Çobanyastığı haqqında bilmədikləriniz
Digərləri 24 Yan 2023 08:46:00 416 0
Bu ot bitkisi Astrakimilər (Mürəkkəbçiçəklər) sinfinə daxildir. Xalq arasında çobanyasığını kamila, mollabaşı çiçəyi kimi də tanıyırlar. Çobanyastığının elmi adı latın dilindən götürülmüşdür. Matriks latınca uşaqlıq deməkdir. Çobanyastığının isə ginekoloji xəstəliklər zamanı faydası çox olduğuna görə onun adı Matricaria adlandrılmışdır. Bu termini elmə Karl Linney salmışdır. Çobanyastığının elmə 25 növü məlumdur. Onlardan ən çox yayılmışı və istifadə ediləni isə aşağıdakılardır: * Aptek çobanyastığı - ən çox Şimali Amerikada, Avrasiyada bitir. O yetişdirilmə sayəsində əmələ gəlir. Tərkibinə görə ən qiymətli dərman bitkilərindən hesab edilir. Onun tərkibindəki efir yağlarında xamazulen orqanizm üçün çox faydalıdır və tibbdə geniş isitfadə edilir. * Amerika çobanyastığı - ən çox Amerikada bitir. Vətəni Amerika olsa da bəzi ölkələrə də yayılıb. Çobanyastığının bu növü güclü və təsirli qoxusu ilə məşhurdur və uzun illərdir ki, tibb sənayesində geniş istifadə olunur. Dərman məqsədilə istifadə edilən bu çobanyastığı çiçəklərinin boyu 40-50 sm-ə qədər böyüyür, sürünən və zəif kökə sahibdir. Onların kök sistemləri zəif inkişaf edir və asanlıqla torpaqdan ayrılır. Çobanyastığının yarpaqları gövdənin əsasən aşağı hissəsində olur və hündürə qalxan budaqların baş hissəssində çiçəklər açır. Onun çiçəkləri səbətə oxşayır, ortası sarı rəngli, kənarları isə ağ, uzunsov ləçəklərlə dairəvi şəkildə qapanmış olur. Çobanyastığı may ayından çiçək açmağa başlayır. Çiçəklənmə avqust ayına kimi davam edir. Çobanyastığına açıq sahələrdə, düzənliklərdə, yol kənarlarında rast gəlmək mümkündür. O kök və toxum vasitəsilə çoxala bilir.Dərman vasitəsi kimi istifadə edilməsi üçün çobanyastığını xüsusi olaraq yetişdirirlər. Çobanyastığından dərman vasitəsi kimi istifadə etmək üçün əsarlər boyu onu xüsusi olaraq yetişdiriblər.Onun vegetasiya dövrü 2 ay, ömrü isə 3-4 aydır. Çobanyastığı 3*C -dən yuxarı tempraturda asanlıqla yetişə bilən bitkidir. Onun toxumlarını yetişdirir və şitillərini əkməklə çoxaltmaq daha çox məhsuldarlığın əldə edilmsinə səbəb olur. Yay aylarında uzun müddət yağışlar yağmasa çobanyastığı çiçəklərinin toplanması müalicəvi baxımdam daha yaxşı hesab edilir. Bu zaman çobanyastığı çiçklərinin 3 santimetrdən çox olmayan saplaqları il birlikdə toplayırlar. Çiçəklər qaranlıq və yaxşı ventilyasiya olan yerdə qurudulur. Çiçəklərin yaxşı quruması üçün onu kağızın və ya pambıq parçanın üstünə sərmək lazımdır. Çobanyastığı Günəşin Yer üzündə kiçik nümayəndəsi hesab edilir. Bədii ədəbiyyatlarda çobanyastığı " ovuc içində kiçik Günəş" kimi qiymətləndirirlir. Onun barədə Hans - Kristina Andersenin kədərli və poetik əsərindədə rast gəlmək mümkündür. Qədim yunanlar çobanyastığına Günəş Allahının insanlara bəxş etdiyi hədiyyə kimi qiymətləndirmişlər. Çobanyastığının Tərkibi Bir stəkan (237qram) çobanyastığının tərkibində olanlar: - Su - 236 qr - Karbohidratlar - 0,5 qr - Zülallar - 0 - Yağlar - 0 - Kalori dəyəri - 1 kKal - Kalium - 21,33 mq - Kalsium - 4,74 mq - Maqnium - 2,37 mq - Dəmir - 0,19 mq - Marqanes - 0,1 mq - Sink - 0,09 mq. Çobanyastığının tərkibində A, B5, B1, B2, B9 vitaminləri var. Çobanyastığının Xeyri Aptek çobanyastığı çiçəyi daxilə və xaricə tətbiq edilir. Ondan dəmləmələr və çaylara əlavə edilərək istifadə olunur. Çobanyastığı dəmləməsindən qarqara, kompres, imalə, yuyunma vasitəsi kimi də istifadə edilir. Müxtəlif qan xəstəliklərinin müalicəsində də çobanyastığı dəmləməsindən