İranAzərbaycan sərhədində atışma olub,
Digərləri 06 Yan 2023 11:55:00 387 0
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 43 kiloqram 100 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Bu xəbəri də oxu: İcra başçısına ağır itki
Dövlət Sərhəd Xidmətindən Son.az-a verilən məlumata görə, yanvar ayının 5-də saat 09:53-də Beyləqan rayonunun Birinci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Sərhəd naryadı tərəfindən "Dayan" əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucusu ərazinin sıx qamışlıq olmasından istifadə edərək geri, İran ərazisinə qaçıblar.
Xidməti ərazidə pilotsuz kəşfiyyat uçuş aparatı vasitəsi ilə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada 21 kiloqram 600 qram narkotik vasitə "marixuana" aşkar olunaraq götürülüb.
Həmin gün saat 20:20-də Füzuli rayonunun Birinci Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Dövlət sərhədini pozaraq Azərbaycan Respublikası ərazisinə keçmiş sərhəd pozucusu sərhəd naryadı tərəfindən verilən "Dayan" komandasına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq qaçmağa cəhd göstərmişdir. Sərhəd naryadı təlimata uyğun hərəkət edərək sərhəd pozucusunu yaxalamaq məqsədilə silah tətbiq etmiş və sərhəd pozucusunu ayağından yaralayıb. Saxlanılan şəxsin üzərindən 1 (bir) ədəd xəncər aşkar edilmişdir. Yaralanmış şəxsə sərhədçilər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra Füzuli rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində qamışlıqda gizlənmiş digər sərhəd pozucusu saxlanılıb, baxış zamanı 1 (bir) ədəd bağlamada 6 kiloqram 400 qram narkotik vasitə "marixuana" (xırda bükümlərdə "metamfetamin", 1000 (min) ədəd psixotrop tərkibli "gapaprel" həbləri) və 1 (bir) ədəd bıçaq aşkar olunaraq götürülüb.
Araşdırma zamanı saxlanılan şəxlərin İran İslam Respublikasının Parsabad şəhər sakinləri 1989-cu il təvəllüdlü Şeyxniya Əli Cəmşid oğlu və Əlipur Poya Qəşəm oğlu olduqları müəyyən edilib.
Qarabağda separatçı-terrorçu rejim "hava limanı planı"nı yenid�
44 günlük II Qarabağ savaşından sonra Türkiyə və Azərbaycan prezidentl�
İrandakı "Sazmane Bəsici Mustəzafin" ("Bəsic") könüll
Bu gün gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qayn
Azərbaycanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamət
Azərbaycanda hazırda yayılan virusun qrip olduğu ehtimal edilir.
Azərbaycan Respublikası Prezidentinin "Əhalinin sosial rifahının yaxş
"Şimali Koreya lideri Kim Çen Inın 9 yaşlı qızı onun varisi ola bil�
ABŞ-Azərbaycan Mədəniyyət Fondunun İdarə Heyəti İsrail və Azərbaycan
Dekabrın 25-də Bakı-Quba magistralının Şabran rayonunundan keçən hissəs
Başa vurduğumuz 2022-ci il bir sıra əlamətdar hadisələrlə yadda qalıb.
Bakıda iki sürücünün bir birinə yol verməməsi qətllə nəticələnib.
Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azə
Naxçıvanda yerləşən "Gəmiqaya Şirkəti" MMC-yə məxsus torpaq