Qaz dolan otaqda 7 dəqiqə kifayətdir ki, insanın həyatına son qoyulsun
Digərləri 06 Yan 2023 11:59:00 348 0
Bayram günlərində (31 dekabr 2022-ci ildən 5 yanvar 2023-cü ilədək) Kliniki Tibbi Mərkəzə zəhərlənmə şübhəsi ilə bağlı 180 müraciət daxil olub. Həmin şəxslərdən 4-ü dəm qazından zəhərlənib.
Bu xəbəri də oxu: İcra başçısına ağır itki
Bəs insanlar necə etsinlər ki, bu təhlükə ilə üz-üzə qalmasınlar.
Son.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, birinci növbədə insanlar standartlara cavab verməyən qaz sobalarından istifadə etməkdən çəkinməlidirlər.
"Dəm qazından zəhərlənmələrin əsas səbəblərindən biri budur. Qaz cihazlarına vaxtında texniki qulluğun göstərilməsi də vacibdir. Çox vaxt qulluq mütəxəssislər tərəfindən deyil, adi insanlar tərəfindən həyata keçirilir, özləri evə qaz xətti çəkirlər, sobanın yerini dəyişirlər, ya da qaz sobasını müəyyən emalatxanalarda düzəltdirirlər. Bütün bunlar da yanma prosesinə təsir edir, nəticədə dəm qazının fəsadları ortaya çıxır".
Ekspert bildirib ki, soba borularının təmizlənməməsi də təhlükəlidir.
"Belə ki, sobanın içərisinə tullantılar düşür, heyvanlar orda yuva qururlar. Nəticədə həmin boru tutulur, dəm qazı evə dolur. İldə ən azı iki dəfə, qış fəslindən əvvəl və sonra həmin borular təmizlənməlidir.
Bunun üçün Mənzil İstismar Sahələri və bu işlə məşğul olan özəl şirkətlər də var. Elə evlər var ki, aylarla, hətta illərlə sobanın boruları təmizlənmir. Belə olduğu halda həmin borular dolur və problemlər yaranır. Bir də dəm qazının evə dolması ən çox hamam və yataq otaqlarında baş verir.
Çünki payız və qış aylarında insanların istiliyə olan tələbatı artır, qaz cihazlarından istifadə edirlər. Yaz, yay aylarında qapıları, pəncərələri açıq saxlayırlar. Soyuq fəsillərdə isə bunun tam tərsi olur. Təsəvvür edin evin qapıları bağlıdır və qaz sobası yanır. Elə bu da təhlükəsizlik qaydalarının pozulmasıdır. İnsanlar arasında maarifləndirmə olsa, məlumatlansalar yaxşıdır.
Ən azından evin havasını gündə bir-iki dəfə dəyişmək lazımdır. Hamam otaqlarında nəfəsliklər, qapının aşağısında dəliklər olmalıdır. Əsasən hamam otaqlarında plastik qapılar olur.
Amma bu tamam yanlışdır. Çünki dəlikləri yoxdur. Həmçinin hamam otaqlarının hündürlüyü minimum 2.2 m və sahəsi 7 kvadratmetr olmalıdır. Evlərin çoxunda hamamlar 1-2 kvadratmetrdir, qapıları isə plastikdir, nəfəslikləri yoxdur. Ona görə içəri dəm qazı dolduğu halda ölüm hadisələri ilə nəticələnir".
E.Nurəliyev həmçinin bildirib ki, dəm qazından boğulma halları ən çox sobalar standartlara uyğun olmayanda baş verir:
"Elə də olur ki, boruları evin bir otağından digərinə çəkirlər. Borunun çıxan yerini külək tutur. Odun alışması üçün də hava lazımdır, o da olmayanda yanma prosesi düzgün getmir.
Qaz dolan otaqda 7 dəqiqə kifayətdir ki, insanın həyatına son qoyulsun. İlk saniyələrdən qaz öz təsirini göstərir. Bəzən deyirlər, kaş bizi çağırardı, kömək istəyərdi. Amma o şəxs huşsuz vəziyyətdə olduğu üçün buna halı qalmır. Təhlükəsizlik qaydalarına əməl edilsə, belə hadisələr olmaz", - deyə ekspert qeyd edib.
Artıq Bakıda və ölkənin digər şəhər və rayonlarında yaşayan Naxçıv
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasit
Qarabağda separatçı-terrorçu rejim "hava limanı planı"nı yenid�
44 günlük II Qarabağ savaşından sonra Türkiyə və Azərbaycan prezidentl�
İrandakı "Sazmane Bəsici Mustəzafin" ("Bəsic") könüll
Bu gün gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qayn
Azərbaycanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamət
Azərbaycanda hazırda yayılan virusun qrip olduğu ehtimal edilir.
Azərbaycan Respublikası Prezidentinin "Əhalinin sosial rifahının yaxş
"Şimali Koreya lideri Kim Çen Inın 9 yaşlı qızı onun varisi ola bil�
ABŞ-Azərbaycan Mədəniyyət Fondunun İdarə Heyəti İsrail və Azərbaycan
Dekabrın 25-də Bakı-Quba magistralının Şabran rayonunundan keçən hissəs
Başa vurduğumuz 2022-ci il bir sıra əlamətdar hadisələrlə yadda qalıb.
Bakıda iki sürücünün bir birinə yol verməməsi qətllə nəticələnib.