Talıbovun YAPın İdarə Heyətindən qovulması tələbi


Digərləri 13 Yan 2023 08:54:00 353 0

Talıbovun YAPın İdarə Heyətindən qovulması tələbi

YAP-çı deputat: "Cinayəti sübut edilmiş şəxsin hakim partiyada nə işi ola bilər?"

Bu xəbəri də oxu: Çingiz Şəfiyev vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvlüyündən də çıxarıla bilər. Yada salaq ki, YAP-ın iki il əvvəl keçirilən son qurultayında partiyanın yeni İdarə Heyəti formalaşıb. Əvvəllər 20 nəfərdən ibarət olan İdarə Heyətinin tərkibi 40 nəfərə qaldırılıb. 1995-ci ildən hakim partiyanın Naxçıvan MR təşkilatının sədri olan Vasif Talıbovla bağlı hələ ki, rəsmi açıqlama verilməsə də, YAP-ın rəsmi veb-səhifəsində Naxçıvan MR təşkilatı ilə bağlı bölümdə sədr vəzifəsi boş göstərilib.

Ali Məclis sədrliyindən istefa verəndən sonra Vasif Talıbovun həm sədrlikdə, həm də İdarə Heyətində saxlanılacağı inandırıcı görünmür. Naxçıvan Ali Məclisinin iki gün əvvəl keçirilən sessiyasında 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən seçilən deputat - Seymur Talıbov və 7 saylı Aralıq Seçki Dairəsindən seçilən deputat Vasif Talıbov iştirak etməyiblər.

İddialara görə,  YAP rəhbərliyində təmsil olunan bəzi şəxslər onun partiya sıralarından uzaqlaşdırılmasını tələb edirlər. Bir müddət əvvəl partiyanın yaradılmasının 30 illik yubileyi münasibətilə Bakıda keçirilən tədbirə buraxılmaması da yaxın zamanlarda onun partiya ilə yollarının ayrıla biləcəyi ehtimalını yaradırdı.

Təcrübə göstərir ki, hakimiyyət komandasından uzaqlaşdırılan məmurlar adətən YAP-dan da kənarlaşdırılır. Bu addım xüsusilə cəmiyyətdə mənfi reputasiyaya malik məmurlarla bağlı atılır. Korrupsiya ittihamı ilə həbs edilən sabiq icra başçıları və digər məmurların YAP-dan çıxarılması buna nümunə ola bilər.Yada salaq ki, Prezident Administrasiyasının  rəhbəri vəzifəsini itirdikdən sonra Ramiz Mehdiyev İdarə Heyətindən çıxarılmışdı.  O, yeni yaradılan Veteranlar Şurasının üzvü kimi saxlanılmışdı.  İstefasından dərhal sonra haqqında media orqanlarında tənqidi materialların yer alması onunla bağlı proseslərin hələ davam edəcəyini göstərir. YAP-dakı mənbələr də hesab edir ki, Vasif Talıbovun artıq hakim partiyanın üst qurumlarında təmsilçiliyi məqsədəuyğun sayılmır. Korrupsiya və müxtəlif qanunsuzluqlarda ittiham edilən, barəsində demək olar ki, hər gün yeni-yeni neqativ faktların dərc olunduğu Vasif Talıbovun YAP-ın rəhbərliyində təmsil olunması hakim partiyanın nüfuzuna xələl gətirə bilər. Ona görə də keçmiş "xan"ın yaxın vaxtlarda YAP-ın İdarə Heyətindən də uzaqlaşdırılacağı gözlənilir. Ehtimal olunur ki, bu, onun "könüllü" istefası ilə baş verəcək.

Son.az bildirir ki, hakim partiyanın Nəzarət Təftiş Komissiyasının (NTK) üzvü, deputat Elman Nəsirov "Yeni Müsavat"a deyib ki,  YAP İdarə Heyətinin NTK üzvlərinin iştirakı ilə Vasif Talıbovla bağlı hər hansı müzakirə aparılmayıb: "Hazırda bu məsələ haqda heç bir məlumata malik deyiləm. Mətbuatdan prosesləri izləyirik. Bilirik ki, bu gün Naxçıvanda çox ciddi siyasi proseslər həyata keçirilməkdədir. Naxçıvanda da idarəetmənin Qarabağ modeli tətbiq olunub, Prezidentin xüsusi nümayəndəsi təyin olunub. Aparılan əməliyyat-istintaq tədbirləri çərçivəsində nazirləri bir neçəsi həbs olunub. Hazırda proses davam edir və mənə elə gəlir ki, məntiqi sonuna kimi davam edəcək. Prosesin sonunda bu və ya digər məntiqi addımların atılması da istisna deyil".

