Dünya bu qadından danışır:
Digərləri 18 Yan 2023 21:10:00 339 0
ABŞ hərbi kəşfiyyatına ən çox ziyan vuran Kuba kəşfiyyatçısı Ana Montes həbs olunduqdan 22 il sonra sərbəst buraxılıb. ABŞ rəsmilərinə görə, Vaşinqtonun Kubadakı kəşfiyyat əməliyyatlarını üzə çıxaran, hətta MKİ rəhbərindən mükafat almağı bacaran Kubalı kəşfiyyatçı Montes ABŞ-a ən çox ziyan vuran casus tituluna sahibdir!
Bu xəbəri də oxu: 2 manata yarım saatlıq xoşbəxtlik necə olur?
Son.az Soyuq Müharibə dövrünün ən məşhur kəşfiyyatçısının sirlərlə dolu hekayəsını təqdim edir:
Soyuq Müharibə dövrünün ən məşhur kəşfiyyat agentlərindən biri olan Ana Belen Montes 20 ildən çox həbsxanada yatdıqdan sonra ötən həftə azadlığa çıxıb.
65 yaşlı Montes 2001-ci ildə həbs olunarkən ABŞ Müdafiə Kəşfiyyat Agentliyində (DİA) Kuba üzrə işləyən ən yaxşı hərbi və siyasi analitik idi. Soyuq Müharibə illərində böyüyən, Latın Amerikasındakı müharibələri və hərbi əməliyyatları yaxından izləyən Montes, Ronald Reyqanın prezidentliyi dövründə ABŞ-ın qitədəki fəaliyyətlərinə reaksiya verməyə başlayıb, Kuba ilə yaxınlaşıb və bu ölkənin kəşfiyyat orqanları ilə əməkdaşlıq etməyə başlayıb.
Puerto Rikoya köçmüş bir ailənin qızı
Təxminən 17 il ərzində Montes Kubada gizli fəaliyyət göstərən ən azı dörd ABŞ zabitinin şəxsiyyətini ifşa edib, kubalıları ABŞ kəşfiyyatına aid məxfi fotoşəkillər və sənədlərlə təmin edib. Bu dövrdə ABŞ-ın Latın Amerikasındakı bütün əməliyyatları bir-bir deşifrə edilib. Onlardan biri Kubaya qaçaqmalçılıq yolu ilə gətirilən gizli dinləmə texnologiyası ilə bağlı idi.
ABŞ ordusunda həkim olan atasının təyinatı ilə əlaqədar olaraq 1957-ci ildə Qərbi Almaniyanın Nürnberq şəhərində dünyaya gələn Montes illər əvvəl İspaniyadan Puerto Rikoya köçmüş bir ailənin övladı idi. 1979-cu ildə Virciniya Universitetinin Beynəlxalq Əlaqələr bölümünü bitirdikdən və Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutunda magistr dərəcəsini aldıqdan sonra Montes 1985-ci ildə daxil olduğu DİA-da sürətlə yüksəlib və təşkilatda ən yaxşı Kuba analitiki olub.
Bəs dünyanın ən yaxşı kəşfiyyat xidmətlərinə sahib olmaqla öyünən ABŞ-ın mərkəzində belə bir "kəşfiyyat fəlakəti" necə baş verdi? Məşhur casus Mata Hariyə bənzəyən Montes bu illər ərzində diqqətdən kənarda qalmağı necə bacardı?
ABŞ-a ən çox zərbə vuran casus
22 ildir ki, "casusluqda sui-qəsd ittihamı ilə" həbsdə olan Montes 10 gün əvvəl Texas ştatının Fort Uort şəhərindəki federal həbsxanadan azad edilib. Bu, bir daha Montesin hekayəsini və onun səbəb olduğu dağıntıları ictimai gündəmə daşıyıb.
O dövrün ABŞ rəsmilərinin dediyinə görə, Vaşinqtonun Kubadakı kəşfiyyat əməliyyatlarının demək olar ki, hamısını Havanaya çatdıran Montes "ABŞ-ın yaxaladığı casuslar arasında ən çox zərər verən" kimi böyük şöhrət qazanmışdı.
İş o yerə çatıb ki, keçmiş prezident Corc Buş tərəfindən Əks-kəşfiyyat direktoru vəzifəsinə təyin edilmiş Mişel Van Kliv 2012-ci ildə Montes hadisəsi ilə bağlı Konqresdə bu ifadələri işlədib: "O, Kuba haqqında bildiyimiz hər şey və Kubada necə fəaliyyət göstərdiyimiz haqqında onlara məlumat verirdi".
Montes FTB-nin tərcüməçisi olan bacısı Lüsi (solda) və FTB agenti olan qardaşı Tito ilə...
