Gicgaha dəyən son güllə, uğursuz ailə həyatı,


Digərləri 22 Yan 2023 16:00:00 554 0

Gicgaha dəyən son güllə, uğursuz ailə həyatı,

Son.az Kulis.az-a istinadən jurnalist, Milli Qəhrəman Salatın Əsgərova haqqında maraqlı faktları təqdim edir.

Salatın Əziz qızı Əsgərova 16 dekabr 1961-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərə başa vurur. Elə həmin il də, Azərbaycan Neft və Kimya İnstitutuna daxil olur. Müəlliməsi Firəngiz Haşımovanın sözlərinə görə, Salatın Əsgərova uşaqlıqdan öz möhkəm iradəsi ilə digər yaşıdlarından seçilib.

***

1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərir. Nəticədə 1984-cü ildə müqavilə ilə "Bakı" qəzetində, 4 il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayır.

Salatın Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı məsələlərə toxunur, tez-tez cəbhə xəttinə gedir, qaynar nöqtələrdən operativ materiallar hazırlayır. Onun iş prosesi ailəsini, iş yoldaşlarını nigaran qoyur. Onlar dəfələrlə onun döyüş bölgəsinə getməyinin qarşısını almağa çalışsalar da, heç nəyə nail ola bilmirlər.

***

Salatın Əsgərova 1991-ci il yanvarın 8-də Laçının Ağanus kəndində olur. Kənd sakini Əbülfət Məhərrəmovun verdiyi müsahibədən:

"Söhbətdən sonra maraqla çiynimdəki "Kalaşnikov" avtomatına baxdı. Bir neçə atəş açmağa icazə verməyimi xahiş etdi. Razılaşdım. Salatın avtomatı götürdü. Kənd uşaqları təxminən 100 metr aralıda bir hədəf qurdu. Xanım jurnalist avtomatdan bir neçə sərrast atəş açdı... Sonda reportajın tezliklə qəzetdə dərc olunacağına və radioda veriləcəyinə söz verərək, sağollaşıb bizdən ayrıldı".

Salatın zob xəstəliyindən əziyyət çəkib. Yaxın adamları və iş yoldaşları tez-tez ona cərrahiyyə əməliyyatını məsləhət görsə də, Əsgərova əməliyyat zamanı ölməkdən qorxduğu üçün razılaşmır. Lakin atası Əziz Əsgərovun məsləhətindən sonra, cərrahiyyə əməliyyatının aparılmasına razılıq verdi. 1991-ci il 16 yanvarda əməliyyatın vaxtını təyin etsələr də, ezamiyyətdən sonra o, xəstəxanaya tələsmir.

***

O, 1991-ci ilin yanvarın 8-dən 9-na keçən gecə Salatın Bakıdan Şuşaya Oleq Larionovun yanına getməyə qərara alır. O, hərbi formasını geyinib evdən çıxır. Batalyon komandiri podpolkovnik Oleq Larionov Tayşet nəslindən idi, sibirli idi. O, 5 il batalyona rəhbərlik etmişdi, həmin batalyon 1990-cı ilin yazında Qazaxın Bağanis Ayrım kəndini ermənilərin hücumlarından qorumuşdu. Buna görə də ermənilər Larionovun başına 10 min rublluq mükafat vəd etmişdilər. O, həm də Qazaxda Salatın Əsgərovanı ölümdən xilas etmişdi. Salatın Əsgərova Oleq Larionovla söhbət etdi.

1991-ci il yanvarın 9-da pusquda durmuş erməni terrorçuları tərəfindən Yevlax-Laçın yolunun 141 km-də Qaladərəsi kəndi yaxınlığında, Gəncə şəhərinin "N" saylı hərbi hissəsinə məxsus "UAZ 469" markalı 30-14 NB dövlət nömrə nişanlı avtomaşın atəşə tutuldu. Ermənilər hərbi maşını iki istiqamətdən - həm avtomatdan, həm də snayper tüfəngindən qabaqdan, arxadan və soldan güllələdilər. Sonradan hadisə yerinə gələnlər maşında 113 güllə deşiyi saymışdılar. Hərbi maşının sürücüsü - serjant İ.Qoyek ölməzdən əvvəl əyləçi basa bilir, mayor İqor İvanov dərhal ölür. Podpolkovnik Oleq Larionov isə ermənilərə avtomatdan atəş açmağa imkan tapır. O, beş güllə yarası almasına baxmayaraq maşından yerə düşə bilir, yolu keçib ermənilərdən xeyli uzaqlaşıb, silahındakı patronlar qurtarana qədər onlarla döyüşür. Sonda o yerə yıxılır və ermənilər ona yaxınlaşıb yenidən güllələyirlər. Daha sonra erməni silahlıları maşının qapısını açıb, yaralı Salatın Əsgərovanı dayanmadan güllələyirlər. Güllələrdən biri onun gicgahına dəyir.

Salatın Əsgərovanın qatillərinin ələ keçməsində İsrafil Şahverdiyevin rolu böyük idi. Onların ölümünə bais olan Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyan müəyyənləşdirilərək, 1991-ci ilin mayında həbs olunurlar. 1993-cü ildə cinayətkarlar ölümə məhkum edilirlər. Lakin göstərilən şəxslərin hamısı 1996-cı il mayın 8-də birtərəfli qaydada Ermənistana təhvil verilirlər.