Rusiya zərbələr endirdi, tədarük zənciri pozuldu like
  • 13 Yan 08:49  
Dünya Rusiya zərbələr endirdi, tədarük zənciri pozuldu

Rusiya ordusunun Ukraynada infrastruktura yönəlik artilleriya və aviasiya hü

arrow Ətraflı
Yollarda sıxlıq yaranıb like
  • 13 Yan 08:43  
Digərləri Yollarda sıxlıq yaranıb

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi s

arrow Ətraflı
BMTdə Rusiya ilə bağlı xüsusi tribunal yaradılması təklif olunur like
  • 13 Yan 08:29  
Dünya BMTdə Rusiya ilə bağlı xüsusi tribunal yaradılması təklif olunur

"BMT Rusiyanın Ukraynaya təcavüzü cinayətini araşdırmaq üçün xüs

arrow Ətraflı
İranın nüvə sazişi dalana dirəndi  MAQATE like
  • 13 Yan 08:22  
Dünya İranın nüvə sazişi dalana dirəndi MAQATE

İranın nüvə sazişi ətrafında vəziyyət dalana dirənib.

arrow Ətraflı
Bakı metrosunda problem yaranıb, like
  • 13 Yan 08:15  
Digərləri Bakı metrosunda problem yaranıb,

Saat 7:26-da "Həzi Aslanov-İçərişəhər" marşrutu üzrə hərək

arrow Ətraflı
"Valyuta risklərini azaltmaq üçün..." like
  • 13 Yan 08:01  
Digərləri "Valyuta risklərini azaltmaq üçün..."

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycan üzrə ölkə str

arrow Ətraflı
"PKK təbliğatına icazə verənləri lənətləyirik!" like
  • 13 Yan 07:55  
Dünya "PKK təbliğatına icazə verənləri lənətləyirik!"

İsveçdə PKK təbliğatına icazə verilməsi qəbuledilməzdir. Bunu lənətl

arrow Ətraflı
Boris Conson 1 milyon funt sterlinq dəyərində ianə qəbul edib like
  • 13 Yan 07:48  
Dünya Boris Conson 1 milyon funt sterlinq dəyərində ianə qəbul edib

Birləşmiş Krallığın keçmiş Baş naziri Boris Conson 1 milyon funt sterli

arrow Ətraflı
Rusiya Luqanskda səfərbərliyə başladı like
  • 13 Yan 07:41  
Dünya Rusiya Luqanskda səfərbərliyə başladı

Ukraynanın Luqansk vilayətinin zəbt olunmuş Alçevsk şəhərində ruslar ya

arrow Ətraflı
Kiyev merinə rus dilində video göndərdi: Mesaj qəzəbə səbəb oldu like
  • 13 Yan 07:35  
Dünya Kiyev merinə rus dilində video göndərdi: Mesaj qəzəbə səbəb oldu

Latviya parlamentinin spikeri Edvard Smiltens ukraynalılara rus dilində mürac

arrow Ətraflı
Azərbaycanda tikinti materialları like
  • 13 Yan 07:21  
Digərləri Azərbaycanda tikinti materialları

Azərbaycanda ötən il tikinti materiallarının qiymətləri Rusiya-Ukrayna m�

arrow Ətraflı
Ukrayna bu müqavilələrdən çıxdı like
  • 13 Yan 07:14  
Dünya Ukrayna bu müqavilələrdən çıxdı

Ali Rada Ukraynanın Müstəqil Dövlətlər Birliyi çərçivəsində bağlanm�

arrow Ətraflı
Sərxoş kişi qar suyu ilə dolmuş gölməçədə like
  • 13 Yan 07:07  
Digərləri Sərxoş kişi qar suyu ilə dolmuş gölməçədə

Neftçala rayonunda sərxoş kişi qar suyu ilə dolmuş gölməçədə boğulub

arrow Ətraflı