Rusiya Soledarı tam nəzarətə alıb?


Dünya 11 Yan 2023 10:52:00 348 0

Rusiya Soledarı tam nəzarətə alıb?

Rusiya qüvvələri Ukraynanın Donetsk vilayətinin Soledar şəhərini tam ələ keçirməyib, eyni zamanda yaşayış məntəqəsi üzərində guya nəzarəti ələ keçirməsi ilə Baxmut şəhərinin mühasirəyə alınması barədə məlumat və bəyanatlar həqiqəti əks etdirmir.

Son.az "Report"a istinadən xəbər verir ki, bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun (MAİ) analitikləri gəlib.

Mütəxəssislərin fikrincə, rusiyalıların şəhərin süqutu və beləliklə Baxmutun qaçılmaz mühasirə təhlükəsi ilə üzləşdiyi barədə bir neçə yalan bəyanatlarına baxmayaraq, işğalçılar Soledarı tam ələ keçirməyib.

Bir sıra Rusiya mənbələri yanvarın 10-da Kremlə bağlı "Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) muzdlularının Soledardan qərbə doğru irəlilədiyini iddia edib. ÖHŞ-nin rəhbəri Yevgeni Priqojın bu iddiaları təkzib edərək "Vaqner" qrupunun hələ də ukraynalı müdafiəçilərə qarşı döyüşdüyünü açıqlayıb.

MAİ yalnız yanvarın 10-da Soledarın mərkəzində "vaqnerçilər"in varlığının vizual təsdiqini müşahidə edib.

Təhlilçilər əlavə ediblər ki, rusiyalıların ən "gur" bəyanatları və iddiaları doğru olaraq qəbul edilsə belə, Soledarın ələ keçirilməsi Baxmutun dərhal mühasirəyə alınmasından xəbər verməyəcəkdi.

Qeyd edək ki, 2022-ci ilin avqustun 3-də başlayan Soledar uğrunda döyüşlər yanvar ayında şiddətlənib. Belə ki, rəsmi Moskavanın birtərəfli qaydada elan etdiyi "Milad atəşkəsi"ndə Ukrayna Ordusunun müdafiə xətti yarılıb. İşğalçı qüvvələr yanvarın 6-7-də şəhərin əhəmiyyətli hissəsini ələ keçirə bilib. Şəhərin işğalında Rusiyaya bağlı "Vaqner" özəl hərbi şirkətinin muzdluları fəal şəkildə iştirak edir.

"Vaqner" ÖHŞ rusiyalı sahibkar (eyni zamanda mətbuatda "Putinin aşpazı" kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət yaraqlı qruplaşmasıdır.

2014-cü ildən qruplaşma Ukraynanın işğal altındakı bölgələrində, daha sonra isə Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin nəzarət etdiyi ərazilərdə fəaliyyət göstərir. 2017-ci ilin iyun ayında "Vaqner" ÖHŞ ABŞ-ın sanksiya siyahısına daxil edilib. 2021-ci ilin dekabrında Avropa İttifaqı qruplaşmanı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməkdə, Suriya və Liviyada sabitliyi, habelə insan haqlarını kobud şəkildə pozmaqda ittiham edərək ÖHŞ-yə sanksiyalar tətbiq edib. 2022-ci ilin martın 8-də, yəni Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Yaponiya da qruplaşmaya qarşı sanksiyalar tətbiq edib. BMT və Fransa "Vaqner" muzdlularını Mərkəzi Afrika Respublikasında zorlama və quldurluqda ittiham edir.

Qrup ağır texnika, artilleriya və hərbi aviasiya ilə silahlanıb.

Növbəti narkotik əməliyyatı: like
  • 11 Yan 10:41  
Digərləri Növbəti narkotik əməliyyatı:

Lənkəranda son 10 gün ərzində keçirilən əməliyyat tədbirləri ilə nar

arrow Ətraflı
İrana hava zərbələri endirilə bilər like
  • 11 Yan 10:27  
Digərləri İrana hava zərbələri endirilə bilər

İrana tətbiq olunan sanksiyalar Tehran rejimini siyasi cəhətdən zəifləts�

arrow Ətraflı
Yeni ildə arzuladığınız evi Kapital Bankla alın! like
  • 11 Yan 10:25  
Digərləri Yeni ildə arzuladığınız evi Kapital Bankla alın!

Kapital Bank evi olmayanlara və mənzilini yeniləmək istəyənlərə endiriml

arrow Ətraflı
Naxçıvanda 29 yaşlı oğlan ataanasını bıçaqladı like
  • 11 Yan 10:24  
Kriminal Naxçıvanda 29 yaşlı oğlan ataanasını bıçaqladı

Yanvarın 10-da Naxçıvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Cəlilabadda qar örtüyünün hündürlüyü 35 sm olub like
  • 11 Yan 10:21  
Digərləri Cəlilabadda qar örtüyünün hündürlüyü 35 sm olub

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 11-nə olan məlumatına əsasən

arrow Ətraflı
Bayramov Donfridlə danışdı: like
  • 11 Yan 10:18  
Siyasət Bayramov Donfridlə danışdı:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibinin

arrow Ətraflı
Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri işdən çıxarıldı like
  • 11 Yan 10:15  
Siyasət Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

arrow Ətraflı
Naxçıvanın maliyyə naziri vəzifəsindən azad edildi like
  • 11 Yan 10:11  
Siyasət Naxçıvanın maliyyə naziri vəzifəsindən azad edildi

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsindən azad edilib.

arrow Ətraflı
Məhkəmə Yağmurla bağlı qərar verdi like
  • 11 Yan 10:07  
Şou-biznes Məhkəmə Yağmurla bağlı qərar verdi

Türkiyəli aktrisa Yağmur Tanrısevsin meneceri Tümay Özokurla məhkəməlik

arrow Ətraflı
Ölkə ərazisində yollarda vəziyyət necədir? like
  • 11 Yan 09:50  
Digərləri Ölkə ərazisində yollarda vəziyyət necədir?

Hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti açıql

arrow Ətraflı
Məşhur azərbaycanlı aparıcının əcnəbilərə bənzəyən oğlu like
  • 11 Yan 09:45  
Şou-biznes Məşhur azərbaycanlı aparıcının əcnəbilərə bənzəyən oğlu

Çiçək ləqəbli aparıcı Şəhla Vakkas gözünün ağı-qarası bircə oğl

arrow Ətraflı
Tanınmış aktrisa evli iş adamı ilə görüntüləndi like
  • 11 Yan 09:23  
Şou-biznes Tanınmış aktrisa evli iş adamı ilə görüntüləndi

Türkiyənin tanınmış aktrisası Nur Fettahoğlu özəl həyatı ilə gündə

arrow Ətraflı
Bakıda 31 yaşlı qadın özünə bıçaqla xəsarət yetirib like
  • 11 Yan 08:59  
Digərləri Bakıda 31 yaşlı qadın özünə bıçaqla xəsarət yetirib

Bakının Nəsimi rayonunda 31 yaşlı qadın özünə bıçaqla xəsarət yetir

arrow Ətraflı
Azyaşlılar bit dərmanından like
  • 11 Yan 08:54  
Digərləri Azyaşlılar bit dərmanından

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

arrow Ətraflı