Osloda Gülnarə Xəlilovanın "Cizgi"nin Şimal Hekayələri" adlı ekspozisiyası


Kriminal 11 Yan 2023 13:56:00 343 0

Osloda Gülnarə Xəlilovanın "Cizgi"nin Şimal Hekayələri" adlı ekspozisiyası

Osloda "Deichman Bjorvika" Mədəniyyət Mərkəzində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovanın "Northern Stories by CİZGİ" ("Cizgi"-nin Şimal Hekayələri) adlı ekspozisiyasının açılışı oldu. 

Tədbir Oslodakı Azərbaycan Evi və Norveç üzrə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurası tərəfindən təşkil olunub. Tədbirdə "Azərbaycan Evi" nin sədri, Norveç üzrə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Ramil Əliyev, "Azərbaycan Evi"nin nümayəndələri Arzu Rzayeva, Günay Əliyeva, ictimaiyyətin və yaradıcı ziyalıların nümayəndələri iştirak ediblər. 

Qonaqlara Gülnarə Xəlilovanın Norveç və Qarabağ ornamentləri ilə əl işləri, ipək yaylıqlar və libaslar təqdim olundu.

Gülnarə Xəlilova: "Mən öz əsərlərimi Norveçdə, görkəmli arxeoloq, səyyah və yazıçı Tur Heyerdalın vətənində təqdim edirəm, hansı ki, uzun illər aparılan araşdırmalardan sonra belə nəticəyə gəlib ki, vikinqlər əslən Azərbaycandan gəliblər-qədim zamanlarda məhz ölkəmizin ərazisindən Skandinaviyaya yolları başlayıb. Keçən ilin may ayında Oslo şəhərinin məşhur Cosmopolite konsert salonunda Qarabağ bölgəsinin milli geyim ənənələrini əks etdirən "Xarıbülbül və Qarabağ" defilesini təqdim etdim. Bu dəfə sərgi formatında Norveçin ornamentlərinə üstünlük verərək əsərləri təqdim etdim və bu da qonaqların böyük marağına səbəb olub. Onlar təkcə yaradılan kompozisiyaların dəqiqliyinə deyil, həm də ilk dəfə olaraq onların milli ornamentlərinin ipək üzərində təqdim olunmasına xoş təəccübləndilər. Ümumiyyətlə, Norveç ornamentləri ənənəvi olaraq toxunma və tikiş üslubu ilə əks olunur". 

Qeyd edək ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilirdi.

“Çeburaşka” animasiya filminin kassa gəliri üç milyardı ötüb like
  • 11 Yan 13:48  
Digərləri “Çeburaşka” animasiya filminin kassa gəliri üç milyardı ötüb

Rusiyanın "Soyuzmultfilm" studiyasının istehsal etdiyi "Çebur

arrow Ətraflı
Şin seçərkən nələrə diqqət etmək lazımdır? like
  • 11 Yan 13:37  
Digərləri Şin seçərkən nələrə diqqət etmək lazımdır?

Təzəsi bahadır, 2-ci əl olanları da hər zaman etibarlı sayılmır. Söhb�

arrow Ətraflı
Vasif Talıbovun qaynanası nə zaman işdən çıxarılıb? like
  • 11 Yan 13:34  
Digərləri Vasif Talıbovun qaynanası nə zaman işdən çıxarılıb?

Bu günlərdə sosial şəbəkələrdə Naxçıvan MR Ali Məclisnin keçmiş s�

arrow Ətraflı
"Qarabağa BMT sülhməramlılarının göndərilməsi üçün Azərbaycanın razılığı olmalıdır" like
  • 11 Yan 13:29  
Siyasət "Qarabağa BMT sülhməramlılarının göndərilməsi üçün Azərbaycanın razılığı olmalıdır"

Qarabağa BMT sülhməramlılarının missiyası münaqişənin hər iki tərəf

arrow Ətraflı
Xalq artisti 23 il əvvəl like
  • 11 Yan 13:26  
Şou-biznes Xalq artisti 23 il əvvəl

Xalq artisti Mələkxanım Eyubova sosial şəbəkədə arxiv görüntülərini�

arrow Ətraflı
Ermənistanı LƏRZƏYƏ SALACAQ BƏYANAT like
  • 11 Yan 13:22  
Siyasət Ermənistanı LƏRZƏYƏ SALACAQ BƏYANAT

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında duran�

arrow Ətraflı
Ev heyvanlarının saxlanmasına nə qədər xərc çıxır? like
  • 11 Yan 13:15  
Digərləri Ev heyvanlarının saxlanmasına nə qədər xərc çıxır?

Dünyada olduğu kimi Azərbaycan da ev heyvanları saxlayanların sayı ilbəil

arrow Ətraflı
Sabahın havası AÇIQLANDI like
  • 11 Yan 13:05  
Digərləri Sabahın havası AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında yanvarın 11-dən 12-nə keçən gecə bəz

arrow Ətraflı
Madonna afrikalı uşaqların ticarəti və cinsi istismarda ittiham olunur like
  • 11 Yan 13:04  
Şou-biznes Madonna afrikalı uşaqların ticarəti və cinsi istismarda ittiham olunur

Amerikalı müğənni Madonna afrikalı uşaqların alverində, onların cinsi i

arrow Ətraflı
Köhnə binanın lift problemı nə vaxt həllini tapacaq? like
  • 11 Yan 12:53  
Digərləri Köhnə binanın lift problemı nə vaxt həllini tapacaq?

Xətai rayonu ərazisində köhnə 9 mərtəbəli binanın lifti işləmir. Aşa

arrow Ətraflı
“Səs” müasir çağırışlara cavab verən qəzetdir like
  • 11 Yan 12:49  
Digərləri “Səs” müasir çağırışlara cavab verən qəzetdir

"SƏS" qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru

arrow Ətraflı
"BTS: Yet to come in cinemas"  fevralin 1dən «park cinema» kinoteatlarinda like
  • 11 Yan 12:47  
Şou-biznes "BTS: Yet to come in cinemas" fevralin 1dən «park cinema» kinoteatlarinda

"BTS: Yet To Come in Cinemas" 1 fevral, çərşənbə günü Azərbayc

arrow Ətraflı
Canlı yayımda həyəcanlı anlar: Bloqerin sinəsinə ştanq düşdü like
  • 11 Yan 12:42  
Dünya Canlı yayımda həyəcanlı anlar: Bloqerin sinəsinə ştanq düşdü

Məşhur amerikalı bloqer Metyu Mizkifin sinəsinə ağır ştanq düşüb.

arrow Ətraflı
Şöbə müdirinin evinə xəstə adı ilə giriblər like
  • 11 Yan 12:20  
Digərləri Şöbə müdirinin evinə xəstə adı ilə giriblər

Dünən saat 21:45 radələrində Yevlax şəhəri, Əhmədağa Baxşıyev küç

arrow Ətraflı
Zelenski söz verdi: Üçüncü Dünya müharibəsi… like
  • 11 Yan 12:09  
Dünya Zelenski söz verdi: Üçüncü Dünya müharibəsi…

Üçüncü Dünya müharibəsinin olmayacağına söz verirəm.

arrow Ətraflı