Azərbaycanın qızılını, Ukraynanın silahını oğurlayırlar: Ermənilər Varşavaİrəvan reysi ilə kəşfiyyat dronlarını necə daşıyır


Digərləri 20 Yan 2023 20:22:00 323 0

Azərbaycanın qızılını, Ukraynanın silahını oğurlayırlar: Ermənilər Varşavaİrəvan reysi ilə kəşfiyyat dronlarını necə daşıyır

Son.az musavat.com-a istinadən yazını təqdim edir.

Ermənilər Ukrayna ordusunun tərkibinə sızıb, Qərb ölkələrinin göndərdiyi bəzi silahları oğurlayırlar və Ermənistana göndərirlər... Üstəlik, Azərbaycanın təbii sərvətlərini də talan edən, belə rəzilliklərin müəllifi və icraçısı olan ermənilər bütün dünyada Ermənistanı zərərçəkən ölkə kimi təqdim etməyə çalışmaqla, beynəlxalq ictimaiyyəti də aldadırlar...

Ermənistanın siyasi-iqtisadi iqtisadi fırıldaqları artıq faktlarla ortaya çıxmağa başlayıb. Bu faktlar dünya ictimaiyyətinə çatdırıldıqca, Ermənistan siyasi propoqanda manipulyasiyaları da iflasa uğramaqda davam edəcək. Və bundan sonrakı dövrdə rəsmi İrəvanın beynəlxalq qurumları aldatması o qədər də asan olmayacaq.

Məsələ ondadır ki, rəsmi Bakı Ermənistanın siyasi yalanları ilə yanaşı, iqtisadi cinayətləri barədə məlumatları ifşa etməyə başlaması olduqca böyük əhəmiyyət daşıyır. Hazırda Azərbaycan tərəfindən Rusiyaya təqdim etdiyi məlumatlar və faktlar ciddi şəkildə araşdırılır. Həmin məlumatlarda Ermənistanın Laçın yolundan hərbi məqsədlər üçün istifadə etdiyi təsdiqlənib.

Maraqlıdır ki, Laçın yolunda ekofəalların etiraz aksiyasına münasibət bildirən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu mövzuda olduqca önəmli məqamlara toxunub. Xarici işlər naziri vurğulayıb ki, Azərbaycanın Qarabağ regionu təbii resurslar ilə olduqca zəngindir. Azərbaycanın bu bölgəsində təbii sərvətlərin talanması əsasən həmin ərazilərin Ermənistanın işğalı altında olduğu dövrdə baş verib. 151 faydalı qazıntı yataqlarının 52-si 1993-2020-ci illər ərzində qeyri-qanuni şəkildə istismar edilərək, talanıb. Üstəlik, ekologiyaya da ciddi ziyan vurulub: "Azərbaycanın təbii sərvətlərinin talanmasında Ermənistan ilə yanaşı, digər ölkələr də iştirak edib. Bizim bu barədə məlumatlarımız var".

Xarici işlər nazirinin bu açıqlaması ekofəalların etiraz aksiyasına qarşı Ermənistanın və bəzi ölkələrin qopardığı hay-küyün səbəbini anlamağa imkan verir. Bir tərəfdən ekofəalların aksiyası Ermənistanı və bəzi ölkələri Azərbaycanın təbii sərvətlərini talamaq hesabına əldə etdikləri nəhəng qeyri-qanuni qazancdan məhrum edib. Yəni, Ermənistan və onunla ortaq olan ölkələr Azərbaycanın təbii sərvətlərini talamaq, oğurlamaq imkanlarını itirmək istəmirlər. Digər tərəfdən, qeyri-qanuni talanmış yataqlarda araşdırmalar aparılacağı təqdirdə, beynəlxalq iqtisadi cinayətlərinin faktlarla sübuta yetiriləcəyindən artıq qorxurlar.

Ekofəalların etiraz aksiyası ilə bağlı daha bir önəmli məqam ondan ibarətdir ki, Ermənistan onilliklər boyu Laçın yolundan Azərbaycanın təbii sərvətlərinin talanması ilə yanaşı, həm də hərbi məqsədlər üçün də istifadə edib. Azərbaycanın Xankəndi və ətraf bölgəsində qeyri-qanuni qalan Ermənistan ordusunun tör-töküntüləri ilə bağlı Laçın yolu üzərindən canlı qüvvə rotasiyası reallaşdırılıb. Ermənistan bu marşrutdan silah-sursatın, o cümlədən, minaların Azərbaycan ərazisinə daşınması üçün istifadə edib.

İndi Azərbaycan ekofəalları Ermənistanın bu hərbi və iqtisadi cinayətlərinin qarşısını böyük ölçüdə ala biliblər. Onlar Laçın yolunda dinc istifadə imkanlarını deyil, Ermənistanın və erməni separatçı-terrorçuların hərbi-iqtisadi cinayətlərini bloklayıblar. Yəni, Azərbaycanın təbii sərvətlərinin oğurlanıb, talan edilməsinin qarşısı alınıb. Və yəqin ki, bundan sonra Ermənistana, rəsmi İrəvan ilə oğurluq ortağı olan bəzi ölkələrə, eləcə də erməni separatçı-terrorçulara hərbi-iqtidadi cinayət imkanları verilməyəcək.

Böyük ehtimalla yaxın vaxtlarda Ermənistan Azərbaycana qarşı törətdiyi dövlət səviyyəsində təbii sərvət oğurluğuna və talançılığına görə beynəlxalq məhkəməyə veriləcək. Erməni toplumunun oğurluq ənənəsini və vərdişlərini dövlət səviyyəsində talançılıq siyasətinə çevirən Ermənistanın bu iqtisadi cinayətlərə görə mütləq cəzalandırılması vacibdir. Çünki erməni toplumu onilliklər boyu qonşu xalqların torpaqlarını, yurd-yuvalarını, təbii sərvətlərini, milli-mədəni və tarixi irsini, ümumiyyətlə, qarşısına çıxan hər şeyi oğurlayır.

Hətta ermənilərin Ukrayna ordusundan belə, oğurluq etmələri barədə artıq inkaredilməz faktlar var. Belə ki, Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Ovakim Arutyunyan Ukrayna ordusundan silah-sursat qaçırıb, Ermənistana göndərdiklərini utanmadan və xüsusi lovğalıqla etiraf edib. O, bildirib ki, əsas məqsədləri Ermənistana kömək etməkdir.

Halbuki, dünya ölkələri hazırda Ukraynaya silah-sursat, hərbi texnika göndərir, bu ölkənin Rusiya ilə haqlı savaşında özünü müdafiə etməsinə dəstək verməyə çalışırlar. Ukraynada yaşayan ermənilər isə ordu sıralarına sadəcə, silah-sursat oğurlayıb, Ermənistana göndərmək üçün qatılırlar. Yəni, rəsmi İrəvan Ermənistan ordusunu parası ödənilərək, alınan deyil, öz ərazilərini Rusiyadan müdafiə edən Ukraynadan oğurlanmış silah-sursat ilə təchiz etməyə çalışır.

Bu baxımdan, Ukrayna ermənilərinin rəhbəri Ovakim Arutyunyanın dedikləri heyrət doğurur: "Biz Ermənistana artıq kəşfiyyat dronları göndərməyə nail olmuşuq. Bunu müxtəlif yollarla, hətta təyyarələrlə etmişik. Məsələn, Varşava-İrəvan reysi ilə Ukraynadan əldə etdiyimiz silah-sursatı göndərə bilirik. Bu, Ermənistan ordusu üçün böyük köməkdir. Təsəvvür edirsinizmi, burada müharibədir, ancaq Ukraynadakı ermənilər Ermənistana kömək edirlər. Ukrayna ordusunda olan erməni hərbçilər Ermənistan ordusuna buradan kəşfiyyat dronları da daxil olmaqla, müxtəlif silahlar göndərməyi bacarırlar. Çünki müasir dövrdə müharibələr artıq texnologiyalardan asılıdır".

Göründüyü kimi, əlavə şərhə belə, ehtiyac qalmır. Ermənilər Ukrayna ordusunun tərkibinə sızıb, Qərb ölkələrinin göndərdiyi bəzi silahları oğurlayırlar və Ermənistana göndərirlər. Yəni, Azərbaycanın təbii sərvətlərini talan etməyə vərdişli Ermənistan Ukrayna ordusundan silah-sursat oğurlayır. Üstəlik, belə rəzilliklərin müəllifi və icraçısı olan ermənilər bütün dünyada Ermənistanı zərərçəkən ölkə kimi təqdim etməyə çalışmaqla, beynəlxalq ictimaiyyəti də aldadırlar.

Ərdoğan Zelenski ilə danışdı like
  • 20 Yan 20:16  
Dünya Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zele

arrow Ətraflı
Azərbaycanda bir sıra xəstəliklər like
  • 20 Yan 20:09  
Digərləri Azərbaycanda bir sıra xəstəliklər

Azərbaycanda bir sıra xəstəliklər azalıb.

arrow Ətraflı
Bu ölkə Ukraynaya 1 milyardlıq hərbi yardım göndərir like
  • 20 Yan 20:02  
Dünya Bu ölkə Ukraynaya 1 milyardlıq hərbi yardım göndərir

Almaniya Ukraynaya 1 milyard avro dəyərində yeni hərbi yardım paketi gönd�

arrow Ətraflı
Qarabağdan Ermənistana və geriyə mülki şəxslər aparılıb like
  • 20 Yan 19:55  
Digərləri Qarabağdan Ermənistana və geriyə mülki şəxslər aparılıb

20 yanvar 2023-cü il, saat 17:11 radələrində Beynəlxalq Qırmızı Xaç Kom

arrow Ətraflı
Bakıda bağlanan yollar like
  • 20 Yan 19:48  
Digərləri Bakıda bağlanan yollar

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlə

arrow Ətraflı
Alman kəşfiyyatı xəbərdarlıq etdi: Baxmut tutulsa... like
  • 20 Yan 19:41  
Dünya Alman kəşfiyyatı xəbərdarlıq etdi: Baxmut tutulsa...

Baxmutun tutulması Rusiyanın Ukraynanın daha da içərilərinə girməsinə i

arrow Ətraflı
Ağdamda Şəhidlər xiyabanına yürüş keçirilib  FOTO like
  • 20 Yan 19:34  
Digərləri Ağdamda Şəhidlər xiyabanına yürüş keçirilib FOTO

20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə Ağdam şəhərindəki

arrow Ətraflı
"O gün törədilən qətliam hələ də yaddaşlardan silinməyib" like
  • 20 Yan 19:27  
Digərləri "O gün törədilən qətliam hələ də yaddaşlardan silinməyib"

20 Yanvar günü vətəni uğrunda canından keçən azərbaycanlılar bütün d

arrow Ətraflı
Yaşayış binasında yanğın olub  VİDEO like
  • 20 Yan 19:20  
Digərləri Yaşayış binasında yanğın olub VİDEO

Sumqayıtda yaşayış binasında yanğın baş verib.

arrow Ətraflı
"Kurtlar Vadisi" yenidən ekranlarda: like
  • 20 Yan 19:14  
Digərləri "Kurtlar Vadisi" yenidən ekranlarda:

Məşhur türk aktyoru Necati Şaşmaz "Kurtlar Vadisi"nin yanvar ayı

arrow Ətraflı
Azyaşlıya qarşı əxlaqsızlıq edən like
  • 20 Yan 19:07  
Kriminal Azyaşlıya qarşı əxlaqsızlıq edən

Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə ş�

arrow Ətraflı
Bu ölkədə ictimai nəqliyyat işçiləri tətilə başladılar: Reyslər təxirə salındı  FOTO like
  • 20 Yan 18:51  
Dünya Bu ölkədə ictimai nəqliyyat işçiləri tətilə başladılar: Reyslər təxirə salındı FOTO

Niderland Həmkarlar İttifaqları Konfederasiyası (FNV) və müxtəlif həmkar

arrow Ətraflı
Sülhməramlılara aid daha 2 yük maşını aksiya ərazisindən keçdi  FOTO like
  • 20 Yan 18:50  
Digərləri Sülhməramlılara aid daha 2 yük maşını aksiya ərazisindən keçdi FOTO

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus

arrow Ətraflı
Kilsəyə ibadətə gələn kişi tikiliyə od vurdu like
  • 20 Yan 18:40  
Digərləri Kilsəyə ibadətə gələn kişi tikiliyə od vurdu

Rusiyanın paytaxtı Moskvada Müqəddəs İoann Kronştad kilsəsinə ibadətə

arrow Ətraflı