"Valyuta risklərini azaltmaq üçün..."


Digərləri 13 Yan 2023 08:01:00 367 0

"Valyuta risklərini azaltmaq üçün..."

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycan üzrə ölkə strategiyasına iqlim dəyişikliyinə uyğunlaşma və təsirin azaldılması üçün maliyyə prioritetlərini daxil edəcək.

Bu xəbəri də oxu: Xarakterimizin uzunömürlülüyə

Bu barədə cümə günü Trend-ə eksklüziv müsahibəsində QDTİB prezidenti Serhat Köksal bildirib.

"Azərbaycan Paris Sazişini ratifikasiya edib və onun müəyyən olunmuş töhfələri (NDCs) xüsusi olaraq ölkənin emissiyaların azaldılması məqsədini, iqlim dəyişikliyi ilə mübarizədə milli sosial-iqtisadi prioritetləri və ən həssas sektorları əks etdirir. NDC həmçinin müəyyən edilmiş məqsədə nail olmaq üçün iqlim dəyişikliyinə uyğunlaşma və təsirin azaldılması üzrə hansı tədbirlərin görülməsinin lazım olduğunu və bununla bağlı hansı maliyyə vəsaitinin tələb olunduğunu müəyyənləşdirir. QDTİB ölkənin ən son NDC-ləri üzrə məsləhətləşmələr aparacaq və Azərbaycan üçün ölkə strategiyasına iqlim dəyişikliyinə uyğunlaşma və təsirin azaldılması üzrə maliyyələşdirmə prioritetlərini daxil edəcək", - S.Köksal dedi.

S.Köksal hesab edir ki, bu yolla Bank QDTİB-in İqlim Dəyişikliyi Strategiyasında müəyyən edilmiş öz maliyyə prioritetlərini Azərbaycanın prioritetləri ilə daha yaxşı uyğunlaşdıra biləcək və bununla da ölkəyə iqlim dəyişikliyinə uyğunlaşma və təsirin azaldılması üzrə öhdəliklərini yerinə yetirməkdə dəstək verəcək.

"Bu o deməkdir ki, QDTİB bərpa olunan enerji, resurs səmərəliliyi, dayanıqlı infrastruktur, "yaşıl" binalar və elektrik nəqliyyat sistemləri kimi emissiyaların azaldılması layihələrini dəstəkləyəcək. Eyni zamanda, QDTİB iqlim dəyişikliyinə uyğunlaşma layihələrini, xüsusilə tikinti və daşınmaz əmlak, sahil infrastrukturu, aqrobiznes və kommunal xidmətlər kimi həssas sektorlarda dəstək verəcək", - deyə QDTİB prezidenti izah edib.

Yeni layihələr portfeli

Serhat Köksal qeyd edib ki, QDTİB Azərbaycanda yeni layihələr portfeli hazırlayır.

"COVID-19 pandemiyasının və Qara dəniz regionundakı münaqişənin yaratdığı yavaşlamadan sonra biz hazırda bir sıra yeni layihələrin hazırlanması prosesindəyik. Qeyri-neft sektoru bizim prioritetimiz olaraq qalır. Artıq 2023-cü ildə başa çatdıracağımız layihələrimiz var", - deyə S.Köksal bildirib.

QDTİB prezidentinin sözlərinə görə, Bank Azərbaycanla əməkdaşlıqda qeyri-enerji sektorlarına diqqətin davam edəcəyini gözləyir, çünki diversifikasiya məsələsi hələ də aktualdır.

"Biz öz tərəfimizdən sənaye əhatə dairəmizi genişləndirmək istərdik ki, şirkətlərlə maliyyə sektoru vasitəsilə dolayı yolla məşğul olmaqdansa, aqrobiznes, istehsal və ticarət kimi sahələrdə birbaşa əməkdaşlıq edək. Üzv dövlətlərimiz arasında əməkdaşlığın genişləndirilməsinə diqqət yetirməli olduğumuz üçün regionda qonşularla əməkdaşlığı inkişaf etdirə biləcək istənilən layihə bizim üçün cəlbedicidir", - o dedi.