***

Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilir.

Salatın Əsgərova bir dəfə ailə qurur. Bu evlilikdən onun Ceyhun adlı oğlu doğulur. Bir müddət sonra həyat yoldaşından ayrılır. O, oğlu Ceyunla birgə yaşamağa başlayır. Salatının ölümündən sonra isə Ceyhunun atası oğlunu öz yanına aparır.

Qahirə yaxınlığında qeyriadi tapıntı: Uşaq itlərlə birlikdə dəfn edilib like
  • 22 Yan 15:51  
Digərləri Qahirə yaxınlığında qeyriadi tapıntı: Uşaq itlərlə birlikdə dəfn edilib

Misirin paytaxtı olan Qahirə şəhəri yaxınlığında aparılan arxeoloji qa

arrow Ətraflı
Gecələr yata bilmirsinizsə, bu balışdan istifadə edin like
  • 22 Yan 15:40  
Digərləri Gecələr yata bilmirsinizsə, bu balışdan istifadə edin

Yuxu orqanizm üçün ən önəmli məlhəmdir. Bir çox xəstəliklərin yaranm

arrow Ətraflı
Rus ordusu fəallaşıb, vəziyyət ağırdır like
  • 22 Yan 15:31  
Dünya Rus ordusu fəallaşıb, vəziyyət ağırdır

Rusiya ordusu ölkənin cənubunda fəallaşıb.

arrow Ətraflı
Estetika olmasaydı, məşhurlar necə görünərdi? like
  • 22 Yan 15:20  
Digərləri Estetika olmasaydı, məşhurlar necə görünərdi?

Müasir dövrdə plastik-estetik cərrahiyyə sahəsinin sürətli inkişafı n�

arrow Ətraflı
İlon Mask qorxuya düşdü: like
  • 22 Yan 15:11  
Dünya İlon Mask qorxuya düşdü:

"Tesla", "SpaceX" şirkətlərinin qurucusu və "Twitte

arrow Ətraflı
Gənc oğlan başqa kişilərlə gəzən bacısını öldürdü, arvadı ilə... like
  • 22 Yan 15:00  
Kriminal Gənc oğlan başqa kişilərlə gəzən bacısını öldürdü, arvadı ilə...

Daşkəsən rayonunda 2000-ci il təvəllüdlü Elmar qısqanclıq zəminində b

arrow Ətraflı
Bizim ən böyük düşmənimiz… like
  • 22 Yan 14:51  
Dünya Bizim ən böyük düşmənimiz…

Bizim ən böyük düşmənimiz bütün sahələrdə özünü göstərən cinay�

arrow Ətraflı
Payız depressiyasından xilas olun like
  • 22 Yan 14:40  
Digərləri Payız depressiyasından xilas olun

İsti yay günlərinin soyuq hava ilə əvəz olunduğu bu dönəmdə əksər

arrow Ətraflı
Smartfonlardan oğurlanan məlumatlar nə üçün lazımdır? like
  • 22 Yan 14:31  
Dünya Smartfonlardan oğurlanan məlumatlar nə üçün lazımdır?

Çoxlarına məlumdur ki, smartfonda müxtəlif modullar geolokasiyaya nəzarət

arrow Ətraflı
İş görüşməsində hansı rənglərə üstünlük verilməlidir like
  • 22 Yan 14:20  
Digərləri İş görüşməsində hansı rənglərə üstünlük verilməlidir

Həqiqətən iş tapmaq istəyirsinizsə, paltarın rəngini düzgün seçməlis

arrow Ətraflı
Avropa İranın əsas hərbi gücünü sıxarsa… like
  • 22 Yan 14:11  
Dünya Avropa İranın əsas hərbi gücünü sıxarsa…

SEPAH-ın terror təşkilatı kimi tanınması yenilik deyil. Vaxtı ilə İran�

arrow Ətraflı
"Toppuş bacı"nın like
  • 22 Yan 14:09  
Şou-biznes "Toppuş bacı"nın

Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyeva bu gün səhər sa

arrow Ətraflı
Hər iki həyat yoldaşı güllələndi, ona görə qadınlar çadrasını atdı, like
  • 22 Yan 14:00  
Kriminal Hər iki həyat yoldaşı güllələndi, ona görə qadınlar çadrasını atdı,

Son.az Kulis.az-a istinadən Xalq artisti, böyük aktrisa Mərziyyə Davudova h

arrow Ətraflı
Serenay 1.5 milyon qazandı like
  • 22 Yan 13:51  
Şou-biznes Serenay 1.5 milyon qazandı

"Ailə" serialı ilə ekranlara qayıtmağa hazırlaşan aktrisa Seren

arrow Ətraflı
Pəhriz zamanı da dadlı yeməklər yemək olar like
  • 22 Yan 13:40  
Digərləri Pəhriz zamanı da dadlı yeməklər yemək olar

Hər bir pəhriz aclıq, halsızlıq və stress deməkdir. Xörəkləri tərəv�

arrow Ətraflı