Boyun nahiyəsi üçün fiziki və özünü masaj hərəkətləri


Digərləri 08 Yan 2023 21:45:00 431 0

Boyun nahiyəsi üçün fiziki və özünü masaj hərəkətləri

Boyun və sinə nahiyəsinin dərisini mümkün qədər daha uzun müddət ərzində yaxşı vəziyyətdə saxlamaq üçün oxucularımıza hər gün məhz bu sahəyə aid olan sadə fiziki və özünü masaj hərəkətləri etmələrini tövsiyə edirik.

Bu kompleks hərəkətləri yerinə yetirməmişdən qabaq, dərinizi təmizləməyi unutmayın. Dəri quru olduqda ona bitki yağı və ya krem sürtmək lazımdır. Hərəkət kompleksi başa çatdıqdan sonra, dərini bir daha təmizləyərək onun üzərinə qidalandırıcı krem və ya maska sürtmək olar.

Hər məşğələ hərəkətlərini 6-8 dəfə olmaqla aramla, sərbəst və sakit şəkildə (xüsusən də ilk məşqlərdə) yerinə yetirmək lazımdır. Boyun və sinə nahiyəsi üçün məsləhət görülən hərəkətlər aşağıdakılardır:

1. Oturaq vəziyyətdə və ya ayaq üstə olmaqla, başınızı aramla önə əyərək çənənizi maksimal şəkildə sinənizə yaxınlaşdırın. Sonra başınızı yavaş-yavaş çiyninizə qoyun. Sonra başınızı arxaya əyin, sonra o biri çiyninizə çevirin və yenə də boynunuzu önə əyin. Bu hərəkətləri eyni qaydada olmaqla əks tərəfə də təkrar edin.

2. Başınızı aramla yana çevirin və yuxarıya qaldırın. Eyni hərəkəti əks tərəfə də edin.

3. Barmaqlarınızı birləşdirməklə əllərinizi peysərinizə (başın arxa hissəsi) qoyun. Başınızı önə əyin. Əllərinizin müqavimətinə üstün gəlməklə, kiçik sıçrayıcı hərəkətlərlə başınızı arxaya tərəf əyməyə çalışın.

4. Ayaqlarınızı çiyinlər enində aralı saxlamaqla düz dayanın. Əl barmaqlarınızla çiyinlərinizə təzyiq etməklə, bütün gücünüzlə başınızı yuxarıya doğru dartın. Hərəkət zamanı ayaq barmaqları üzərinə qalxmaq olmaz. Hərəkəti 5 dəfə təkrar edin.

5. Başınızı son həddə qədər arxaya əyərək, üst dodağınızı alt dodağınızla örtün. Sonra tədricən başınızı önə əyərək çənənizi sinənizə toxundurun.

6. Karandaşı (çubuq, saman çöpü) dişlərinizin arasında tutub, havada 1-dən 10-a qədər olan rəqəmləri və ya öz adınızı "yazın".

7. Hər iki ovucunuza krem çəkib başınızı bir qədər arxaya tərəf əyərək, kremi növbə ilə, gah sağ əlinizlə boyunun sol tərəfinə, gah da sol əlinizlə boyunun sağ tərəfinə çəkin. Bu hərəkətlər əllərin 4 barmaqları ilə (baş barmaqdan başqa) boyunun yan səthindən başlayaraq, aşağıdan yuxarıya tərəf, boyun əsasından çənəyə doğru olmaqla yerinə yetirilir. Bu zaman dərini çox sıxmayın (sürtməyin) və onu dartmayın!

8. 35-40 yaşından etibarən boyun nahiyələrində qırışlar əmələ gəlməyə başlayan qadınlarda, qırış və büküşlərin köndələn istiqamətində olmaqla, 1-2 dəqiqə ərzində kiçik çimdikləmə hərəkətləri yerinə yetirilir. Çimdikləmələr əllərin baş və şəhadət barmaqları ilə boyunun orta hissəsindən yan tərəflərə olmaqla aparılır. Çimdikləmələr kiçik, fasiləli və qeyri-kəskin şəkildə icra edilməlidir.

9. "Dəyirman" - əl barmaqları ilə dairəvi hərəkətlər etməklə, onların arxa səthləri ilə, növbə ilə çənə nahiyəsinə toxunurlar. Bu hərəkət 30 saniyə müddətində icra edilir.