istifadə etmək olur. Ondan tibbdə geniş istifadə edilir. Belə ki, çobanyastığından həm həkimin məsləhətinə görə, həm də azad şəkldə istifadə etmək mümkündür. Müalicəvi xüsusiyyətləri: Çobanyastığı çiçəyində uçucu yağlar (matritsin və matrikarin), xamazulen, seskviterlenov spirti, bisabolol, bizaboloksid, ketospirt, kumarin, flavonidlər, sitosterin, farnezin, xolin, kardinen, beta-karotin, izonid, acı maddələr, askorbin turşusu,valerian turşusu, salisil turşusu, fitosterollar var. Çobanyastığı çiçəyi antiseptik, ödqovucu, sakitləşdirici, qıcolma əleyhinə, qanaxma əleyhinə təsir göstərir. Çobanyastığı dəmləməsi bağırsaq spazmlarında, qara ciyərin iltihabi xəstəlikləri zamanı, öd və sidik sisteminin iltihabi xəstəlikləri zamanı, sancılı aybaşıda, isterik reaksiyalar zamanı, nevrozlarda, nevroz tutmaları zamanı, üçlü sinirin nevralgiyasında daxilə qəbul edilir. Çobanyastığı dəmləməsi mərkəzi sinir sisteminin fəaliyyətini yaxşılaşdırır, reflektor funksiyaları sürətləndirir, beyin qan damarlarını genişləndirir, ürək və tənəffüs ritmlərinin sürətlənməsinə səbəb olur. Çobanyastığını adətən qastritlərin, kolitlərin, ginekoloji xəstəliklərin, pevmatizmanın,bronxial astmanın, anginanın kompleks müalicəsi zamanı təyin edirlər. Çobanyastığı orqanizmdə həzm sisteminin normallaşmasına, ödün axınının sürətlənməsinə, qaşınmanın azalmasına, tərləmənin qarşısının alınmasına səbəb olur. Çobanyastığı orqanizmə antiallergik təsir bağışlayır. Tibbdə çobanyastığının tətbiqi Tibbdə çobanyastığından aşağıdakı formalarda qəbul edilir: *Çobanyastığı çiçəkləri qurudulmuş şəkildə paket halında satılır. * Romazulon - tərkibində çobanyastığı yağı, və antiseptik var. Qastrit, duadenit, köp, həzm pozğunluqları olduqda təyin edilir. Bu zaman 200 ml qaynar suya yarım çay qaşığı əlavə edilir və içilir. Kompreslər və imalə üçün 1 litr suya 1,5 çay qaşığı romazulon əlavə etməklə əldə edilən qarışımdan istifadə olunur. Bu preparatdan stomatit, otit,qinqvit, uretrit, sistit, trofik yaralar zamanı xaricə tətbiq edilir. * Alorom ( çobanyastığı tərkibli maz) - miozitlər, pleksit, radikulit,artrit zamanı tətbiq edilir. Mazın tərkibində çobanyastığı, aloe, kalendula və müalicəvi yağlar var. Bu maz yerli iltihab əleyhinə və ağrıkəsici təsirə malikdir. * Arfazetin - müxtəlif bitkilərlə çobanyastığı qarışımından əldə edilən dərmandır. Bu dərman qanda şəkərin aşağı düşməsinə səbəb olur. Qarışımda iburnu, dəvədabanı, qara yemişan, qatırquyruğu və s. var. * Rotokan - tərkibində çobanyastığı, boymədəran və gülümbahar var və iltihab ə
Bu xəbəri də oxu: Rusiya təyyarəsi Misirdə məcburi eniş etdi
Pakistanın şimal-qərbindəki Bannu rayonunda partlayış baş verib, bir hər
Avropa İttifaqının Türkiyədəki nümayəndə heyətinin rəhbəri Nikolaus
Pomidorun bu növü son illər dünyada çox məşhurlaşıb. Çerri pomidoru ə
Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirill Timoşenko istefa ərizəsi
Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı general-mayor H
ABŞ iranlı iş adamlarına və rəsmilərinə yeni sanksiyalar tətbiq edib.
Bir çox analar körpələrinə süd verən zaman yenidən hamilə qalırlar.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən rus sü
Ötən ildə tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi
İspanaq birillik göyərtidir. İspanaq toxum vasitəsilə artırılır və 35-
"Bunu siyasi səbəblərdən etdim. Bu qədər insanın məni öldürmək i
İstanbulun Beyoğlu rayonunda köhnə kilsədə naməlum səbəbdən yanğın b
Rusiyalı qadın müxbir Anastasiya Yelsukova Ukraynada əməliyyat zonasında c