Böyük skandal ifşa edildi: İki ölkə üzərindən
Siyasət 24 Yan 2023 21:17:00 296 0
Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın açıqlaması Azərbaycan mediasında geniş əks-səda doğurub.
Arutyunyan bunu deyib: "Biz (Ukrayna erməniləri) Ermənistana kəşfiyyat məqsədilə istifadə olunan pilotsuz uçan aparatlar göndərmişik. Bu hərbi texnika Varşava-İrəvan reysi ilə aparılır. Buradan, Ukraynadan ordumuza çoxlu kömək göndərilir. Təsəvvür edin, bizdə müharibə gedir, amma bizim ermənilər Ermənistana kömək edə bilir. Ukrayna tərəfindən vuruşan hərbçilərmiz Ermənistandakı qardaşlarına pilotsuz uçan aparatlar göndərə bilirlər".
Bu barədə "Atlas" araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.
Rusiya ilə müharibə aparan Ukraynadan Ermənistana PUA-lar göndərilə bilərmi?
Mərkəzin ekspertləri hesab edirlər ki, ermənilərin PUA oğurladıqları Ukraynanın daha çox belə texnikalara ehtiyacı var:
"Ukraynanın bu aparatları əsas tədarük etdiyi ölkə Türkiyədir. İki ölkə arasında PUA-ların birgə istehsalıyla bağlı razılaşma var. Ukrayna ABŞ-dan da PUA-lar əldə edir. Ukrayna Prezidenti Vladimir Zelenski bütün açıqlamalarında Qərb ölkələrindən hərbi texnika istəyir. Çünki Ukraynanın hərbi texnikası və döyüş sursatları azalır, pilotsuz uçan aparatların bir hissəsi döyüşdə zərərsizləşdirilir. Bunların yeri doldurulmalıdır.
Digər tərəfdən, Ukraynanın Azərbaycanla tərəfdaşlıq münasibətləri var. Kiyev Ermənistanı Rusiyanın strateji müttəfiqi kimi qiymətləndirir. Bu baxımdan, Ermənistana silah və ya pilotsuz uçan aparatlar göndərmək Ukraynanın milli və təhlükəsizlik maraqlarına ziddir".
Mərkəzin ekspertləri hesab edirlər ki, Ukrayna Erməniləri İttifaqının icraçı direktorunun açıqlaması araşdırılmalıdır:
"Ukraynada müharibə başlayana qədər bu ölkədə təxminən 500 min erməni yaşayırdı. Ukraynada yaşayan bir qrup erməni böyük maliyyə imkanlarına malik idi. Həmin ermənilərin korrupsiya yoluyla Kiyevdə hansısa məmurları ələ alaraq Ermənistana pilotsuz uçan aparatlar göndərməsi istisna deyil. Ukraynadakı ermənilərin ən tanınmış nümayəndəsi uzun illər daxili işlər naziri işləmiş Arsen Avakovdur. O hazırda dövlət vəzifəsi tutmasa da, əlaqələri genişdir.
Ukraynadan PUA-ların Ermənistana çatdırılması üçün bir neçə mərhələ keçilməlidir. Birinci mərhələdə həmin aparatlar anbarlardan oğurlanmalıdır. İkinci mərhələdə oğurlanan aparatlar gizli yolla Ukrayna-Polşa sərhədindən keçirilməlidir. Üçüncü mərhələdə isə oğurlanan və Polşaya gizli yollarla çatdırılan aparatlar yenə gizli yolla Varşava-İrəvan təyyarə reyslərinə yüklənməlidir.
Azərbaycan Xarici İşlər Nazirliyi xətti ilə Kiyev və Varşavaya müraciət edilməli, Ukrayna və Polşa rəsmilərinin məsələyə münasibəti öyrənilməlidir. Ukrayna kimi Polşa da Azərbaycanın tərəfdaşıdır və Ermənistana silah göndərmək Polşanın da milli və təhlükəsizlik maraqlarına ziddir".
Təhlildə o da qeyd olunur ki, Ukrayna Erməniləri İttifaqının icraçı direktorunun açıqlaması informasiya müharibəsinin tərkib hissəsi də ola bilər:
"Məqsəd Azərbaycanın tərəfdaşları olan Ukrayna və Polşa ilə münasibətlərini gərginləşdirməkdir. Ukrayna erməniləri hipotetik olaraq Ermənistana PUA-lar göndərirlərsə, məntiqlə bunu açıqlmamalıdırlar. Çünki bu açıqlamadan sonra Ukraynadan Ermənistana dronların çatdırılması ya mümkün olmayacaq, ya də xeyli çətinləşəcək. Yəni "Ermənistana pilotsuz uçan aparatlar göndəririk" açıqlamasının ermənilərə zərəri faydasından çoxdur.
Ermənistan hakimiyyətinin, Qarabağ separatçılarının və dünyadakı erməni lobbisinin məqsədi Azərbaycanın müxtəlif dövlətlərlə münasibətlərini gərginləşdirməkdir. Bunun qarşısını yalnız fəal diplomatiya və təxribat xarakterli məlumatların vaxtında dəqiqləşdirilməsi ilə almaq mümkündür".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspe
Taleyi dəyişmək üçün çərçivədən çıxmaq lazımdır. Özünüzü dəy
"Paşinyan-Vardanyan qarşıdurması və ya rəqabəti ola bilər. İndi bu
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətini
"Erməni resursları Avropa Birliyinin uzunmüddətli müşahidə missiyas�
Əhli-beyt ardıcıllarının etiqadına əsasən, Peyğəmbər (s) elminin vari
"Dünya praktikasında mədəkiçiltmə əməliyyatından sonra xərçəngi
Alimlər sürvə- şalfey bitkisinin bədəndə iltihabı azaldıb, pis xolester
Hindistanlı qidalanma mütəxəssisi Nmami Aqarval maksimum sağlamlıq faydas�
Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili yeni növ koron
Azərbaycan öz suveren xarici siyasəti ilə qürur duyur və İsraildə səfir
Türkiyəli müğənni Sibel Can bu il ard-arda konsert proqramları ilə çıx�
Türkiyə Silahlı Qüvvələri "Pençe-Kilit" əməliyyatı çərçiv
Xalq artisti Röya Ayxan həyatını sığortalatmaq qərarına gəlib.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilmişdir ki, bəzi sosial şəbək