Tərtərdə bacısının telefonunda intim mesajları oxuyan qardaşın şok əməlləri
Kriminal 22 Yan 2023 11:00:00 382 0
Tərtər rayonunda 1996-cı il təvəllüdlü Daşqın qısqanclıq zəminində bacısı Ramiləni (adlar şərti verilib - red.) qətlə yetirib.
Bu xəbəri də oxu: Daha bir tiktoker həbs edildi
Son.az Teleqraf.com-a istinadən bildirir ki, Daşqın uzun müddət başqa şəxslərlə münasibətdə olmasından şübhələndiyi bacısı Ramilənin mobil telefonuna gələn zəng və ismarıcları izləmək qərarına gəlib.
14 iyul 2022-ci ildə saat 08.00-da Ramilənin işdə olmasından istifadə edib, onun mobil telefonuna baxıb. Bacısının telefonunda vatsap sosial şəbəkəsində olan hesabına Rusiyanın mobil operator şəbəkələrindən birində qeydiyyata alınmış, istintaqa məlum olmayan mobil nömrədən mütəmadi intim ismarıclar göndərildiyini, müxtəlif vaxtlarda adını bilmədiyi şəxslə intim mövzularda yazışdığını aşkarlayıb.
"İntim mesajlara aydınlıq gətir"
Daşqın bacısının əxlaqsızlıq etməsi, bununla da ailəsinin namusuna xələl gətirməsi səbəbindən onu öldürmək qərarına gəlib. Özününü "VAZ-21063" markalı avtomobilində bacısının işlədiyi çörək sexinə gəlib, bacısına təcili onunla getməli olduğunu bildirib.
Daşqın bacısını avtomobilin arxa oturacağına əyləşdirdikdən sonra Tərtər-Şıxarx yolu ilə Şıxarx qəsəbəsi istiqamətinə gəlib.
Orada bacısına telefonunda aşkarladığı intim ismarıclara aydınlıq gətirməsini istəyib.
Ramilə isə ismarıcları göndərən kişini tanıması və şəxsi həyatına müdaxilə etmək ixtiyarının olmaması ilə bağlı saymazyana şəkildə cavab verib. Bundan əsəbləşən Daşqın bıçaqla bacısına zərbələr vurub. Qadın aldığı zərbələrdən vəfat edib.
İstintaq orqanı tərəfindən Daşqının barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
"Telefonunu evdə qoymuşdu"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, həbs edilənədək fərdi əməklə məşğul olub:
"Ramilə mənim böyük bacımdır. 2020-ci ilin sonlarından bizimlə birlikdə yaşayırdı. 14 iyul 2022-ci ildə təxminən saat 10.00-da yaşadığımız evdə səhər yeməyi yedik. Anam Səmayə, bacılarım Fəridə, Ramilə, Ramilənin azyaşlı uşaqları Aydan və Səlim də evdəydi.
Ramilə hər gün olduğu kimi səhər saatlarında işə getdi. Ancaq mobil telefonunu evdə qoydu. Yemək yedikdən sonra Səlim anasının mobil telefonunda oyun oynayırdı".
"İntim ismarıcları oxudum"
Daşqının sözlərinə görə, bir qədər sonra Ramilənin mobil telefonuna tez-tez ismarıclar gəldiyini, ardınca Səlimin oyunu saxlayıb və evin digər otağa keçərək kiminləsə telefonda danışmağa başladığını eşidib: "Bundan şübhələndiyim üçün qəflətən Səlimin telefonla danışdığı otağa girdim. Ondan kiminlə danışdığını soruşdum. Telefonu Səlimin əlindən alıb baxdım və şifrəsini öyrəndim.
Bu zaman telefonunda quraşdırılmış vatsap vasitəsilə "Bahar sinif yoldaşı" adlı profildən intim məzmunlu ismarıclar göndərildiyini gördüm. İsmarıcları oxuduqda onların xoşagəlməz məzmunda olduğunu və kişi cinsli şəxs tərəfindən göndərildiyini başa düşdüm".
