Bakıdan daha bir ÖNƏMLİ GEDİŞ


Siyasət 28 Yan 2023 14:17:00 390 0

Bakıdan daha bir ÖNƏMLİ GEDİŞ

Dünən axşam saatlarında təyyarəsi Bakıda enən Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 28-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Sisinin səfər proqramı Hindistana səfərlə başladı, turne zamanı Sisinin Azərbaycana, buradan da Ermənistanı gedəcəyini nəzərə alsaq, yaxın gələcəkdə bizi bir çox maraqlı məqamların gözlədiyini deyə bilərik. 

Bu detallar nöqteyi nəzərdən Misir Prezidentinin Bakı səfəri olduqca əhəmiyyətlidir. Son zamanlar xüsusilə özünə yeni dostlar, tərəfdaşlar, müttəfqilər qazanan Azərbaycan bu yolda daha bir dövləti siyahısına əlavə etmək üçün əla imkan yaxalayıb. 

Bakı Sisi səfərindən nə əldə edəcək?

⚫️ 44 günlük müharibədən sonra Bakını bir qədər fərqli missiyanın da öhdəsindən çox yaxşı gəldiyinin şahidi olmaqdayıq. Bu, Azərbaycanın ən yaxın müttəfiqi, Şuşa Bəyannaməsi ilə münasibətlərinin pik dönəminə qədəm qoyan Türkiyənin uzun illər soyuq münasibətdə olduğu, aralarındakı buzlar heç cürə ərimək bilməyən dövlətlərlə münasibətləri tənzimləyib, əlaqələri yenidən qaydasına salmaq istiqamətində apardığı fəaliyyətdir. Necə ki, bunu rəsmi Bakı İsrail-Türkiyə əlaqələrinin bərpa edilməsi fonunda bacardığını nümayiş etdirdi. 

Bilirik ki, ötən il noyabrın sonlarına doğru R.T.Ərdoğanın Sisiylə görüşməsi Türkiyənin "Ərəb Baharı" mövzusunu tamamilə bağlaması istiqamətində atılan mühüm addım oldu. Misirlə münasibətlərdə yeni səhifə açmaq istəyini açıq şəkildə dilə gətirən Türkiyə lideri bu məsələdə böyük ehtimalla İlham Əliyevin də imkanlarından yararlanmaq niyyətindədir. 

Türkiyə 2013-cü ildən "Ərəb baharı" dalğasında hakimiyyətə gəlmiş Məhəmməd Mursi hökumətinin devrilməsindən sonra Misirlə arasında münasibətlər arzulounmaz məcraya daxil olduğu hər kəsə bəllidir. Yeni iqtidarın Türkiyə tərəfindən həmin dövrdə hərbi xunta kimi qəbul edilməsi, Liviyadakı vətəndaş müharibəsi iştirakçılarına fərqli münasibət, Aralıq dənizinin qaz ehtiyatları uğrunda mübarizədə fərqli maraqlar ikitərəfli əlaqələrin xarakterinə təsir edirdi.

⚫️ Nəzər salsaq görərik ki, Bakı ilə Ankara bu gün eyni xarici siyasət sitemindən istifadə etməkdədirlər. Hər iki müttəfiq onlar üçün istər regionda, istərsə də dünyada təhdid olan qüvvələrə, dövlətlərə qarşı çox düşünülmüş siyasi gedişlərlə diqqət mərkəzinə düşür. Belə ki, həm Əliyev, həm də Ərdoğan Türk Dünyasına qarşı olan dövlətlərin ətrafındakı yaxın müttəfiqlərinə daha səmimi, daha sadiq iqtisadi, siyasi, hərbi və humanitar təkliflərdən çıxış edərək kənar ünsürlərin Bakı və Ankaraya qarşı olan təzyiq və təhdidlərini qismən azaltmağa nail olmaqla yanaşı, eyni zamanda bir vaxtlar beynəlxalq təşkilatlarda potensial səsləri hesab edilən həmin dövlətlərin həndəvərindəki ölkələri öz tərəfinə çəkməklə beyin savaşında əlini daha da gücləndirərək, bir zamanlar əksinə işləyən həmin "səs"ləri bu gün xeyirinə dəyişməyi bacarmaqdadırlar.

