nə vaxt makiyaj edəcək, nə vaxt geyim seçəcək?! Dedim ki, o səhər saat 10-da veriliş apara bilməyəcək! Özü də həftədə 5 gün, canlı efir! Səhər tezdən durub oturdum televizorun qarşısında ki, görüm necə olacaq?! Aygün gəlib verilişini aparıb, çıxıb getdi! Özü də çox möhtəşəm və fərqli! Bir müddət keçdi, bütün yutub kanalları və sosial şəbəkələr Aygünün verilişdə yıxılmağını paylaşdı. O mahnı ifa edəndə qəfildən yıxılmışdı! Yıxıldığı kimi heç fərqinə varmadan da ayağa qalxdı! Aygün həyatda dəfələrlə yıxılsa belə ayağa qalxmağı bacaran güclü qadındır. Aygünün yenilikləri bununla bitmir. Bunlardan biri də "Best model of Azerbaijan" yarışması idi. Yarışmanın bitməyinə 1 həftə qalmış, Aygün o vaxt aparıcısı olduğum "106 house" verilişinə 10 oğlan və 10 qızla qonaq gəlmişdi. Dedi ki, "Yusif sən tapsan ki, bu gənclərdən hansı qalib gələcək, hədiyyən mənlikdir?". Gördüm bir oğlan sakitcə kənarda oturub. Dedim ki, bu oğlan "Best model of Azerbaijan" olacaq. Bir qız da var idi orada. Dedim ki, bu da xanımlar içərisində qalib gələcək. Üstündən 1 həftə keçdi, Heydər Əliyev adına sarayda mükəmməl bir tərzdə həmin yarışmanın final gecəsi keçirildi. Həqiqətən də mənim seçdiklərim qalib oldu. Aygün 2200 adamın arasında mənə dedi ki, "Yusif, ürəyin yerinə gəldi?". Aygünün bu sözünə özüm də təəccübləndim, çünki gözləmirdim. Kişi qızı kimi hədiyyəmi də göndərdi. Aygünün ünvanına çox şey söyləmək olar. Amma nə söyləsəm belə sənə olan sevgimi ifadə edə bilməyəcəm. Bundan sonra bilmirən nələr edəcəksən, amma nə etsən belə, yenə də birincisən ki, birinci! Aygünə arzularım sonsuzdur. Amma bir arzum var ki, Aygün, heç vaxt qocalma. Səni illərdir belə görmüşük. İnanıram ki, onu hələ uzun illər belə görəcəyik və o hər zaman belə gözəl qalacaq. Ümumiyyətlə Aygünü başqa cür təsəvvür etmək belə mümkün deyil. O səhnəyə belə gəlib, belə də qalacaq. Bir dənədir, ilklərə imza atandır. Ən əsası Aygün arxasıyca böyük bir musiqi tarixçəsi, üstəlik də dəb aləmi, böyük bir müğənni ordusunu daşımaqdadır. Çoxları onu təqlid edərək səhnəyə gəlir. Bu da Aygün sənətinə, səhnə davranışına, imicinə baxıb, onu təkrarlayıb səhnəyə gələnlər var. Nə olursa-olsun, bizdə bir misal var-"Ayaqqabımı geyinə bilərsən, yerişimi yeriyə bilməzsən". Aygünün ayaqqabısı filmlərdə gördüyümüz Zoluşkanın ayaqqabısı kimidir, onu hər kəs geyinmək istəsə də, onun kimi yeriyə bilmirlər, bilməyəcəklər də", - deyə aparıcı bildirib.
Təbrizdə keçirilən futzal oyununda futbolçular şəhidimizi alqışlarla ya
Göz problemlərindən hər bir yaşın nümayəndəsi əziyyət çəkir. Çoxla
"Bizi gec ana olmağımız, artıq çəkili olmağımız bağlayırdı. Tü
Xalq artisti Aygün Kazımova və müğənni Samir Cavadzadənin dueti marağa s
Oyunlar uşaqların inkişafı üçün vacib amildir. Amma texnologiyanın inki�
Türkiyəli müğənni-aktrisa Hülya Avşar sosial şəbəkədə yeni fotosunu
Rusiya Ədliyyə Nazirliyi "Little Big" qrupunun solisti İlya Prusik
Polis əməkdaşları həyata keçirdiyi əməliyyatlar nəticəsində ölkə ə
Bu qış dəbli görsənmək istəyən kişilərin DİQQƏTİNƏ!
Türkiyədə "Anadolujet" şirkətinə məxsus sərnişin təyyarəsin