Permanent makiyaj (tatuaj) necə aparılır?


Digərləri 08 Yan 2023 23:45:00 241 0

Permanent makiyaj (tatuaj) necə aparılır?

Bu metod bədii tatuirovkadan gəlmişdir və ona çox oxşayır. Bu zaman xüsusi aparatın köməyilə dəriyə rənglər yeridilir.

Bu proses əsasən qaşların və dodaqların rəngini və formasını yaxşılaşdırmaq, göz qapaqlarının formasını korrektə etmək və gözlərin mənalılığını artırmaq üçün istifadə olunur. Əgər permanent makiyaj yaxşı kosmetoloji klinikada, yaxşı mütəxəssis tərəfindən yerinə yetirilmişsə, bu halda o, təbii  görünəcək, xarici görünüşü xeyli yaxşılaşdıracaq və qüsurları gizlədəcək. Onu da bilmək lazımdır ki, tatuajda istifadə edilən boyalar allergik reaksiya verə bilərlər. Buna görə allergiyaya meylli olan xanımlar bu proseduradan çəkinməlidir.

Dodaqların permanent makiyajı necə edilir? Hər şey sizin mütəxəssislə birgə kosmetik karandaşın köməyi ilə dodaq formasını seçməyinizdən başlayır. Sonra permanent makiyajın ediləcəyi konturlar çəkilir. Dodaqlar karandaşla çəkildikdən sonra onları üzbəüz və profildən (yandan) durmaqla qiymətləndirin. Qiymətləndirmə zamanı təkcə dodaqlara deyil, yeniləşmiş üzünüzə bütünlüklə diqqət yetirin. Yalnız bu cür hər hansısa bir uyğunsuzluqları və assimmetriyanı görmək olar. Yeni konturun gülərkən, danışarkən, mimiki hərəkətlər zamanı necə göründüyünü yoxlayın. Hamıya uyğun gələn ideal forma yoxdur, hətta ən gözəl hesab edilən - iri, enli dodaqlar da hamıya yaraşmır. Dodaqların forması məhz sizin üzünüzün gözəl cizgilərinizi vurğulamalıdır. Tatuajın köməkliyi ilə qadınları dodaqlarının asimmetriyasından (əyrilik) xilas etmək, onların formasını, həcmini dəyişmək, rəngini yaxşılaşdırmaq olur.

Dodaqların forması müəyyən edildikdən sonra rəng seçiminə keçmək olar. Yaxşı olardı ki, bu zaman makiyaj bütünlüklə silinmiş olsun, əks halda rəng düzgün seçilməyəcəkdir. Tatuaj zamanı rəng dəriyə çox dərin yeridilməsə də (0.8-1 mm), proses kifyət qədər ağrılı olur. Buna görə də tatuajı yerli anesteziya (keyləşdirmə) ilə edirlər.

Dodaqların tatuajına qərar verdikdə, yalnız müasir, özünü təsdiq etmiş klinikaya, yüksək dərəcədə ixtisaslaşmış mütəxəssisə müraciət edin. Bu yolla siz düzgün edilməyən tatuaj nəticəsində dodaqlarda yaranan çapıqlardan, düzgün olmayan rəngləmə nəticəsində dodaqların rənginin dəyişməsindən, qeyri-təbii rəngdə olmasından və s. qurtula bilərsiniz. Tatuaj 2 ildən 5 ilə qədər qalır. Gənc xanımlarda permanent makiyajın korreksiya edilməsinə (yeniləşməsinə) ehtiyac tez, yaşlı xanımlarda isə gec yaranır.

Qaş və dodaqların tatuajından başqa, göz qapaqlarının (və ya çox zaman adlandırıldığı kimi "gözlərin") tatuajı da edilir. Gözlərin tatuajının əsas məqsədi baxışı mənalı etməkdir. Tatuajın köməyi ilə vizual olaraq göz künclərini qaldırmaq, gözləri daha dairəvi və ya uzunsov etmək, kiçik gözləri böyütmək və ya böyük - "qabarmış" gözləri kiçiltmək, seyrək kirpiklər problemini həll etmək, gözlərin gündəlik makiyajına sərf edilən vaxtı azaltmaq və s. mümkündür.

Permanent makiyajı etməzdən əvvəl, sizə tatuaj edəcək mütəxəssislə qabaqcadan məsləhətləşmək lazımdır. Mütəxəssis sizə prosesdən əvvəl hansı preparatların qəbul edilməməsi və tatuajdan sonra nələrə piayət olunmasını izah edəcəkdir.