Necə ki, Sisinin Türkiyə ilə normallaşmadan sonra Yunanıstanla çox isti münasibətlərini arxa plana atmaq ehtimalı çox yüksəkdir. Nəzərə alsaq ki, bu, Türkiyə-İsrail arasında hazırda qurulmaqda olan kombinasiyanın gələcəyindən asılıdır, o zaman ehtimalların özünü doğruldacağı istisna edilmir. 

Bu detal Türkiyənin əsas diqqətini Ərəb dünyasından çıxararaq Şərqi Aralıq regionuna cəmləmək niyyətindən xəbər verir. Ankara başa düşür ki, bu gün Fransa amilini, ondan gələcək siyasi və hərbi təhlükələri zamanlamaq adına bu yanaşma olduqca önəmli məsələdir. Keçmişdən fərqli olaraq Ankara indi anlayır ki, Türkiyə öz maraqlarını hakim ərəb elitaları ilə təmin etməyə çalışmalıdır. Necə ki, bu yanaşma Qətərdə öz bəhrəsini verdi. Elə Səudiyyə, BƏƏ, Misirlə münasibətlərdə də Ərdoğan bu tipli oyuna qayıtmaqda maraqlı görünür. 

Təbii ki, Azərbaycanın da bu mənada Misirlə bağlı bir çox maraqlı məqamları nəzərdən keçirdiyi istisna edilmir. Xüsusilə də 2-3 il öncəyə nəzər salsaq aydın şəkildə görə bilərik ki, 2020-c il Tovuz hadisələrindən sonra, eləcə də İkinci Qarabağ savaşının gedişində bəzən Misir mediası da dezinformasiyaların tirajlanmasında, Ermənistanın xeyirinə heç bir əsası olmayan məlumatların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında fəallığı ilə seçilirdi.

Bu mənada Azərbaycanın bir də belə xoşagəlməz proseslərlə üz-üzə qalmaması üçün özünü sığortalamaq adına Misir prezidentinin Bakı səfəri və geniş müzakirələr olduqca əhəmiyyət kəsb edir. Çünki postkonflikt dövründə informasiya savaşı zamanı bu cür detallar olduqca əhəmiyyətli, həlledici ola bilər. Necə ki, biz buna son olaraq elə Laçın yolu ətrafında ermənipərəst dünya mediasında gedən dezinformasiyaların, ağ yalanların Bakıya təzyiq baxımından necə önəmli detal olduğuna şahidik. 

⚫️ İlham Əliyevin ötən ilin sonlarında Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı, ardınca Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə işgüzar səfəri deməyə əsas verir ki, rəsmi Bakı Ərəb dövlətləri ilə münasibətlərinə xüsusi önəm verir. Çox güman ki, Misir lideri də Azərbaycanın bu mövqeyini, səmimi dostluq niyyətini olduğu kimi qəbul edir. 

Nəzərə alsaq ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi istiqamətində, sülh müqaviləsinin imzalanması istiqamətində ilk baxışdan ən etibarlı moderator kimi görünən Avropa İttifaqının vasitəçilik missiyası Fransanın məkirli planları və niyyəti ucbatından artıq demək olar ki, tamamilə fiaskoya uğradı, bu boşluğu doldurmaq adına da Misir variantı ən ideal seçim ola bilər. 

Sisinin rəhbərliyi altında Misir Bakı ilə İrəvan arasında vasitəçi rolunu da oynaya bilər. Sisinin səfər proqramı da bu ehtimalları bir xeyli artırır. Ümumilikdə Misir-Azərbaycan münasibətləri, çox pozitivdir. Tərəflər daim xoş diplomatik jestlər edir, ikitərəfli münasibətlərdə gərginlik yarada biləcək məqamlar ya olmayıb, ya da sürətli şəkildə çözülərək ucuzluğa gedilməyib.

