Mənzillərin ümumi sahəsi necə hesablanmalı, aldanan vətəndaş nə etməlidir?
Digərləri 11 Yan 2023 14:02:00 2928 0
Mənzil Tikinti Kooperativlərindən müqavilə ilə mənzil alan vətəndaşlar sonradan əmlak çıxarışı alarkən əksər hallarda problemlə üzləşir. Belə ki çıxarışda mənzilin sahəsi müqavilədə göstərilən rəqəmlə üst-üstə düşmür, sahə daha az hesablanır.
Bu xəbəri də oxu: 9 uşağa birdən hamilə qaldı
Bəs mənzillərin ümumi sahəsi necə hesablanmalıdır?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, yeni tikilən çoxmənzilli binalarda sahələr artıq göstərilir, yəni vətəndaş aldadılır.
"Mənzil alan şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mənzilin çıxarışın (kupça) aldıqda mənzilin ümumi sahəsinin tikinti şirkətinin təqdim etdiyi sənəddə göstəriləndən az olduğunu görür. Belə ki, əksər tikinti şirkətləri tərəfindən çoxmənzilli binalardakı mənzillərin sahəsi bayır divarların üst səthindən ölçməklə hesablanır. Otaqlar və mənzillər arasındakı ara divarlar da ümumi sahəyə əlavə edilir".
E.Fərzəliyev qeyd edib ki, bu qanunvericiliyin pozulmasıdır.
"Bununla da müqaviləyə yazılan mənzilin sahəsi ilə çıxarışda olan rəqəmlər fərqli olur. Belə ki, mənzilin sahəsi çıxarışda az göstərilir. Məsələn mənzil alan şəxs müqaviləyə əsasən 100 kvadrat mənzil alıbsa çıxarışda 90 kvadrat yazılır. Belə olıduqda vətəndaş mənzili satarkən maddi 10 kvadratın pulunu itirmiş olur. Bu da qanunlardakı bo.luqlardan irəli gəlir. Bu halların baş verməməsi üçün mütləq nəzarət mexanizmi olmalıdır", - deyə ekspert bildirib.
Bununla bağlı hüquqşünas Arif NəzərovTrend- ə bildirib ki, belə hallarla yüzlərlə vətəndaş qarşılaşır.
Onun sözlərinə görə, ümumi sahə üzrə çıxarış (kupça) və müqavilədəki fərqi görən mənzil sahibi bununla bağlı tikinti şirkətinə müraciət edərək ödədiyi artıq pulu tələb edə bilər.
"Əgər tikinti şirkəti qanunazidd formada hesabladığı sahə üzrə ödənişi geri qaytarmasa, mənzil sahibi pozulmuş hüququ ilə bağlı məhkəməyə müraciət edə bilər",- deyə hüquqşünas qeyd edib.
Mürəkkəb relyef və qarlı hava şəraitindən istifadə edərək qanunsuz yo
Osloda "Deichman Bjorvika" Mədəniyyət Mərkəzində Azərbaycan Mil
Rusiyanın "Soyuzmultfilm" studiyasının istehsal etdiyi "Çebur
Təzəsi bahadır, 2-ci əl olanları da hər zaman etibarlı sayılmır. Söhb�
Bu günlərdə sosial şəbəkələrdə Naxçıvan MR Ali Məclisnin keçmiş s�
Qarabağa BMT sülhməramlılarının missiyası münaqişənin hər iki tərəf
Xalq artisti Mələkxanım Eyubova sosial şəbəkədə arxiv görüntülərini�
44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında duran�
Dünyada olduğu kimi Azərbaycan da ev heyvanları saxlayanların sayı ilbəil
Bakıda və Abşeron yarımadasında yanvarın 11-dən 12-nə keçən gecə bəz
Amerikalı müğənni Madonna afrikalı uşaqların alverində, onların cinsi i
Xətai rayonu ərazisində köhnə 9 mərtəbəli binanın lifti işləmir. Aşa
"SƏS" qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru
"BTS: Yet To Come in Cinemas" 1 fevral, çərşənbə günü Azərbayc
Məşhur amerikalı bloqer Metyu Mizkifin sinəsinə ağır ştanq düşüb.