Bundan əlavə, S.Köksal qeyd etdi ki, Bank əsas infrastrukturun inkişafı və tikintisinə dəstəyi gücləndirməkdə çox maraqlıdır, xüsusən də paytaxtla müqayisədə xidmətin aşağı səviyyədə ola biləcəyi şəhərlərdə bələdiyyələr səviyyəsində.

Onun sözlərinə görə, QDTİB geniş əsaslı və bütün üzv dövlətləri əhatə edən sabit artım siyasətinə sadiqdir.

"Aydındır ki, bu, 1990-cı illərin sonunda bankımız yaranandan bəri Azərbaycana da böyük ölçüdə aiddir. Azərbaycan iqtisadiyyatının strukturunu nəzərə alaraq, biz ilk növbədə iqtisadiyyatın qeyri-enerji sektorlarına diqqət yetirmək niyyətindəydik, çünki bu hökumətin iqtisadiyyatın şaxələndirilməsi məqsədinə uyğundur. Ötən illər ərzində Azərbaycanın maliyyə institutları ilə işləmək, istər qurumun böyüməsinə kömək etmək üçün onların birbaşa maliyyələşdirilməsində, istərsə də son alıcılar - kiçik və orta müəssisələrlə vasitəçi kimi fəaliyyət göstərmək bizim üçün ümumilikdə asanlaşıb", - deyə QDTİB prezidenti qeyd edib.

Məhsullara gəlincə, S.Köksal bildirib ki, bank müxtəlif yollarla investor kimi iştirak edib və (nəzarət olunmayan, idarə olunmayan) səhmlər alıb, çoxsaylı kredit xətti təqdim edib.

"Bundan əlavə, bildiyiniz kimi, QDTİB ilk beynəlxalq maliyyə qurumudur ki, milli valyutada - manatla kredit verib və bununla da bu mühüm məhsulun tətbiqinə kömək edir ki, bu da manata inamın artmasına xidmət edir və zaman keçdikcə daxili maliyyə bazarı böyüyür", - deyə S.Köksal bildirib.

Azərbaycanda yeni tərəfdaş banklar

S.Köksal qeyd edib ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda bir sıra maliyyə institutları ilə danışıqlar aparır və gələcəkdə tərəfdaş banklar şəbəkəsini genişləndirməyə ümid edir.

"Maliyyə sektoru mikro, kiçik və orta biznesə çıxış, eləcə də ticarətin maliyyələşdirilməsi mexanizmləri vasitəsilə ixracatçı və idxalçılara dəstək üçün mühüm kanallardan biri kimi QDTİB-in Azərbaycanda prioritet istiqamətlərindən biri olaraq qalır", - deyə S.Köksal bildirib.

S.Köksal beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək üçün 2022-ci ildə TuranBank ilə imzalanmış 5 milyon dollarlıq kredit müqaviləsini xatırladıb.

"TuranBank-a verilən 5 milyon dollar beynəlxalq ticarətin inkişafına yönəldiləcək. 2022-ci ildə QDTİB Rabitəbank ilə də 10 milyon dollarlıq müqavilə imzalayıb. Bu vəsait kiçik və orta sahibkarlıq subyektlərinin investisiya proqramlarının və dövriyyə kapitalına olan tələbatının maliyyələşdirilməsi, onların daxili və beynəlxalq bazarlarda inkişafının təşviqi, rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması üçün veriləcək", - deyə o əlavə edib.

Azərbaycan valyutasında istiqrazların buraxılışı haqqında

S.Köksalın sözlərinə görə, QDTİB Azərbaycan valyutası ilə maliyyələşdirməni davam etdirməyə ümid edir.

"Valyuta risklərini azaltmaq üçün Azərbaycanda tədqiq etdiyimiz hər hansı layihə üçün yerli valyutada maliyyələşdirmə nəzərdə tutulur, xüsusən də borcalanlar bizneslərinin xarakteri və pul vəsaitlərinin hərəkəti ilə bağlı belə risklərə məruz qaldıqları yerlərdə. Bizim yerli kapital bazarı vasitəsilə yerli valyutada maliyyələşmənin təmin edilməsi, eləcə də yerli banklarla işləmək təcrübəmiz var. Ümid edirik ki, bu uğurlu təcrübə bizə yerli valyutada maliyyələşdirmə təklifini davam etdirməyə kömək edəcək", - deyə o izah edib.

