Quru göz xəstəliyi nədir?
Digərləri 26 Yan 2023 23:15:00 358 0
Göz quruluğunun səbəbi gözyaşı miqdarının və keyfiyyətinin yaxşı olmamasıdır. Gözlərdə batma hissi ilə özünü göstərən bu xəstəlik, kornea səthində problem olması və gözqapağı funksiyalarının pis işləməsi nəticəsində yaranır.
Bu xəbəri də oxu: Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin
Göz quruluğu olaraq adlandırılan, tibdəki adı ilə "quru göz xəstəliyi" gözyaşının gözqırpma ilə parçalana bilməməsi və keyfiyyətinin aşağı olması nəticəsində yaranır. Göz yaşlarının gözqoruma funksiyasının yox olması ilə gözlər infeksiyaya daha həssas olur. Bu səbəblə göz yaşını qorumaq və gözü nəmli tutmaq vacibdir.
40 yaşından yuxarı qadınlarda və havanın çirkli olduğu şəhərlərdə daha çox görülən quru göz xəstəliyi hər kəsdə eyni əlamətləri ilə özünü göstərmir. Səhərlər gözlərdə yaranan qaşıntı, yanma, gözdə batma hissi ən çox baş verən simptomlardır. Müalicə edilmədiyi zaman göz sağlamlığına zərər verir.
AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, antidepresantların istifadəsi, yuxu dərmanları və ya spirtli içkilər quru göz xəstəliyinin yaranma səbəblərindəndir. Kondisioner, güclü külək və ya siqaret tüstüsü də gözlərin qurumasına səbəb ola bilər. Normadan artıq kompüterdən istifadə də gözqırpma refleksinin azalmasına səbəb olur. Eyni zamanda göz qapaqlarında və kirpiklərdə yaranan xəstəliklər, göz yaşının azalması quru göz xəstəliyini sürətləndirir.
Quru göz xəstəliyinin müalicəsində əvvəlcə xəstəliyə səbəb olan amillər dəqiq müəyyən edilməli, göz yaşının miqdarı ölçülməlidir. Əgər quru göz probleminiz varsa mütəxəssisə müraciət etməniz vacibdir.
Fırça və diş məcunu hər bir pasiyentə fərdi şəkildə həkim tərəfind
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismar�
Böyük Britaniya Milli Sağlamlıq və Klinik Mükəmməllik İnstitutunun tera
Naxçıvanda sahibkarların martın 1-dək elektron qaimə sisteminə keçəcəy
İsveçrədə yaşayan türklər Qurani-Kərimin yandırılmasına etiraz edib.
ABŞ Prezidenti Co Bayden fevralda Avropaya səfər etməyi düşünür.
Qızıl nisbətə görə dünyanın ən yaraşıqlı kişisi məlum olub.
Qırğızıstan parlamentində uşaqlara və yetkinlik yaşına çatmayanlara qa
İslam dünyasının coğrafiya elminin inkişafında böyük rol oynayan məşh
Yumurta, xüsusən sarısı qanda xolesterini yüksəldir, lipid balansını poz
İslam Peyğəmbərinin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, m�
Cinsi yolla keçən xəstəliklər, infeksiyaların insanı necə, hardan və ki