Kompüter oyunlarından asılı qalan uşaqları nə gözləyir?


Digərləri 28 Yan 2023 16:40:00 294 0

Kompüter oyunlarından asılı qalan uşaqları nə gözləyir?

Oyunlar uşaqların inkişafı üçün vacib amildir. Amma texnologiyanın inkişafı uşaqları bu haqqından "məhrum edib". Virtual oyunlar real oyunların yerini alır. Mütəxəssislər virtual oyunların həqiqi oyunların yerini tutmadığını və bunun uşaqların sosiallaşmasına, psixologiyasına mənfi təsir etməsi ilə bağlı xəbərdarlıq edir. 

Bu xəbəri də oxu: Zığ şossesində ağır qəza:

Virtual oyunlardan asılılıq, yoxsa psixoloji problem?

Son.az bildirir ki, bizim.media-nın mövzu ilə bağlı suallarını Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman - Klinik psixoloq Narınc Rüstəmova cavablandırıb.

Müsahibimiz bildirib ki, uşaqların virtual oyunlardan asılılığı son dövrlər geniş vüsət alıb və cəmiyyətdə aktual mözvular sırasındadır: 

"Ümumiyyətlə, asılılıq psixoloji pozuntu kimi qəbul olunur və çox vaxt zərərli vərdişlərə, virtual oyunlara bağlılıq fonunda özünü göstərir. Mövzu ilə bağlı valideynlər mütəmadi olaraq psixoloqa müraciət edir, müxtəlif suallar ünvanlayır və çıxış yolunu öyrənmək istəyirlər.

Əvvəlcə qeyd etməliyəm ki, bu, psixoloji problemdir. Virtual oyunlardan asılı olan uşaqlar, yeniyetmələr və irəli yaşda olan insanlar birmənalı şəkildə peşəkar psixoloq dəstəyi almalıdırlar.  Məsələn, valideynlər bildirir ki, "Övladım davamlı şəkildə virtual oyunlar oynayır, müdaxilə edə bilmirik. Müdaxilə etmək istədikdə isə uşağın aqressiv davranışları, kaprizləri ilə qarşılaşırıq". 

Uşağın psixologiyasına zədə vurmadan bu vəziyyətdən düzgün çıxış yolu hansıdır?

Psixoloq bildirib ki, xüsusən 3 yaşından etibarən uşaqlarda virtual oyunlara maraq daha da artmağa başlayır. Yeniyetməlik dönəminə gəldikdə isə bu hal, demək olar ki, ən pik həddə qədər yüksələ bilir:

"Sual ünvanlana bilər ki, hansı uşaqlarda bu tip oyunlara maraq daha çox olur və getdikcə aslılıq vəziyyətini almağa başlayır? 

Öncə onu vurğulamaq istərdim ki, insanın iki -ideal və real məni vardır. Yəni, realda olan insan, onun şəxsiyyəti, davranışı və digəri isə öz xəyalındakı, arzuladığı kimi şəxsiyyət olmasıdır. Ancaq bəzən baş verən hansısa proses insanın fikir və düşüncəsində ideal mən və real mən arasında toqquşma yaradır.

Bu zaman həmin insan real mənində aktuallaşdıra, həyata keçirə bilmədiyi arzuları ideal mənə köçürməyə və bu şəkildə hərəkət etməyə başlayır. Bu ideal mənin də təzahürləri daha çox virtual həyatda, müxtəlif virtual oyunlarda öz əksini tapır.

Başqa sözlə izah etsək, bu kimi hallar xüsusilə cəmiyyət içərisində özünə yer tapa bilməyən, təhsil və intellektual səviyyəsi zəif olan, ətrafı və ya ailə üzvləri ilə ünsiyyət problemi yaşayan, düzgün münasibət qura bilməyən, özgüvəni aşağı olan və s. kimi insanlarda özünü daha çox biruzə verir. Onlar daxilindəki fikirləri, sözləri real həyatda ifadə edə bilmədiyi üçün, bunları virtual söhbətlər, oyunlar və digərləri vasitəsilə etməyə çalışırlar". 

Narınc Rüstəmova qeyd edib ki, onlar virtual oyunlar vasitəsilə özlərinə xəyallarındakı, olmaq istədikləri kimi bir obraz yaradır, ona ad qoyur və bu şəkildə hərəkət edir. Beləliklə, reallaşdırmaq istədiyi obrazı, şəxsiyyəti virtual da olsa, yaradır və sanki real həyatdaymış kimi davranır. 