Az qala 11 Sentyabr hadisəsindən sonra vəzifəyə gətirilirdi
Montes çox istedadlı qadın idi. O, Latın Amerikası və Kuba ilə bağlı dərin təhlillər apardığı üçün "Kuba kraliçası" kimi tanınırdı və işlədiyi məxfi xidmətdə unikal bir xəzinə kimi görünürdü.
Kuba kraliçasından ilk şübhələnən agent Steve McCoy və istintaq qrupunun tərkibində olan FTB xüsusi agenti Pit Lapp Montesin sərbəst buraxılmasından sonra böyük məyusluq yaşadıqlarını bildiriblər.
Lapp deyib: "Montesin azad olması ürəyimi ağrıdır. Çünki biz onun 25 illik ağır həbs cəzası ilə nəticələnəcək fəaliyyətini bir-bir üzə çıxaranda gördüklərimizə həqiqətən təəccübləndik".
O, 2001-ci ildə FTB tərəfindən nəzarətə alınan Montesin 11 sentyabr hücumlarından sonra getdikcə əhəmiyyəti artan DİA-nın Yaxın Şərq masasına daxil ola biləcəyi bir vəzifəyə təyin olunmaq üzrə olduğuna diqqət çəkib.
İstintaq zamanı üzə çıxan təfərrüatlar olduqca diqqətçəkən olub. Kuba ilə heç bir etnik əlaqəsi olmayan Montes məlumatlarını pul qarşılığında satmayıb. İstintaqı aparan federal prokurorların sözlərinə görə, Montes Kubaya sırf ideoloji səbəblərlə müraciət edib.
Nikaraquada baş verənlərdən sonra
Bəs, illərdir Kubaya məlumat sızdıran Montesi başqa ölkə ilə işləməyə sövq edən əsl səbəb nə idi?
Soyuq Müharibənin ən gərgin dövrləri olaraq görülən 1970-80-ci illərdə ABŞ-ın Latın Amerikasında solçu güclərə qarşı hərbiləşdirilmiş qüvvələri dəstəklədiyi məlum idi. Ölkəsinin bu fəaliyyətlərinə reaksiya verən Montes hərəkətə keçməyə ehtiyac duyub.
1979-cu ildə Sandinista Milli Azadlıq Cəbhəsi FSLN ABŞ-ın Mərkəzi Amerikadakı müttəfiqlərindən olan Anastasio Somosanı devirərək paytaxt Manaquaya daxil olub. Latın Amerikasında planları alt-üst olan Vaşinqton sağçı əks partizanları işə saldı. Nəticədə Nikaraquanı qan gölünə bürüyən vətəndaş müharibəsi baş verdi.
Müharibədə 50 min insan həlak olub. Mərkəzi Amerikanın 4,5 milyon əhalisi olan yoxsul ölkəsi demək olar ki, yoxa çıxıb.
Montes nailiyyətlərinə görə CIA direktoru Corc Tenetdən mükafat alır.
Bir şam yeməyində tərəfini seçdi
Hər fürsətdə reaksiyasını bildirən Montesə ilk dəfə 1984-cü ildə magistr dərəcəsini aldığı Cons Hopkins Universitetində tələbə dostu yaxınlaşıb. İkitərəfli görüşdən sonra Kuba kəşfiyyat xidməti ilə əlaqə saxlamağa razı olan gənc Montes Nyu Yorkda şam yeməyinə dəvət edilib.
Bu Yemək Nikaraquaya kömək etmək üçün kubalılarla işləməyi tərəddüd etmədən qəbul edən Montesin həyatında mühüm dönüş nöqtəsi olub. Həmin dövrdə o, Kubaya işləmək üçün yüksək səviyyəli kəşfiyyat mənbəyi idi.
1992-ci ildə DİA-nın Fövqəladə Analitik Proqramı üçün seçilən və Kuba ordusunu yaxından araşdırmaq üçün Kubaya göndərilən Montes, məşhur inancın əksinə olaraq, Kuba Kəşfiyyat Xidməti tərəfindən qarşılanıb.
Bu müddət ərzində o, araşdırmaları və Pentaqona göndərdiyi hesabatlar sayəsində Kubanın ən nüfuzlu simalarından birinə çevrilib. O, öz işini o qədər ustalıqla yerinə yetirirdi ki, nailiyyətlərinə görə hətta CIA direktoru Corc Tenet tərəfindən mükafat da alıb.
Montesə qısa dalğa vasitəsilə göndərilən şifrəli mesajlar.
Qısa dalğalı radio yayımı ilə əlaqə qurdu
Montes Vaşinqtona qayıdanda DİA tərəfindən yüksək qiymətləndirildi. Axı o, düşmənin içinə sızmış, onları öyrənmiş, mühüm işi ilə Kuba sahəsində savadlı ad qazanmışdı. 1990-cı illərin əvvəllərindən Vaşinqtonda Kuba masasında işləyən Montes topladığı kəşfiyyat məlumatlarını da kubalı vasitəçilərinə çatdırırdı.