10. Qadınlar 25 yaşından sonra boyun nahiyəsində qırışların əmələ gəlməməsi üçün, hər gün profilaktik olaraq, orta hissəsi azca duz qatılmış soyuq su ilə isladılmış, burulmuş şəkildə olan yumşaq dəsmalla boyun nahiyəsini döyəcləyə bilərlər. Burulmuş dəsmalın isladılmış hissəsini çənə nahiyəsinə yaxınlaşdırdıqdan sonra, onun kənarları kəskin şəkildə yan tərəflərə doğru dartıldıqda buxaq nahiyəsinə yüngül zərbələr dəymiş olur.

Bu hərəkətlərə əlavə olaraq, hər gün ən azı 5 dəqiqə ərzində ağır bir kitabı başınıza qoyub gəzmək də xeyirli hesab edilir. Bu hərəkət çənəaltı sahədə buxağın əmələ gəlməsinin qarşısını alır.

Məhsulundan əlavə tarlanın özü də zəkata daxildirmi? like
  • 08 Yan 21:40  
Digərləri Məhsulundan əlavə tarlanın özü də zəkata daxildirmi?

Xeyr, tarladan zəkat verilməz, oradan əldə edilən məhsuldan zəkat verilir

arrow Ətraflı
"Sədərək"dəki yanğında oğurluq etmək like
  • 08 Yan 21:37  
Digərləri "Sədərək"dəki yanğında oğurluq etmək

"Sədərək" Ticarət Mərkəzində yanğın zamanı obyektlərin biri

arrow Ətraflı
“Dərviş Parisi partladır”a baxdım  Britaniya səfirindən like
  • 08 Yan 21:36  
Siyasət “Dərviş Parisi partladır”a baxdım Britaniya səfirindən

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri F

arrow Ətraflı
Nevroz və əsəbə qarşı like
  • 08 Yan 21:25  
Digərləri Nevroz və əsəbə qarşı

Koronavirus olmasa da, məni stress, gərginlik, evdə qalmaq, əsəb, gərginli

arrow Ətraflı
Abşeronda yol polisi qəzaya uğradı: like
  • 08 Yan 21:22  
Digərləri Abşeronda yol polisi qəzaya uğradı:

Abşeronda yol polisi avtomobili qəzaya uğrayıb.

arrow Ətraflı
Ərarvad boşandıqdan bir müddət sonra təkrar evlənə bilərmi? like
  • 08 Yan 21:20  
Digərləri Ərarvad boşandıqdan bir müddət sonra təkrar evlənə bilərmi?

Bəli. Siz, bir dəfə boşandığınız üçün yenidən evlənə bilərsiz. Am

arrow Ətraflı
Başın masajı like
  • 08 Yan 21:15  
Digərləri Başın masajı

Başın dərisinin qidalanması və nəticədə saçların vəziyyətinin yaxş�

arrow Ətraflı
“Hədis” deyə məşhur olan sözlər like
  • 08 Yan 21:10  
Digərləri “Hədis” deyə məşhur olan sözlər

Bu cür sözlər çoxdur. Uydurma da olsa Quranı bilməyən lakin, hədislərə

arrow Ətraflı
İranda universitet atəşə tutulub, like
  • 08 Yan 21:06  
Dünya İranda universitet atəşə tutulub,

Tehranda naməlum silahlı şəxslər Əllamə Təbatəbai adına Universitetə

arrow Ətraflı
Kişilərin yataqda yol verdiyi like
  • 08 Yan 21:05  
Digərləri Kişilərin yataqda yol verdiyi

Qadınlar arasında keçirilən sorğuda kişilərin intim münasibətdə daha �

arrow Ətraflı
İtaliya Ukraynaya HHM sistemləri verməyi like
  • 08 Yan 21:04  
Siyasət İtaliya Ukraynaya HHM sistemləri verməyi

İtaliya Ukraynaya altıncı müdafiə yardımı paketini hazırlayır, hökumə

arrow Ətraflı
Nazir müavinindən yanğınla bağlı like
  • 08 Yan 21:03  
Digərləri Nazir müavinindən yanğınla bağlı

"Hazırda yanğın söndürülüb, demək olar ki, soyutma işləri aparıl

arrow Ətraflı
​Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi like
  • 08 Yan 21:02  
Siyasət ​Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi

Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub.

arrow Ətraflı
Qarabaşaq yarmaların ŞAHIDIR like
  • 08 Yan 21:01  
Digərləri Qarabaşaq yarmaların ŞAHIDIR

Qarabaşaq həm dadlı, həm də çox faydalı bir məhsuldur. Digər yarmalarla

arrow Ətraflı
Qız və ya oğlan uşaqları neçə yaşında evləndirilməlidir? like
  • 08 Yan 20:55  
Digərləri Qız və ya oğlan uşaqları neçə yaşında evləndirilməlidir?

Məzhəblər, Quranda bildirilən evlilik məsələlərinin hardasa heç birinə

arrow Ətraflı