Amma unutmaq olmaz ki, Sisinin Bakıya səfəri bir dost ölkənin prezidentinin səfəri olsa da, ümumi mənzərə göründüyündən bir qədər fərqlənir. Belə deməyə kifayət qədər əsaslar var. Hər halda Aralıq dənizi yataqları uğurunda mübarizədə Fransa, Liviyada Rusiya ilə əməkdaşlıq edən, Cənubi Qafqaz turnesini Hindistana gedərək başlayan dövlətin yeni vasitəçi qismində nə dərəcədə obyektiv olacağı ən azından indi üçün mübahisəli məsələ ola bilər. 

⚫️ Sisinin Bakı səfərinə tək vasitəçi nöqteyi nəzərdən yanaşmaq da yanlışlıq olardı. Çünki keçən ilin aprelində Azərbaycan-Misir əlaqələrinin 30 illiyi əməkdaşlığın yeni mərhələsinin başlanması ilə əlamətdar oldu. 

2022-ci ilin fevralın 25-də Bakıda keçirilən Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclası isə ikitərəfli əməkdaşlığın möhkəmlənməsində yeni mərhələnin əsasını qoyub. İclasın sonunda Azərbaycan ilə Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclasının Protokolu və bir sıra sənədlər imzalanıb. 

Bu gün Azərbaycanın qarşısında 30 illik işğala son qoymaq qədər vacib bir missiya - erməni vandalizminin izlərini, dağıdılan, yer üzündən silinən, infrastrukturu bərbad hala salınan ərazilərimizin yenidən bərpası, yenidən qurulması missiyası dayanır. Geridə qalan 3 ilə yaxın müddət ərzində Azərbaycan Qarabağda apardığı bütün quruculuq-bərpa işlərini öz iqtisadi imkanlar hesabına qarşılayır. Lakin bu gün Azərbaycana bu istiqamətdə dəstək olduqca böyük önəmli məsələdir. Ən azından bu keçmiş qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına daha tez köçürülməsi prosesinə təkan ola bilər. 

Bu istiqamətdə təbii ki, Misirli iş adamlarının işğaldan azad olunan ərazilərə investisiya yatırması Azərbaycanın ancaq xeyirinə olan bir məsələdir. Bu zamana kimi iki ölkə arasında olan anlaşmalar, bu gün Əliyev ilə Sisinin rəhbərliyi altında iki dövlətin geniş tərkibdə görüşünün baş tutması sadalanan məsələylə bağlı da gözləntilərin çox yüksək olduğundan xəbər verir. 

Əs-Sisinin Azərbaycana səfəri Qahirənin bölgəmizlə əlaqələrə marağından irəli gəldiyini nəzərə alsaq, onun Cənubi Qafqaza səfərinin başlanğıcı kimi Bakını seçməsi çox önəmli məsələdir. Afrika qitəsinin və Ərəb Dünyasının aparıcı ölkələrindən biri olan, geosiyasi mövqeyinə görə aparıcı dövlətləri onunla hesablaşmağa məcbur qoyan rəsmi Qahirə ilə Bakının sıx əlaqləri tamamilə Azərbaycanın maraqlarına cavab verir. 