Vaşinqtonda yüksək səviyyəli restoranlarda nizamsız fasilələrlə kubalılarla görüşən Montes çağrı cihazı vasitəsilə agentlərə çox həssas məlumatlar göndərib. Kuba səlahiyyətliləri də qısa dalğalı radio yayımları vasitəsilə göndərdikləri kodlu siqnalların köməyi ilə sifarişlərini Montesə çatdırırdılar.
Lazım olan bütün məlumatlara asanlıqla çatan Montes, çatdırılma tarixinin ona bildirilməsini gözləyib və Vaşinqtonda metro stansiyalarında və ya təyin olunmuş restoranlarda kritik məlumatların olduğu disketləri Kuba agentlərinə çatdırıb.
Montesin evində axtarışlar zamanı tapılan portativ radio.
Quantanamonı ziyarət etdiyi ortaya çıxanda hər şeyin üstü açıldı
Lakin siyasi baxışları daha qabarıqlaşan Montes ABŞ-ın Latın Amerikası siyasətini açıq şəkildə tənqid edirdi. 1996-cı ildə bir gecə Montes beynəlxalq böhranla bağlı fikrini öyrənmək üçün Pentaqona çağırıldı. Postunu tərk edərək protokolu pozan gənc qadın ilk dəfə burada şübhə doğurub.
Həmkarları əvvəlcə Montesin yalnız sınaq müddətinə salınmasını istəyirdilər. Çünki onun mühüm məlumatları xarici kəşfiyyat orqanları ilə bölüşdüyünə dair heç kimdə sübut yox idi.
Dörd il sonra, DİA əks-kəşfiyyat zabiti Skott Karmixael FTB-nin agentliyin Kuba üçün işləyən naməlum bir casusdan şübhələndiyinə dair verdiyi məlumatlara əsasən hərəkətə keçməyə qərar verib.
Araşdırma zamanı məlum olub ki, Montes vəzifədə olmasa da, ABŞ Hərbi Dəniz Qüvvələri Quantanamodakı hərbi dəniz bazasına baş çəkib. İstintaq zamanı bazaya daxil olan DİA əməkdaşlarının siyahısını araşdıran Karmixael, "Montesin adını görən kimi sızmanın ondan qaynaqlandığını bildim", - deyə qeyd edib.
"Paypal" telefonlarından şifrəli mesajlarını çatdırdı
Karmixael və FTB agenti Lapp daha sonra Kuba Kraliçasının həqiqətən casus olduğunu sübut etmək üçün araşdırmalarını dərinləşdirdilər.
CNN-ə danışan DİA-nın təqaüdçü rəsmisi Kris Simmons, o vaxt başladıqları əməliyyatla bağlı bunları söyləyib: "FTB Montesi casusluq edərkən cinayət başında tutmaq üçün işə başladı. Onların telefonları dinlənilib, daim müşahidə olunub. Gərgin təqib prosesi nəticəsində onun izlədiyi prosesin modeli üzə çıxıb. Biz onun Vaşinqton ətrafında taksofonlarda bir nömrəyə zəng etdiyini aşkar etdik və onun telefon nömrəsini izlədik".
Nömrənin Nyu Yorkdakı peycerə bağlı olduğunu təyin etdiklərini söyləyən Simmons, "Göndərdiyi siqnalları izləyərək onun Kuba casus şəbəkəsi üçün işlədiyini ortaya çıxardıq", - deyə əlavə edib.
Daha sonra FTB agentləri Montes şəhərdən kənarda olarkən onun evində axtarış aparıblar və Kuba zabitlərinin mesajlarını almaq üçün istifadə etdikləri qısadalğalı radionu aşkarlayıblar.
Evdə aparılan axtarış zamanı Montesin peycerlər vasitəsilə kubalılarla əlaqə saxlamaq üçün istifadə etdiyi kod sistemini göstərən kağız parçası da ələ keçirilib. Beləliklə, FTB Montesin kubalılara göndərdiyi gizli mesajları deşifrə edib. Sonrakı əməliyyatda Montes nəzarətə götürülüb.
FTB və DİA tərəfindən evə basqın zamanı Montesin çantasından tapılan sənədlər
"Qanunlara deyil, vicdanıma itaət etdim"
Araşdırmalar nəticəsində gənc qadının Kuba kəşfiyyatının təsiri altında işlədiyi və 15 ildən artıqdır ki, Kubadakı bütün əməliyyatların təfərrüatlarını Havanaya göndərdiyi məlum olub.