Şiddət görən uşaqlarda virtual dünyaya maraq yaranır...

Müsahibimiz vurğulayıb ki, psixoloji, fiziki şiddət görən, bağçada və ya məktəbdə təzyiqlərə məruz qalan, özünü müdafiə etməkdə çətinlik çəkən ya da ümumən özünü müdafiə edə bilməyən uşaqlarda da bu tip oyunlara maraq aydın müşahidə edilir: "Qeyd etmək istəyirəm ki, nəzər yetirsək görərik ki, belə uşaqlar virtual oyunlarda daha aqressiv, üsyankar tipli obrazlar yaradır və bu qəlibdən olan oyunlar oynamağa üstünlük verirlər. Onlar əslində bununla etiraz edə bimədikləri proseslərə və ya  onlara təzyiq göstərən, fiziki cəhətdən güclü olan uşaqlara belə desək, kinini, nifrətini və aqressiyasını virtual oyunlarda canlandırdığı obraz ilə başqasını döyərək, oradakı digər obrazlara şiddət göstərərək nümayiş etdirirlər".

Uşaqları virtual dünyadan xilas etmək üçün nə etməli? 

Müsahibimiz çıxış yollarından da danışıb:

"Əgər bir uşağın virtual oyunlardan aslılığı varsa, valideyn ilk növbədə övladının hansı tip oyunları oynadığını, oyunun süjet xəttinin nədən ibarət olduğunu, nəyi göstərdiyini və onun maraq dairəsində hansı tərzdə oyunların olduğuna diqqət yetirməlidir.

Bundan sonra onunla yaşına, psixologiyasına uyğun bir tərzdə, uyğun dildə söhbət etməli və övladını çəkindirməyə çalışmalıdır. Bunlar fayda vermirsə və zamanla asılılıq artırsa, mütləq bir şəkildə ixtisaslaşmış psixoloq dəstəyi alınmalıdır. Psixoloq uşağın oynadığı oyunların məğzinə, formasına, məqsədinə və digər faktorlara görə onun ideal mənində arzuladığı obrazları müəyyənləşdirir, onun psixikasına uyğun bir yol xəritəsi hazırlayır.

Psixoloji söhbətlər, seanslar və psixoloq dəstəyi sayəsində zamanla bu kimi problemlər korreksiya edilə bilir. Peşəkar psixoloq bilir ki, belə vəziyyətlərdə daha çox uşağın sosial həyatı üzərində işləmək ən vacib nüanslardadır.

Qeyd etdiyim kimi, burada problemin əsas köklərindən biri real həyatla və onun burada özünü aktuallaşdıra bilməməsi ilə bağlıdır. Ancaq burada bir önəmli faktor da var ki, belə uşaqların valideynləri onları vaxtında psixoloqa yönləndirməlidirlər. Virtual oyunlardan aslılıq irəli yaşlarda korreksiya edilməsi çətin hala gələ və uşaqların psixologiyasında müəyyən zədələr yarada bilər".

Aqressiv davranan valideynlərə xəbərdarlıq...

Müsahibimizin sözlərinə görə, bəzən valideynlər bu prosesdə aqressiv davranışlar sərgiləyir, oyundan ayrılmaları üçün uşaqlara təzyiq edir, hətta bir çox hallarda şiddət göstərirlər:

"Valideynlərin aqressiv davranışı məsələnin düzgün çıxış yolu deyil. Bu gün virtual oyunu əlindən alınan, ailəsi tərəfindən məhdudlaşdırılan bir uşaq növbəti dəfə əlinə ilk fürsət düşən kimi yenə də özünə virtual dünya, obrazlar yaratmağa və davamlı bu tip oyunları oynamağa başlayacaq.

İrəli yaşlarda və məktəb dönəmində bu hal daha da təhlükəli vəziyyətə gələ bilər, belə ki, uşaq dərslərindən yayınıb mütəmadi olaraq virtual oyun zallarına üz tuta bilər. Ona görə də, əksinə ailə həmin uşaqların sosial həyatda, cəmiyyətdə müəyyən yer tutmalarına, hər hansı bir fəaliyyət növündə; idmanla məşğul olmaq, rəsm çəkmək və s. kimi faydalı və onlara yaxşı təsir edəcək istiqamətlərə yönəlməsində dəstək olmalıdırlar.

Bununla da, valideynlər onların real həyatda istədiklərini, arzularını gerçəkləşdirməklə, yəni onların sosial həyatını bərpa etməklə bu tip oyunlardan uzaqlaşmalarına yardımçı olmuş olacaqlar".