Təhməz Əsədov Son.az

İlham Əliyevin adından Misir Prezidentinin şərəfinə nahar verilib like
  • 28 Yan 14:13  
Siyasət İlham Əliyevin adından Misir Prezidentinin şərəfinə nahar verilib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 28-də Azərbaycan Respubl

arrow Ətraflı
İranda xalqa divan tutan radikal “Bəsic” qüvvələrinə məxsus baza yandırıldı like
  • 28 Yan 14:11  
Digərləri İranda xalqa divan tutan radikal “Bəsic” qüvvələrinə məxsus baza yandırıldı

İranın Əhvaz şəhərində xalqa divan tutan radikal "Bəsic" qüv

arrow Ətraflı
Azərbaycan lideri: "Beynəlxalq təşkilatlarda Misirlə birgə fəaliyyəti gücləndirəcəyik" like
  • 28 Yan 14:06  
Siyasət Azərbaycan lideri: "Beynəlxalq təşkilatlarda Misirlə birgə fəaliyyəti gücləndirəcəyik"

"Siyasi əlaqələrimizin gücləndirilməsi məsələləri də diqqətdən

arrow Ətraflı
Rusiyadan gəlmiş kişi bacısından şübhələndi: "Əncirin altında..." like
  • 28 Yan 14:00  
Kriminal Rusiyadan gəlmiş kişi bacısından şübhələndi: "Əncirin altında..."

Ağsu rayonunda 1963-cü il təvəllüdlü Vüqar tanışı Faiqi (adlar şərti

arrow Ətraflı
Mirzoyan Azərbaycanla yeni müharibəyə çağırdı like
  • 28 Yan 13:53  
Siyasət Mirzoyan Azərbaycanla yeni müharibəyə çağırdı

Elşad Həsənov: "Rusiya Ermənistana hərbi yolla öz yerini göstərəc�

arrow Ətraflı
Hücum əvvəlcədən planlaşdırılıb  SEPAH polkovniki bunu edəcəklərini like
  • 28 Yan 13:48  
Siyasət Hücum əvvəlcədən planlaşdırılıb SEPAH polkovniki bunu edəcəklərini

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilmiş terror hücumu

arrow Ətraflı
Ad gününə kim nə geyindi? like
  • 28 Yan 13:41  
Şou-biznes Ad gününə kim nə geyindi?

Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımova bir neçə gün əvvəl t

arrow Ətraflı
Ukrayna Təhlükəsizlik Şurası: “Rusiya yeni hücuma hazırlaşır” like
  • 28 Yan 13:30  
Digərləri Ukrayna Təhlükəsizlik Şurası: “Rusiya yeni hücuma hazırlaşır”

"Rusiya fevralın 24-nə kimi Ukraynaya yeni hücuma hazırlaşır".

arrow Ətraflı
Sankt Moritzdə qar polosu üzrə dünya kuboku çərçivəsində Azərbaycan pavilyonu açılıb like
  • 28 Yan 13:27  
Siyasət Sankt Moritzdə qar polosu üzrə dünya kuboku çərçivəsində Azərbaycan pavilyonu açılıb

İsveçrənin Sankt Moritz şəhərində keçirilən qar polosu üzrə 38-ci dü

arrow Ətraflı
Bakıda 18 yaşlı hamilə qadın intihara cəhd etdi like
  • 28 Yan 13:21  
Digərləri Bakıda 18 yaşlı hamilə qadın intihara cəhd etdi

Bakıda 18 yaşlı hamilə qadın intihara cəhd edib, körpəsi tələf olub. 

arrow Ətraflı
Paşinyan hərbi məzarlıqda təhqirlə qarşılandı like
  • 28 Yan 13:19  
Digərləri Paşinyan hərbi məzarlıqda təhqirlə qarşılandı

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün səhər İrəvanda "Yera

arrow Ətraflı
Oman XİN Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı ilə bağlı bəyanat yayıb like
  • 28 Yan 13:17  
Siyasət Oman XİN Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı ilə bağlı bəyanat yayıb

Oman Sultanlığı Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Tehrandakı s

arrow Ətraflı
Polşa XİN Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu pisləyib like
  • 28 Yan 13:14  
Siyasət Polşa XİN Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu pisləyib

Polşa Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Tehrandakı səfirliyinə

arrow Ətraflı
Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər  FOTO like
  • 28 Yan 12:58  
Siyasət Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 28-də sənədlərin imzal

arrow Ətraflı