2001-ci ildə saxlanılan və 2002-ci ildə məhkəmə qarşısına çıxan Montes onu 25 il həbs cəzasına məhkum edən hakimə "Mən qanuna yox, vicdanıma tabe oldum. Hesab edirəm ki, hökumətimizin digər Latın Amerikası ölkələrinə, xüsusən Kubaya qarşı siyasəti qəddar və ədalətsizdir", - deyə bildirib.
"Edilənlər qonşuluq münasibətlərinə ziddir. Düşünürəm ki, öz dəyərlərimizi və siyasi sistemimizi bu ada dövlətinə sırımağa çalışmaq düzgün deyil. Ona görə də Kubanın özünü müdafiə etməsinə kömək etməyi mənəvi məsuliyyət hesab etdim. Özümü buna məcbur hiss etdim", - Montes vurğulayıb.
Prokurorluq Kubada işləyən 4 amerikalı məxfi xidmət zabitinin şəxsiyyətinin gənc qadının verdiyi məlumatlar sayəsində üzə çıxdığını və bir çox məxfi sənədlərin qarşı tərəfin əlinə keçdiyini açıqlayıb.
"O, amerikalıları savaşda öldürmək üçün əlindən gələni etdi"
CNN-ə danışan Simmons, gənc qadının ABŞ xüsusi təyinatlılarının El Salvadordakı yeri barədə Kubaya da məlumat verdiyini söyləyib və bunları əlavə edib: "O, amerikalıların müharibədə öldürülməsi üçün əlindən gələni etdi. İnanıram ki, o, bunu qəsdən edib, bu, hamımızı qəzəbləndirməlidir".
Montesin ailə üzvləri isə bu gün 65 yaşlı bu Kuba Kraliçasından utandıqlarını bildiriblər: "O, bu ölkəyə və xalqımıza xəyanət etdi. Biz onun hərəkətlərini və şəxsiyyətini rədd etməyə davam edirik", - ailənin bəyanatında deyilir.
Amma xüsusilə Latın Amerikasında Montesin nümunəsini yüksək qiymətləndirənlər də var idi. Yüksək rütbəli Kuba rəsmisi Montesi ideoloji müttəfiq kimi gördüklərini, gənc qadının münaqişələrin qarşısını aldığını və Kuba xalqının ona minnətdar olduğunu bildirib.
2002-ci ildə hakim qarşısına çıxan Montes məhkəmədə özünü müdafiə edərkən...
5 il nəzarət altında saxlanılacaq
ABŞ ictimaiyyəti indi 22 ildən sonra azadlığa çıxan agentin bundan sonra nə edəcəyi ilə maraqlanır.
Montesi ələ keçirən komandada olan FTB agenti Lapp CBS News-a deyib: "Onun həyatının bu fəsli bitdi. Onlar üçün əlindən gələni etdi. Bundan sonra azadlığını yenidən riskə atacağını düşünmürəm".
Uzun müddət həbsdən sonra azadlığa çıxan 65 yaşlı kəşfiyyatçının 5 il nəzarətdə saxlanacağı, bütün kommunikasiyalarına ciddi nəzarət ediləcəyi, dövlət sektorunda hansısa vəzifəni icra edə bilməyəcəyi və xaricilərlə icazəsiz danışmayacağı açıqlanıb.
Materialda "The Washington Post"da "Kubaya casusluq edən ABŞ kəşfiyyatının keçmiş analitiki Ana Montes sərbəst buraxıldı" və CNN-də "Heç vaxt eşitmədiyiniz ən təhlükəli ABŞ casusu", "Hürriyet"-də "Kuba Kraliçası"nın gizli hekayəsi. Hər şey 1984-cü ildə şam yeməyi ilə başladı, illərdir heç kimin ruhu belə hiss etmədi" məqalələrindən istifadə edilib. (publika)
"İki il depressiya yaşadım. Səbəbini isə yaxınlarım bilir. Uzun z
İllər öncə televiziyadan uzaqlaşan tanınmış aparıcı Azər Zahid "
Son.az lent.az-a istinadən növbəti resepti təqdim edir.
Mən çinli dostlarımızı Çin təqvimi üzrə Yeni il münasibətilə təbrik
"Həmkarlarım saç rəngləmək, qaş almaq, kiməsə artıq-əskik söz d
Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 18-də Azərbaycan Respubl
Çin iqtisadiyyatı təkcə ölkənizlə məhdudlaşmır. Onun qlobal iqtisadiyy
Sizə səmimi deyə bilərəm ki, dəstək və əməkdaşlıqla bağlı qlobal a
Biz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən etdik
Siyasət və həyat çox oxşardır, çünki siyasət insanlar tərəfindən yü
Düşünürəm ki, bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bi
Biz komanda işini qurmağa nail olduq. İndi - bütün bu infrastruktur layihə
Biz enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə
Mən hər il regionlara təxminən 30-40 səfər edirəm və insanları hansı p
Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanma