Türkiyə Rusiya və Ukrayna arasında humanitar dəhliz
Siyasət 12 Yan 2023 08:42:00 304 0
Türkiyə Rusiya və Ukrayna arasında humanitar dəhlizin açılmasını istəyir
Bu xəbəri də oxu: COP29da Azərbaycana minnətdarlıq ifadə olunan qətnamə qəbul edilib
Bu barədə Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç bildirib.
"Rusiyalı və Ukraynalı həmkarlarımızla görüşlərimiz qeyri-adi dərəcədə yaxşı keçdi. Ümid edirəm ki, yanvarın 12-də ortaq "yol xəritəsi" əldə olunacaq və bu nəticə bizi məmnun edəcək", - Şərəf Malkoç vurğulayıb.
Ankarada təşkil olunan "XXI əsrdə insan hüquqlarının gələcəyi" adlı beynəlxalq konfrans çərçivəsində Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova və Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı (Ombudsman) Dmitro Lubinets ilə keçirilən üçtərəfli görüşdən sonra mətbuata açıqlama verən Şərəf Malkoç bildirib ki, beynəlxalq konfransda aparılan müzakirələrin Rusiya və Ukrayna xalqları üçün faydalı olacağına ümid edir.
Müharibə qurbanlarının ən çox mülki əhali olduğunu təəssüflə vurğulayan Baş Ombudsman deyib ki, hərbi əməliyyatlar zamanı hər gün tonlarla bombanın partlamasına, çox sayda insanın həyatını itirməsinə, yaralanmasına, hər iki tərəfin də xeyli maddi-mənəvi zərərə məruz qalmasına hər kəsdən öncə insan hüquqları təşkilatları laqeyd qalmamalıdır:
"Hazırda bütün dünyanın diqqət mərkəzində olan Ukrayna Rusiya savaşının dayandırılması üçün lazım olan dəstəyi verməyə cəhd edirik. Zərərə məruz qalan mülki əhali arasında uşaqlar, qadınlar və qocalar da var. Rusiyadakı ukraynalılar və Ukraynadakı rusların dəyişdirilməsi üçün hər iki ölkənin ombudsmanları ilə məsləhətləşdik, yaralıların, uşaq və qadınların qarşılıqlı təxliyəsi və ya qarşılıqlı mübadiləsi haqqında, danışdıq. Bizim vasitəçiliyimizlə çox əhəmiyyətli görüş baş tutdu".
Şərəf Malkoç Türkiyə Prezidentinin Rusiya-Ukrayna savaşı prosesinin əvvəlindən indiyədək tərəflər arasında sülh yaratma cəhdlərini vurğulayaraq, münaqişədə aydın və demokratik mövqe nümayiş etdirdiyini qeyd edib: "Cənab Prezidentimiz Rusiya və Ukrayna liderləri ilə sülh mövzusunda danışıqlar aparan nadir dünya liderlərindən biridir. Bildiyiniz kimi, onun bu səyləri nəticəsində əsir mübadiləsi oldu, sonra taxıl dəhlizi açıldı. Bu dəhlizin açılması çox vacib idi. Əks təqdirdə Ukrayna anbarlarındakı taxıl çürüyəcəkdi. Halbuki Afrika və Asiyada milyonlarla insanın bu taxıla necə ehtiyacı var və bu dəhlizin açılması nəticəsində həmin insanlara 17 milyon ton taxıl çatdırıldı.
Biz də buna əsaslanaraq insan hüquqları baxımından humanitar dəhliz açmaq istəyirik. Ümid edirəm ki, bu cəhdlərimizdən yaxşı nəticə hasil olacaq".
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop yanvarın 11-də Rusiya, Ukrayna və Türkiyə ombudsmanlarının üçtərəfli görüşündən öncə tərəfləri qəbul edib.
Türkiyənin Ombdsmanlıq Təsisiatı TBMM-nin nəzdində fəaliyyət göstərir.
Yüksək təzyiq son illərin ən çox geniş yayılan xəstəliklərindən say�
Kəklikotundan qida sənayesində bir-çox yeməkləri dadlandırmaq məqsədil�
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qazaxıstanın Konstitusiya Məhkəməsi Nursultan Nazarbayevi xalqın lideri (e
Qara yemişanın yarpaq və meyvəsinin həm təzəsindən, həm də qurudulmuş
Braziliyadakı etirazlarla bağlı 1200-dən çox adam həbs edilib.
Bu dərmanın tərkibi 3 sadə məhsulun qarışımından hazırlanıb, amma, on
Günün sualı budur: Ermənistanın yeni yaradılmış Xarici Kəşfiyyat Xidm�
Çinin cənubundakı Quançjou şəhərində bir nəfərin maşını piyadaları
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keç
Meyvə çayı meyvə, gilmeyvə və onların yarpaqlarından dəmlənən çaydı
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxça
Teleqraf.com Milli Məclisin deputatı Vahid Əhmədovla müsahibəni təqdim ed