Paşinyanın Kremlə qarşı addımı... – Rus analitik
Siyasət 24 Yan 2023 21:28:00 350 0
Düşünmürəm ki, Ermənistan tərəfindən tanınıb, Azərbaycan tərəfindən tanınmayan AB-nin mülki missiyası təhlükəsizliyin təmin olunmasına həlledici töhfə verəcək.
Son.az axar.az-a istinadən bildirir ki, bunu rusiyalı analitik Nikolay Silayev AB-nin 200 nəfərlik mülki missiyanın 2 il müddətinə Ermənistana göndərilməsi barədə qərarı haqda danışarkən deyib.
"Rusiya dəfələrlə KTMT missiyalarını Ermənistan-Azərbaycan sərhədi bölgəsində yerləşdirmək təklifi verib. Bu mənada KTMT missiyasının nə edə biləcəyi aydındır. Çünki KTMT hərbi alyansdır və Cənubi Qafqaz onun məsuliyyət sahələrindən biridir və onun anlaşılan təsir rıçaqları var. AB-nin gördüyü işlər isə sadəcə bir məntiqə tabedir - nə olursa olsun, Rusiya ümumilikdə regiondan, xüsusən də Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesindən sıxışdırılmalıdır. AB-nin addımları artıq ağır günlər yaşayan Ermənistan-Rusiya münasibətlərində gərginliyi artıracaq. Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov da birbaşa bəyan edib. O, xüsusilə qeyd edib ki, Ermənistanın Azərbaycanla sərhədə missiya göndərmək barədə AB ilə razılaşması "əks-effekt verə bilər", - o bildirib.
Silayev qeyd edib ki, AB-nin mülki missiyasının Ermənistana göndərilməsi Bakı-İrəvan arasında ötən ilin payızından ən böyük hərbi toqquşmalardan sonra irəli sürdüyü xarici siyasət xəttinin bir hissəsidir:
"Davamına baxaq. Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə əməkdaşlıq planlarını müzakirə etmək üçün görüş keçirdiyi barədə məlumat yayılıb. Tərəflər Ermənistan-NATO siyasi dialoqunun səviyyəsindən məmnunluq ifadə ediblər, cari əməkdaşlıq proqramlarına və gələcək perspektivlərə toxunublar. Ermənistan şübhəsiz ki, bu görüş və danışıqdan təhlükəsizlik baxımından heç nə qazanmır. Çünki heç kim İrəvana zəmanət vermir və vermək niyyətində deyil. Ermənistan Kremllə münasibətləri inkişaf etdirmək baxımından uduzur. Mahiyyətcə də İrəvan Rusiyanı sıxışdırıb, onun regionda təsirini azaltmaq məqsədi güdən AB və NATO ilə həmrəy olduğunu göstərir".
AB-nin İrəvana iki illik müddətə "mülki missiya" göndərməsi b
Uşaqlarda, hətta böyük adamlarda çöp qalma halları çox olur. Amma çöp�
Azərbaycanla Rusiya taunun sərhədyanı təbii ocaqları olan ərazilərdə ep
"Qərb ölkələri Estoniyanı Sankt-Peterburqu ələ keçirə biləcəyi �
Bəzən insanlar Həzrət Mehdi (ə)-ın hüzuruna nail olmaq üçün çox səy
Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın aç
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspe
Taleyi dəyişmək üçün çərçivədən çıxmaq lazımdır. Özünüzü dəy
"Paşinyan-Vardanyan qarşıdurması və ya rəqabəti ola bilər. İndi bu
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətini
"Erməni resursları Avropa Birliyinin uzunmüddətli müşahidə missiyas�
Əhli-beyt ardıcıllarının etiqadına əsasən, Peyğəmbər (s) elminin vari
"Dünya praktikasında mədəkiçiltmə əməliyyatından sonra xərçəngi
Alimlər sürvə- şalfey bitkisinin bədəndə iltihabı azaldıb, pis xolester
Hindistanlı qidalanma mütəxəssisi Nmami Aqarval maksimum sağlamlıq faydas