Rusiya muzdlularının Bakıdakı məzarlığı 2 dəfə böyüdü FOTO
Digərləri 26 Yan 2023 10:19:00 342 0
Ukrayna ilə müharibənun uzanması Rusiyaya canlı qüvvə sarıdan ciddi problemlər yaratmaqda davam edir. Məsələn, Krasnodar diyarının Bakı kəndi yaxınlığındakı qəbirstanlıqlardan birində son iki ay ərzində təzə məzarların sayı 7 dəfə artaraq 170-ə çatıb.
Bu xəbəri də oxu: Şirvanda avtomobil zəncirvari qəza törətdi 4 piyadanı vurdu
Son.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazır ki, bu qəbirstanlıqda Rusiyadakı Wagner özəl hərbi şirkətinin muzdlu əsgərlərini dəfn edirlər. Qəzet qeyd edir ki, bu faktın dəqiqləşdirilməsi üçün 24 noyabr 2022-ci il tarixindən 24 yanvar 2023-cü ilədək dövrü əhatə edən peyk görüntüləri təhlil edilib. Otən il dekabrın sonlarında Molkino qəsəbəsi yaxınlığında Wagner şirkəti muzdlularının məzarlığının olması barədə məlumatı yerli fəal və keçmiş hərbçi Vitali Votanovski verib. Onun sözlərinə görə həmin qəbirstanlıqda sahibi çıxmayan vaqnerçilərin meyitlərini basdırırlar. Votanovskinin Telegramda dərc etdiyi fotolardan ehtimal etmək olar ki, burda dəfn edilənlərin bir çoxu Donbas vilayətindəki Soledar və Baxmut şəhərləri uğrunda döyüşlərdə həlak olub. Məzar xaçlarındakı yazılarda əks etdirilən 16 ad və doğum tarixləri Rusiyada məhkun edilmiş şəxslərin məlumat bazasındakı ad və tarixlərə uyğun gəlir.
Yanvarın əvvəllərində belə bir məzarlığın mövcudluğunu Wagner özəl hərbi şirkətinin təsisçisi və sponsoru Yevgeni Priqojin də təsdiq etmişdi. Priqojinin bu məzarlıq haqqında danışdığı videoklip RIA Novosti xəbər agentliyinin saytında yerləşdirilib. Priqojinin mətbuat xidməti xəbər verir ki, həmin qəbirstanlıqda, orda dəfn olunmalarını vəsiyyət edənləri basdırırlar. Bundan başqa qəbirstanlığın yaxınlığında kiçik bir məbəd və 2010-cu illərdən bəri müxtəlif münaqişələrdə həlak olanların xatirə abidəsi var. Priqojinin sözlərinə görə həmin xatirə abidəsinin altında heç kim dəfn olunmayıb və oradakı lövhədə muzdlu əsgərlərin şəxsi nömrələri və aldıqları orden və medalların surətləri göstərilib.
Amma The New York Times yazır ki, yerli sakinlər bəzi həlak olanların kremasiya edildiyini və küllərinin xatırə divarına yerləşdirildiyini deyirlər. RIA Novostinin ötən ilin dekabr ayına olan məlumatına görə qəbirstanlıqda 90 məzar olub. Votanovski və yerli medialar daha əvvəl bildirirdilər ki, xatirə abidəsi və qəbirstanlıq Molkino kəndinin 10 kilometrliyində yerləşən Bakinskaya adlı stanitsadadır. Wagner özəl hərbi şirkəti - qeyri-rəsmi hərbiləşdirilmiş təşkilat olaraq Rusiyanın Müdafiə Nazirliyinin və ya hər hansı rəsmi qurumunun balansında deyil.
Bu şirkətin muzdlu əsgərləri Suriya, Afrika və Ukraynadakı münaqişələrdə iştirak edirlər. Onlardan bir çoxlarının çoxsaylı hərbi cinayətlər törətdiyi bildirilir. 2022-ci ilin yazında media xəbərlərindən məlum olmuşdu ki, özəl hərbi şirkət Ukrayna müharibəsində iştirak etmək üçün Rusiyanın islah-əmək koloniyalarından məhkumları toplayır. Bu məhkumlara sağ qalacaqları təqdirdə məhkumluqlarının ləğv ediləcəyi vəd olunub. Bu prosesin hüquqi baxımdan necə həyata keçirildiyi məlum deyil.
Azər Nuriyev Son.az
Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin polkovni
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) ətrafında qal
ABŞ-ın Florida ştatında 52 yaşlı müəllim Donna Barber məhbusla intim
Ermənistan nə qədər zəifdirsə, onun məhv edilməsi imkanları da o qədə
Amerikalı aktrisa və model Paris Hilton ilk dəfə ana olub.
39 yaşlı futbolçu Dani Alveşin ittiham olunduğu zorlama hadisəsində yeni
Bir qrup mədəniyyət və incəsənət xadimi Azərbaycan Respublikası Kinemat
Bu gün Xalq artisti Aygün Kazımovanın ad günüdür.
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
Uşaqlarda müşahidə olunan ishal əsas problemlərdən biridir. İshal olan u
"Meta" şirkəti ABŞ-ın keçmiş Prezidenti Donald Trampın feysbuk