Qəzalı vəziyyətdə olan binanın sakinləri veriləcək kompensasiyadan narazıdır FOTO
Digərləri 20 Yan 2023 21:57:00 302 0
Son.az bilriir ki, Bakının Xətai rayonu, 8 Noyabr prospektində yerləşən, aylardır ki, qəzalı vəziyyətdə olan binanın sakinləri yenidən musavat.com-a müraciət ediblər.
Bu xəbəri də oxu: Bir gecədə qiyməti kəskin düşə biləcək
Bina sakinləri qeyd ediblər ki, musavat.com məsələni qabartdıqdan sonra aidiyyəti orqanlar həmin binaya baxış keçirib, dəyərləndirmə aparıblar. Qərar gəlinib ki, bina sökülməlidir:
"Mətbuatda gedən müraciətimizdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən komissiya binamıza baxış keçirdi və qərara gəlindi ki, bina kəskin qəzalı vəziyyətdədir, yaşayış üçün təhlükəlidir. Buna görə də sakinlər təcili köçməli, bina sökülməlidir".
Bina sakinləri qeyd edib ki, bununla belə onlara təklif edilən kompensasiya çox cüzi məbləğdədir, hansı ki, həmin pula paytaxtın digər ərazilərində ev almaq mümkün deyil:
"Onsuz da bu binada yaşamaq hər an faciə ilə üz-üzə qalmaq deməkdir. Binada 16 ailə yaşayır və aralarında körpə uşaqlar da var. Bu səbəbdən biz də binadan təcili köçmək istəyirik. Lakin bizə təklif edilən məbləğ çox cüzidir. Belə ki, mənzillərin hər kvadratmetrinə 1500 manat təklif olunur. Mənzillər azkvadratlı olduğu üçün toplam məbləğ digər ərazilərdə ev almağa yetmir. Hazırda paytaxt Bakıda bizim binanın yerləşdiyi əraziyə uyğun sinif üzrə mənzillərin hər kvadratmetrinə 2000 manatdan başlayan qiymətlər təklif qoyulub.
Bu günlərdə Cavanşir körpüsünün yaxınlığındakı evlərin söküntüsü zamanı sakinlərə 2200 manatdan verildi. Çünki hazırda mənzil bazarında qiymətlər xeyli bahalaşıb. Əsas səbəb də tikinti bazarında qiymətlərin artması ilə bağlıdır. 1500 manat kompensasiya "Sovetski" kimi tanınan məhəllənin söküntüsü zamanı verilirdi. Həmin vaxtdan bu günə qədər tikinti materialları, evlərin ciddi şəkildə bahalaşıb. Belə ki, əgər əvvəllər taxtanın 1 kubmetri 170 manat idisə, hazırda bu məbləğ 470-500 manat arasında dəyişir. Həmçinin digər tikinti materialları, o cümlədən sementin qiymətində də 2 manata qədər bahalaşma var. Bu minvalla bütün tikinti materialları bahalaşıb və mənzil bazarındakı qiymətlərə mühüm təsir göstərib.
Bu baxımdan 1500 manatdan kompensasiya verilməsi biz sakinləri qəti qane etmir. Ona görə də xahiş edirik ki, kompensasiya artırılsın".
Ukraynaya yeni silahların tədarükü ilə bağlı bəyanatlar münaqişənin m
"Diplomatik nümayəndəliyin açılması uzun prosesdir, hansı ki, parlam
Rusiya Silahlı Qüvvələrinin dəqiq zərbələri yalnız Ukraynanın hərbi v
Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühəndis-istehk
Çeçenistanda "Cihad-maşın" adlı yüngül hərbi avtomobillər bur
Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati m
Suriyanın şimalından Türkiyənin Kilisdəki Öncüpınar sərhəd-keçid mə
Ankaranın Afinanı "Tayfun" ballistik raketi ilə vurmaq niyyəti yox
Türkiyənin məşhur aktyoru Selçuk Yöntem Bakıdan etdiyi paylaşımı ilə
"Vaqner" özəl hərbi şirkətin Tanzaniyadan olan muzdlusu Ukraynada
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xətai rayonu ərazisind
Son.az musavat.com-a istinadən yazını təqdim edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zele