Min bir dərdin dərmanı olan "ayı soğan"ın
Digərləri 26 Yan 2023 23:35:00 1202 0
Elmi adı "Allium ursinum" olan xalyar bitkisi dünyada yabanı sarımsaq, "ayı soğanı" kimi tanınır. Min bir dərdin dərmanı olan bu bitki əsasən rütubətli meşələrdə bitir.
Bu xəbəri də oxu: Azərbaycanda bu şəxslər 5 min manat cərimələnəcək
Xalyar demək olar normal sarımsağın xüsusiyyətlərinə malikdir. Ancaq ikisini müqayisə edəsi olsaq, "ayı soğanı" daha güclü otdur. Bu otun bir çox xroniki xəstəliyə qarşı güclü müalicəvi təsiri var. Lent.az yabanı sarımsaq kimi tanınan xalyar bitkisinin möcüzəvi təsirlərini təqdim edir.
Xalyar zehni tənzimləyir, konsentrasiyanı artırır, yaddaşı gücləndirir və həzm prosesini yaxşılaşdırır.
"Ayı soğanı"nın faydalı tərəflərindən biri də təzyiqi aşağı salmasıdır. Qan damarlarını açan, antibakterial və göbələk xəstəliklərinə qarşı effektiv təsir göstərən xalyar, böyrəkləri və su yollarını da tənzimləyir.
Məlumata görə, ayılar qış yuxusundan oyanan kimi mədə-bağırsaq və qanlarını təmizləmək üçün bu bitkini axtarırlar.
Qeyd edək ki, Azərbaycanda isə bu bitkiyə əsasən Qax, Zaqatala və Balakən rayonlarının dağlıq ərazilərində, rütubətli meşələrində rast gəlmək olur. Hətta bu bölgələrin mətbəxinə aid olan "xalyar" adlı yemək növü də var. Yeməklərin yanında turşu kimi də təqdim edilir. Yarpaqlarını isə müxtəlif növ salatlarda da istifadə etmək mümkündür.
Əsas məsələ bitkini bazardan alarkən mütləq təzə olduğuna diqqət etməkdir. Buna səbəb xalyar yeni-yeni çıxdıqda boyu 10 sm-ə qədər uzanır və elə bu formada da yeyilir. Xalyar "nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aid olduğu üçün bir az çətin tapılan bitkidir. Hazırda yerli bazarlarda kilosu 25 manata satılır.
Çox uzun dırnaqlar, süni dırnaqlar, müasir manikür sağlamlıq üçün tə
"Virusun kəskin dövrü var və ilk 5-6 gün kəskin hesab edilir".
Qəbələdə naməlum şəraitdə itkin düşmüş şəxsin axtarışları həl�
Kanada hökuməti Kanada Müdafiə Nazirliyinin balansında olan dörd "Leo
Növbəti bir neçə ay Ukraynada davam edən hərbi əməliyyatlar üçün həl
Yeddinci Abbasi xəlifəsi Məmun (813-833) hakimiyyətinin lap əvvəllərində
Yanvarın 26-da Misir Ərəb Respublikasının Qahirə şəhərində 54-cü Beyn
Göz quruluğunun səbəbi gözyaşı miqdarının və keyfiyyətinin yaxşı ol
Fırça və diş məcunu hər bir pasiyentə fərdi şəkildə həkim tərəfind
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismar�
Böyük Britaniya Milli Sağlamlıq və Klinik Mükəmməllik İnstitutunun tera
Naxçıvanda sahibkarların martın 1-dək elektron qaimə sisteminə keçəcəy
İsveçrədə yaşayan türklər Qurani-Kərimin yandırılmasına etiraz edib.