Borc alaraq həccə getmək olarmı? like
  • 08 Yan 23:40  
Digərləri Borc alaraq həccə getmək olarmı?

Uca Allah, Ali İmran surəsi 97-ci ayəsində belə buyurmaqdadır:

arrow Ətraflı
Bu ürəkdamar xəstəliklərinin əlaməti ola bilər like
  • 08 Yan 23:35  
Digərləri Bu ürəkdamar xəstəliklərinin əlaməti ola bilər

Qəbizlik ürək-damar xəstəlikləri əlaməti ola bilər.

arrow Ətraflı
Rusların qorxunc qisası: 600 ukraynalı like
  • 08 Yan 23:33  
Siyasət Rusların qorxunc qisası: 600 ukraynalı

Ukrayna ordusunun Makeyevka şəhərində müvəqqəti olaraq əsgərlərin yerl

arrow Ətraflı
Ukrayna diversantların axtarışına like
  • 08 Yan 23:32  
Siyasət Ukrayna diversantların axtarışına

Ukrayna Təhlükəsizlik Xidməti Xarkov rayonlarından birində diversantların

arrow Ətraflı
Xankəndidən gələn erməni əsgərimizə like
  • 08 Yan 23:31  
Siyasət Xankəndidən gələn erməni əsgərimizə

Xankəndidə yaşayan mülki erməninin Azərbaycan postuna yaxınlaşaraq yard�

arrow Ətraflı
Uşaqlarda burun qanaxması like
  • 08 Yan 23:30  
Digərləri Uşaqlarda burun qanaxması

Uşaqlarda kifayət qədət tez-tez burun qanaxmaları olur. Hətta bəzi hallar

arrow Ətraflı
Ankarada mühüm görüş: Azərbaycan, like
  • 08 Yan 23:29  
Siyasət Ankarada mühüm görüş: Azərbaycan,

Ankarada Azərbaycan, Türkiyə və İran arasında üçtərəfli görüş keçi

arrow Ətraflı
İsraildən fələstinli nazirə like
  • 08 Yan 23:28  
Siyasət İsraildən fələstinli nazirə

İsrailin yeni hökuməti bir neçə gün əvvəl elan etdiyi fələstinlilərə

arrow Ətraflı
Bu qidalar qaraciyər üçün like
  • 08 Yan 23:25  
Digərləri Bu qidalar qaraciyər üçün

Qaraciyər unikal orqandır və orqanizmdə 500-dən artıq müxtəlif funksiyal

arrow Ətraflı
Bir insanın Allahın elçisi olduğunu hardan biləcəyik? like
  • 08 Yan 23:20  
Digərləri Bir insanın Allahın elçisi olduğunu hardan biləcəyik?

Bu kimi saxtakarlara aldanmamaları üçün insanlar ilk əvvəl öz dinlərini

arrow Ətraflı
Sızanaqların müalicəsində xalq təbabəti üsulları like
  • 08 Yan 23:15  
Digərləri Sızanaqların müalicəsində xalq təbabəti üsulları

Qabaqcadan xəbərdar edirik ki, yalnız xalq təbabəti üsullarından istifad�

arrow Ətraflı
Bankların vədəsiz hesab əməliyyatlarına pul yatdırmağın hökmü nədir? like
  • 08 Yan 23:10  
Digərləri Bankların vədəsiz hesab əməliyyatlarına pul yatdırmağın hökmü nədir?

Vədəsiz hesab əməliyyatları, heç bir qeydə və şərtə bağlı olmadan i

arrow Ətraflı
Qar XƏBƏRDARLIĞI  Bu saatlarda like
  • 08 Yan 23:07  
Digərləri Qar XƏBƏRDARLIĞI Bu saatlarda

Yanvarın 8-də Bakıda və Abşeron yarımadasında axşama doğru qar yağmağ

arrow Ətraflı
Gündə yarım ədəd – İnfarkt və insultdan qoruyur like
  • 08 Yan 23:05  
Digərləri Gündə yarım ədəd – İnfarkt və insultdan qoruyur

Gündə cəmi 30 qram nar, yəni bir narın yarısını yemək və ya şirəsini

arrow Ətraflı
Göbələklərin faydası like
  • 08 Yan 23:01  
Digərləri Göbələklərin faydası

Qida dəyərinə görə göbələklər ətdən, meyvə və tərəvəzlərdən ge

arrow Ətraflı