Şöbə müdirinin evinə xəstə adı ilə giriblər
Digərləri 11 Yan 2023 12:20:00 350 0
Dünən saat 21:45 radələrində Yevlax şəhəri, Əhmədağa Baxşıyev küçəsində rayon xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun qətlə yetirilməsinin bəzi detalları üzə çıxıb.
Bu xəbəri də oxu: Bir gecədə qiyməti kəskin düşə biləcək
Mili.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı qətlin tamah məqsədilə törədilməsinə əsaslı şübhələr üzə çıxıb. Belə ki, Bəyaz Cabbarovun evinə gələn şəxslər qonşu mənzilin müşahidə kamerasına düşüblər.
Kamera görüntülərindən 3 nəfər şəxsin xəstə adı ilə 65 yaşlı B.Cabbarovun evinə gəldiyi, qapının açılmasından sonra onlardan birinin çöldə qalaraq elektrik sayğacından evin işiğını kəsdiyi məlum olub. Xəstə adı ilə evə daxil olan şəxslərin isə həmin vaxt B.Cabbarova hücum edərək ona 20-yə yaxın bıçaq xəsarəti yetirdiyi və mənzildə axtarış apardığı bildirilib.
Hadisə zamanı mərhum həkimin gəlini və nəvələri də evdə olub, onların köməkliyi ilə B.Cabbarov xəstəxanaya aparılsa da, vəfat edib.
Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Üçüncü Dünya müharibəsinin olmayacağına söz verirəm.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən A
Belçika vətəndaşı Olivye van Kastel İranda birinci instansiya məhkəməsi
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Qarabağ qazilər
"Ötən il Azərbaycanda bütün sahələrdə dinamik inkişaf təmin olun
Bakıda orta məktəb şagirdinin ölümü, onun atasının isə xəsarət almas
Fransada bıçaqlı şəxs insanlara hücum edib.
Dünyanın 29 ölkəsində koronavirusun yeni ştammı aşkar edilib. Ümumdüny
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus av
Hollivud cəmiyyəti tərəfindən 1944-cü ildən etibarən təqdim edilən ame
2022-ci il Rusiya-Ukrayna/Qərb xətti və Ermənistan-Azərbaycan xətti üzrə
Ukraynada müharibə başlayandan bu günə qədər 21 mindən çox çeçen Rusi
ATƏT-in hazırkı sədri Buyar Osmani Azərbaycana və Ermənistan səfər edə
Rusiya qüvvələri Ukraynanın Donetsk vilayətinin Soledar şəhərini tam əl