"PKK təbliğatına icazə verənləri lənətləyirik!" like
  • 13 Yan 07:55  
Dünya "PKK təbliğatına icazə verənləri lənətləyirik!"

İsveçdə PKK təbliğatına icazə verilməsi qəbuledilməzdir. Bunu lənətl

arrow Ətraflı
Boris Conson 1 milyon funt sterlinq dəyərində ianə qəbul edib like
  • 13 Yan 07:48  
Dünya Boris Conson 1 milyon funt sterlinq dəyərində ianə qəbul edib

Birləşmiş Krallığın keçmiş Baş naziri Boris Conson 1 milyon funt sterli

arrow Ətraflı
Rusiya Luqanskda səfərbərliyə başladı like
  • 13 Yan 07:41  
Dünya Rusiya Luqanskda səfərbərliyə başladı

Ukraynanın Luqansk vilayətinin zəbt olunmuş Alçevsk şəhərində ruslar ya

arrow Ətraflı
Kiyev merinə rus dilində video göndərdi: Mesaj qəzəbə səbəb oldu like
  • 13 Yan 07:35  
Dünya Kiyev merinə rus dilində video göndərdi: Mesaj qəzəbə səbəb oldu

Latviya parlamentinin spikeri Edvard Smiltens ukraynalılara rus dilində mürac

arrow Ətraflı
Azərbaycanda tikinti materialları like
  • 13 Yan 07:21  
Digərləri Azərbaycanda tikinti materialları

Azərbaycanda ötən il tikinti materiallarının qiymətləri Rusiya-Ukrayna m�

arrow Ətraflı
Ukrayna bu müqavilələrdən çıxdı like
  • 13 Yan 07:14  
Dünya Ukrayna bu müqavilələrdən çıxdı

Ali Rada Ukraynanın Müstəqil Dövlətlər Birliyi çərçivəsində bağlanm�

arrow Ətraflı
Sərxoş kişi qar suyu ilə dolmuş gölməçədə like
  • 13 Yan 07:07  
Digərləri Sərxoş kişi qar suyu ilə dolmuş gölməçədə

Neftçala rayonunda sərxoş kişi qar suyu ilə dolmuş gölməçədə boğulub

arrow Ətraflı
Hadisə "Takvim"i məhkəməyə verdi like
  • 13 Yan 05:44  
Şou-biznes Hadisə "Takvim"i məhkəməyə verdi

Xəbər verdiyimiz kimi, dünyaca məşhur içki markasının müğənni Hadisə

arrow Ətraflı
“Doğru yanaşsalar, bayağı musiqini də düzəltmək olar”  VİDEO like
  • 13 Yan 04:22  
Şou-biznes “Doğru yanaşsalar, bayağı musiqini də düzəltmək olar” VİDEO

"Onlar (bayağı ifaçılar - red.) olmasa, yaxşı ifaçıların qədri bi

arrow Ətraflı
Bred yeni imici ilə diqqət çəkdi  FOTO like
  • 13 Yan 03:44  
Şou-biznes Bred yeni imici ilə diqqət çəkdi FOTO

Məşhur aktyor Bred Pitt ötən gecə "Qızıl Qlobus" mükafatlandı

arrow Ətraflı
Məşhur aktrisa evini 17 milyon dollara satır  FOTO like
  • 13 Yan 02:22  
Şou-biznes Məşhur aktrisa evini 17 milyon dollara satır FOTO

Böyük Britaniyadan olan aktrisa Helen Mirren Los-Ancelesdəki evini 17 milyon

arrow Ətraflı
Yataqda ən passiv qadın bürclər  İlk beşlik like
  • 13 Yan 01:44  
Digərləri Yataqda ən passiv qadın bürclər İlk beşlik

Romantik münasibətlərdə cinsi uyumun nə qədər önəmli olduğu hamıya m�

arrow Ətraflı
Estetik olmasaydı məşhurlar necə görünərdi? like
  • 13 Yan 00:22  
Şou-biznes Estetik olmasaydı məşhurlar necə görünərdi?

Müasir dövrdə plastik-estetik cərrahiyyə sahəsinin sürətli inkişafı n�

arrow Ətraflı