Səfirliyimizə hücumun arxasında
Siyasət 27 Yan 2023 23:33:00 303 0
Bu gün səhər saatlarında Tehranda səfirliyimizə terror hücumu təsadüf sayıla bilərmi?
Bu xəbəri də oxu: İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
Düşünmürük və bunun üçün yetərincə gümanlar, şübhələr və təxminlər var.
Məsələn, İki həftə əvvəl, yanvarın 6-da İranın "İslam İnqilabı Keşikçiləri Korpusu" ("Sepahe Pasdarane Enqelebe Eslemi", SEPAH) komandanlarından biri Azərbaycanı hədələmiş, Bakının ünvanına təhdidlər söyləmişdi.
"İran Bakı ilə Tehran arasında gərginliyin artmaqda davam etdiyi bir vaxtda İslam Respublikasına qarşı hər hansı addım atacağı təqdirdə Azərbaycana həlledici reaksiya alacağı barədə xəbərdarlıq edib", - bunu SEPAH-ın briqada generalı Əlirza Taneh general-mayor Qasim Süleymaninin öldürülməsinin ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı demişdi.
O, daha sonra daha aqressiv ritorikaya keçmişdi: "Azərbaycan Respublikası Ukraynanın və Səddam Hüseynin səhvlərini təkrarlamamalı və bilməlidir ki, İran İslam Respublikası regionun güclü ölkəsi kimi heç vaxt sərhədlərinin təhlükə altında olmasına imkan verməyəcək", - deyə Taneh bildirmişdi.
SEPAH generalının sözlərinə görə, "İranı və onun qonşu regionlarını təhlükə altına salmağa yönəlmiş istənilən addım İran ordusu tərəfindən qətiyyətli cavab alacaq".
Bir məqamı da qeyd edək: Bu gün səhər saat 5:30-da İranın rəsmi İSNA xəbər agentliyi Azərbaycan Prezidentinə və dövlətinə qarşı qərəzli və böhtan dolu yazı dərc edib.
Yazı müəllifi və regionşünaslıq üzrə professor Kiyumərs Yəzdanpənahın məqaləsində qeyd olunur:
"Azərbaycan Respublikası tərəfindən Laçın yolunun hələ də açılmaması erməni soyqırımı kimi qəbul edilməlidir və belə bir acı hadisənin fəsadları barədə tezliklə ruslar xəbərdar edilməlidir.
Azərbaycanın bölgədə mühasirədə olan 120 min erməni xalqına qarşı qeyri-insani davranışına heç bir şəkildə haqq qazandırmaq və dözmək olmaz. Əgər tədbir görülməzsə, bu bölgədə səssiz ölüm baş verəcək".
Dövlətə yaxınlığı ilə seçilən agentliyin bu yazısından bir neçə saat sonra, saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə hücum olur. Nəticədə bir nəfər dünyasını dəyişir, 2 nəfər isə yaralanır.
Orxan Hun Son.az
Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların vəziyyə
Azərbaycanın İrandakı səfirliyinə hücum edən terrorçu bilərəkdən ora
Ukrayna Silahlı Qüvvvələri "Cənub" komandanlığı Donbas səmas�
İran adına törədilən terror aktlarının əksəriyyəti Hizbullah və HƏMA
ABŞ Dövlət Departamenti yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyi
Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar
Ölkəmizin İrandakı səfirliyinə qarşı törədilən terror aktı, səfirli
İranın Qum şəhərində etirazçı gənclər Xomeyninin evinə əldəqayırma
Misir Prezindeti Əbdülfəttah əs-Sisi Azərbaycanın işgüzar dairələri il
Rumıniya Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumdan dərin tə�
1829-ci ildə Tehrandakı Rusiya səfirliyinə hücum, səfir Qriboyedovun qətl
Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə üzrə Ali Nümayənd