"Öldürmək qərarına gəldim"
Daşqın qeyd edib ki, oxuduğu xoşagəlməz məzmunlu ismarıclardan əsəbiləşib: "Mesajları anama və digər bacıma göstərdim. İsmarıcları göstərəndə Səlim də yanımızda idi. Səlimin bacısı Aydan isə digər otaqda yatmışdı.
Anamla bacım mənə Ramilənin axşam işdən evə qayıdan zaman söhbət edərək məsələni aydınlaşdırmağı təklif etdi. Onlarla razılaşdığımı desəm də, artıq Ramiləni öldürmək qərarına gəlmişdim".
"Kişinin kim olduğunu soruşdum"
Təqsirləndirilən şəxsin sözlərinə görə, bacısının işlədiyi çörək sexində nahar fasiləsini gözləyib: "Saat 12.00-da Ramilənin iş yerinə getdim. Ona övladının xəstələndiyini və təcili evə gəlməsi lazım olduğunu dedim. Ramilə evə getməyə razılaşdı. Şıxarx qəsəbəsindən keçən yolda avtomobildə əvvəlcədən Ramilənin mobil telefonundan öz mobil telefonuma köçürdüyüm fotoşəkilləri ona göstərdim.
Şəkildəki kişinin kim olduğunu ondan soruşdum. Ramilə həmin şəxsi tanıdığını, lakin mobil telefonunu nə üçün qurdaladığımı soruşdu. Bu sözlərə daha da qəzəbləndim. Səhər saatlarında Tərtər rayonunda mərkəzi bazardakı mağazaların birindən alıb avtomobilimdə saxladığım bıçaqla Ramiləni öldürmək qərarına gəldim".
"Təqsirimi boynuma aldım"
Təqsirləndirilən şəxs deyib ki, avtomobili yolun kənarında saxlayıb: "Bacımı avtomobildən düşürdüm və yolun kənarından keçən su boru xəttinin yaxınlığına apardım. Orada bir neçə bıçaq zərbəsi endirməklə bacımı qətlə yetirdim. Ardınca yaşadığı evə getdim.
Paltarlarımı dəyişdim və könüllü şəkildə Tərtər rayon prokurorluğuna yollandım. Törətdiyim cinayət əməlini etiraf etdim, təqsirimi boynuma aldım".
Daşqının sözlərinə görə, 2020-ci ilin xatırlamadığı günündə bacısı Ramilənin Şıxarx qəsəbəsində tanımadığı şəxsə məxsus avtomobildə görüb, buna çox qəzəblənsə də, onun etdiklərini görməzdən gəlib, onu bağışlayıb.
Cinayət işi üzrə mərhumun övladları da ifadə veriblər. Onlar ifadələrində atası ilə anasının 2017-ci ildə boşandıqlarını bildiriblər. Azyaşlılar valideynlərinin nikahlarının pozulmasının atalarının evə daim içkili vəziyyətdə gəlməsi, evdə analarını döyməsi ilə izah ediblər.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Daşqın 9 il müddətinə azadlıqdan məhrum edilib.
Son.az
Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılması İs
Almaniya Ukraynaya 19 ədəd "Leopard 2" tankı göndərə bilər.
Türkiyənin Qaziantep şəhərində terror fəaliyyətində iştirak etməkdə
Masallıda həmkəndlilərinin evlərindən oğurluq edən dəstə üzvləri sax
Bu gün Rusiya sülhməramlılarına məxsus iki yük avtomobili Laçın yolunda
Ukrayna Böyük Britaniyanın hərbi yardım olaraq göndərdiyi "Sea King&
Dünən reper Pərviz Quluzadənin (Paster) toyu olub.
London şəhərinin Parlament Meydanında hazırda Rusiya sülhməramlılarını
Azərbaycanda əmək pensiyasının minimum məbləği artırılır.
ABŞ Rumıniyadakı 101-ci Hava Desant Diviziyası briqadasının yerləşməsin
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyy
"Natiq" ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov sosial ş
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
"WhatsApp" orijinal keyfiyyətli fotoşəkil göndərmə funksiyasın