Müsahibimiz vurğulayıb ki, valideynlərin və psixoloqun dəstəyindən sonra belə uşaqların ideal məni ilə real məni üst-üstə düşməyə başlayacaq. Bundan sonra onlar artıq virtual həyatda özlərinə dünya qurmaqdan, arzuladıqları obrazları yaratmaqdan uzaq duracaq və bir müddət sonra onu unudacaqlar.

Hülya Avşarın milyonluq saatı like
  • 28 Yan 16:31  
Şou-biznes Hülya Avşarın milyonluq saatı

Türkiyəli müğənni-aktrisa Hülya Avşar sosial şəbəkədə yeni fotosunu

arrow Ətraflı
O da "xarici agent" elan edildi like
  • 28 Yan 16:11  
Digərləri O da "xarici agent" elan edildi

Rusiya Ədliyyə Nazirliyi "Little Big" qrupunun solisti İlya Prusik

arrow Ətraflı
"Küçəyə çıxa bilmirəm" like
  • 28 Yan 15:51  
Şou-biznes "Küçəyə çıxa bilmirəm"

"Yalı çapkını" serialında "Kazım ağa" obrazına həya

arrow Ətraflı
İran vətəndaşının rəhbərlik etdiyi dəstə saxlanıldı like
  • 28 Yan 15:43  
Kriminal İran vətəndaşının rəhbərlik etdiyi dəstə saxlanıldı

Polis əməkdaşları həyata keçirdiyi əməliyyatlar nəticəsində ölkə ə

arrow Ətraflı
Bu qış dəbli görsənmək istəyən kişilərin DİQQƏTİNƏ! like
  • 28 Yan 15:40  
Digərləri Bu qış dəbli görsənmək istəyən kişilərin DİQQƏTİNƏ!

Bu qış dəbli görsənmək istəyən kişilərin DİQQƏTİNƏ!

arrow Ətraflı
Antalyada təyyarənin qanadına ildırım düşdü: Sərnişinlər lentə aldılar like
  • 28 Yan 15:31  
Digərləri Antalyada təyyarənin qanadına ildırım düşdü: Sərnişinlər lentə aldılar

Türkiyədə "Anadolujet" şirkətinə məxsus sərnişin təyyarəsin

arrow Ətraflı
İlham Əliyev: MisirAzərbaycan əməkdaşlığının dərinləşdirilməsi üçün bütün imkanlar var like
  • 28 Yan 15:28  
Siyasət İlham Əliyev: MisirAzərbaycan əməkdaşlığının dərinləşdirilməsi üçün bütün imkanlar var

Əminəm ki, Sizin səfəriniz Misir-Azərbaycan əlaqələrinin inkişafına b�

arrow Ətraflı
Azərbaycan səfirliyinə terror hücumunun like
  • 28 Yan 15:23  
Digərləri Azərbaycan səfirliyinə terror hücumunun

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunun arxasında Teh

arrow Ətraflı
Manyakla görüşə hazır olun!  Psixoloqdan uşaqlar üçün like
  • 28 Yan 15:20  
Digərləri Manyakla görüşə hazır olun! Psixoloqdan uşaqlar üçün

Ötən günlərdə paytaxt küçələrində azyaşlı uşaqlara qarşı qısnama

arrow Ətraflı
İlham Əliyev: Ermənistanla sülh müqaviləsi mütləq imzalanmalıdır like
  • 28 Yan 15:16  
Siyasət İlham Əliyev: Ermənistanla sülh müqaviləsi mütləq imzalanmalıdır

"Biz işğala artıq son qoyaraq, sülhə daha da yaxınlaşmışıq. Həl�

arrow Ətraflı
Prezident: Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaq like
  • 28 Yan 15:13  
Siyasət Prezident: Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaq

"Bu gün mən hörmətli qonağımı bizim bölgəmizdə gedən proseslər

arrow Ətraflı
Fotoşopla özlərini bu hala saldılar like
  • 28 Yan 15:11  
Şou-biznes Fotoşopla özlərini bu hala saldılar

Türkiyəli aktrisa Aybüke Pusatla müğənni Simge Sağın fotoşop qurbanı o

arrow Ətraflı
Dostları həyatını altüst etdi, illərlə atasına həsrət qaldı like
  • 28 Yan 15:00  
Şou-biznes Dostları həyatını altüst etdi, illərlə atasına həsrət qaldı

Son.az kulis.az-a isitinadən müğənni Natəvan Həbibi haqqında maraqlı fa

arrow Ətraflı