Xankəndində yaşayan erməniləri Azərbaycan vətəndaşları kimi görürük
Siyasət 24 Yan 2023 22:38:00 362 0
Azərbaycanın mövqeyi belədir: ərazi bütövlüyümüzü qorumaq və biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Biz bu gün Xankəndində yaşayan erməniləri Azərbaycan vətəndaşları kimi görürük və hər bir ölkə vətəndaşı kimi onlara da hüquq və azadlıqları təmin edən Azərbaycan Respublikasının Konstitusiyasıdır.
Bu xəbəri də oxu: İlham Əliyev Kəlbəcərin azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib
Son.az Trend-ə istinadən bildirir ki, bunu Fransanın "Revue Conflits" saytına müsahibəsində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva deyib.
Səfir bildirib ki, hərbi əməliyyatlar başa çatdıqdan və üçtərəfli saziş imzalandıqdan sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüsü ilə çıxış edib. Ölkəmiz də sülh müqaviləsinin imzalanmasını təklif etdi, biz müharibədən əvvəlki irsin kütləvi şəkildə məhv edildiyini aşkar etdikdə bu, asan qərar deyildi. Mən bu məqamı ona görə qeyd edirəm ki, hər kəsin aydın təsəvvürə malik olması vacibdir ki, üçtərəfli saziş imzalanandan ertəsi gün Azərbaycan bilirdi ki, iki ölkə arasında sülhün imzalanması haqqında belə tez danışmaq heç də asan deyil.
"Sonradan Azərbaycan və Ermənistan liderləri son iki ildə bir neçə dəfə görüşdülər, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə görüşlər oldu. Liderlərin son görüşləri Brüssel, Praqa və Soçidə keçirilib.
Ötən il hər iki ölkə sülh sazişinə nail olmağa yaxın idi. Təəssüflər olsun ki, hər dəfə iki ölkə saziş imzalamağa yaxınlaşanda bir hadisə (erməni təxribatları) bu imzalanmaya əngəl törədir. Məsələn, sentyabr ayında Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib. Ermənilər Azərbaycan ərazilərində minalar basdırmağı planlaşdırırdılar, ona görə də biz bu təcavüzə reaksiya verərək, ermənilərin Azərbaycanın mülki əhalisini hədəfə almaq üçün istifadə etdiyi, demarkasiya edilməmiş sərhəddə yerləşən strateji yüksəklikləri ələ keçirdik", - deyə o, əlavə edib.
Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarab
Anadangəlmə ürək qüsurları çox geniş rast gəlinən problemlərdən biri
"Cosa Nostra" mafioz qrupunun üzvü olan daha yeddi nəfər həbs edi
Xərçəngin bir çox mümkün əlamətləri var, baxmayaraq ki, onlar müxtəli
Bolqarıstan Prezidenti Rumen Radev 48-ci parlament hökuməti formalaşdıra bi
Filippinin Kauayan şəhərindən havaya qalxan Cessna 206 tipli sərnişin təy
Bitki tərkibli olması dərmanları tam zərərsiz və güvənli etmir. Əksin�
Bakıda sevgi münasibətində olduğu qızı və rəfiqəsini intihara cəhd h�
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın paytaxtı Daş
İmam Sadiq (ə) buyurub: فَأمَّا مَن کَانَ مِن الفُقِ�
Demensiya və onkologiyadan yayınmaq üçün hər gün əla keyfiyyətli qara �
İmamın (ə.f) qeybdə olması heç də Həzrətin (ə.f) vücudunun görünmə
Beldən yuxarı hissədə, qollarda, kürəkdə qırmızı xətlər, cızıqlar
Sabah gecə saatlarında Bakıda 3 dərəcə şaxta olacaq.