İmam Həsənin gözəl əxlaqından nümunələr
Digərləri 24 Yan 2023 23:55:00 381 0
İmam Həsən (ə) kamillik yolunu getmək istəyənlərə fərdi və ictimai siması ilə bənzərsiz bələdçi və bəşəriyyət simvollarından biridir. Bu haqda nəql edilən rəvayətləri ətraflı şəkildə burada qeyd edə bilmədiyimizdən, bir neçəsi ilə kifayətlənirik:
Bu xəbəri də oxu: Xameneinin müşaviri: "İsrailə qarşı cavab hazırlığı görürük"
O həzrətin ibadətdə parlaq siması bəşəriyyət tarixinə gözoxşayan bir gözəllik vermişdir. O həzrətin özü buyurmuşdur: "Allahın evinə piyada getmədiyim zaman Allahımla görüşməkdən həya edirəm." Buna görə də, imam Həsənin 20-25 dəfə Mədinədən Məkkəyə - həccə piyada getmişdir.
O həzrətin diqqətə çarpan ən önəmli xüsusiyyətlərindən biri də, tarixçilərin dilində dastan olmuş xeyirxahlığı və comərdliyi idi. Bir rəvayətdə belə deyilir: "Bir nəfər o həzrətin hüzuruna gələrək möhtac olduğunu bildirir. İmam "ehtiyacını yazıb gətir" - deyə buyurur. O, yazıb gətirdikdə, ehtiyacından ikiqat artığını ona əta edərək razı salır.
Başqa bir rəvayətdə də: "İmam Həsən (ə) həyatda olduğu müddətdə iki dəfə bütün var-dövlətini başqalarına infaq etmiş və bağışlamışdır." - deyə nəql edilir. ("Tarixi-xuləfa", Süyuti, s.73.)
O həzrət xeyirli işlər üçün bütün malını sərf edərdi. Bu xislət o həzrətdə daha çox təcəlla etdiyi üçün kərəm və ehsan mədəni olan "Əhli-beytin Kərimi" (kəramətli və səxavətli) ləqəbini almışdır.
İmam Həsən (ə) insanların ehtiyaclarını ödəməyi və onların imdadına çatmağı çox xoşlayırdı. O həzrət Kəbəni təvaf edərkən bir şəxs ondan bir şey istəyir. İmam (ə) təvafını yarıda saxlayıb, onun istəyini yerinə yetirir. Təvafın savabı çox olsa da, insanların ehtiyaclarını ödəməyi, onlara əl tutmağı Allah-Taalanın nəzərində təvafı tamamlamaqdan üstün olduğunu buyurardı.
Bir dəfə imam Həsəndən (ə) "Nə üçün dilənçiləri bir dəfə də olsun əliboş geri qaytarmadın?" - deyə soruşulduqda, o həzrət belə cavab verir: "Mən də Allahdan diləyirəm. Özüm (Allah dərgahında) dilənçi ola-ola, dilənçini əliboş qaytarmaqdan utanıram. Allah mənə həmişə bol-bol nemətlər verir, mən də Onun nemətlərini insanlara paylayıram. Əgər adətimi tərk etsəm, qorxuram ki, O, da adətini tərk etsin!" (Peyğəmbər (s) və Əhli-beytin (ə) əxlaqı", Ustad Baqir Şərif əl-Qürəşi, "imam Həsənin (ə) əxlaqı" bölümü.)
Bəzi insanlar məsafəli davranmağı sevirlər, səmimi olmurlar. Əgər kims�
İmam Sadiq (ə) nəql edir: "Həzrət İmam Həsən (ə) öz əhli-beytin�
Oksitosin beyində həyatdan zövq, xoşbəxtlik hisslərini yaradan hormondur.
Məlum olduğu kimi, ötən ilin oktyabrından etibarən ölkədə jurnalistlər
Ukrayna Prezident Ofisi rəhbərinə yeni müavin təyinatı olub.
Aşağıdakı ayədə uyğun əhvalata işarə olunur: Yusif onların yüklərin
Məsum İmamlar (ə) tarix boyu insanlar üçün əxlaq nümunəsi olmuşdular.
Ürək və sinə ağrıları ən çox rast gəlinən xəstəliklərdən biridir.
Qrip və koronavirusun yeni ştammına yoluxanlar xəstəlik dövrü və sonra a
Atəştpərəsliyin qədim tarixə malik olmasına baxmayaraq, Zərdüştün do�
Xərçəng yaranmasına səbəb olan daxili və xarici faktorların təsir dər�
Dünyanın ən varlı adamlarından biri olan "Microsoft"un qurucusu B
Zülmün dünyanı son dərəcə əhatə etməsindən sonra xilaskarın zühur e