Napoleona məktub göndərən


Digərləri 06 Yan 2023 07:30:00 346 0

Napoleona məktub göndərən

Qarabağ xanı İbrahimxəlil xanın qızı, Xurşidbanu Natəvanın bibisi, tarixi qaynaqlarda haqqında Qacar xanədanından olan Fətəli şahın xanımı kimi bəhs edilən Ağabəyim ağa Cavanşir (1780/82 -1832) Azərbaycan, fars dilində yazdığı lirik şeirlərlə klassik ədəbi irsimizi zənginləşdirmişdir. Xalqın dillər əzbəri olan lakin zamanla müəllifi unudulan bir çox bayatı və lirik parçaların Ağabəyim ağaya aid olduğu ədəbiyyatşünaslıq tədqiqatları sayəsində aşkarlanmışdır.

Bu xəbəri də oxu: Şəhid atası vəfat etdi

Son.az axar.az-a istinadən bildirir ki, Ağabəyim ağa İbrahimxəlil xan qızı Cavanşir 1780-ci ildə Şuşada anadan olmuş, ilk gənclik illərindən "Ağabacı" təxəllüsü ilə lirik-aşiqanə şeirlər yazmışdır. Milli ədəbiyyatımızın bu zərif, kövrək ruhlu, əsilzadə şairinin yaradıcılığında Vətən mövzusu daha önəmli yer tutmuş, Qarabağ sevgisi, el-oba həsrəti aparıcı bədii motivlər kimi diqqət mərkəzində olmuşdur.

Dönəmin siyasi hadisələri xan qızının taleyinə amansız zərbələr vurmuş, onu vətənindən, doğmalarından ayrı salmışdır. Ağa Məhəmməd şah Qacar ikinci dəfə Qafqaza yürüşü zamanı, 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta onun qardaşı Hüseynqulu xan Cihansızın oğlu Fətəli şah Qacar (Fətəli şah Hüseynqulu xan oğlu Qovanlı-Qacar (1771, Damğan, Simnan- 23.10.1834, İsfahan) çıxır və öz hakimiyyətinin təhlükəsizliyini təmin etmək üçün bir sıra qərarlar alır. Həmin qərarlardan biri də Qarabağ xanlığı ilə bağlı idi. Belə ki, Fətəli şah "hər iki tərəfin xatircəmliyi üçün" İbrahim xandan öz qızı Ağabəyim ağanı hərəmxanasına göndərməsini istəyir. İbrahim xan bu nikaha razılıq verərək, istəkli qızını Qacarlar xanədanının başçısı Fətəli şaha ərə verir. Ağabəyim ağanın gənc ömrünün kədərli, vətən həsrətli günləri də bundan sonra başlayır.

Tehrana gəlin köçməzdən öncə o, doğulub-böyüdüyü torpaqların gözəlliyini, ürəkaçan mənzərələrini son dəfə görmək, ilahi xilqətdən yaranan əsrarəngiz meşələri, gül-çiçəkli yaylaqları, yaşıl örtüklü dağları gözlərinin yaddaşına köçürmək üçün Şuşanı gəzməyə çıxır. Baxmaqdan doymadığı ana vətəninin hər qarışını beyninə həkk edir, ruhu qanadlanıb Şuşa qalasının dörd bir tərəfini dolaşır, göz yaşı kimi dumduru bulaqların buz kimi suyundan içir, xarıbülbülün ətrini son dəfə köksünə çəkir.

Fətəli şah Qacar da şair idi, "Xaqan" təxəllüsü ilə lirik, aşiqanə qəzəllər yazırdı. Onun zərif düşüncəli, şair qəlbli Ağabəyim ağaya qarşı həssaslığı digər hərəmlərinə münasibətindən kəskin surətdə fərqlənirdi. Fətəli şah böyük ehtiram əlaməti olaraq ona "Sarayın məlaikəsi" statusunu vermişdi. Buna baxmayaraq, Ağabəyim ağa Qacar sarayının divarları arasında sıxılır, öncəki azad həyatı, doğma el-obası üçün darıxdığından daim təkliyə çəkilir, incə ruhlu şeirlər yazır - dərdini, qəmini ağ vərəqlərə "yükləyirdi".

Qaynaqlarda yazıldığına görə, Ağabəyim ağa dərin dərrakəli, möhkəm hafizəli, geniş dünyagörüşlü və savadlı bir qadın olub. O, ərəb, fars, fransız dillərində səlis danışır, "Quran"ı əzbərdən bilirdi. Şeirə, sənətə böyük dəyər verən Ağabəyim ağanın ən sevimli şairi Məhəmməd Füzuli idi. Ağabəyim ağa bir neçə dil bilməsi və dərin savadı sayəsində tez bir zamanda Fətəli şahın da güvənini qazanmış, şah dövlətin diplomatik münasibətlərində önəmli olan danışıqlara və məktublaşmalara Ağabəyim ağanı da cəlb etmişdi. Vaxtilə atası İbrahimxəlil xanın vəziri Molla Pənah Vaqifdən dərs alan Ağabəyim ağa sonralar fransız dilini öyrənərək biliklərini daha da genişləndirmiş, həmçinin dövrünün bir sıra görkəmli şəxsiyyətləri ilə məktublaşmışdı. 1811-ci ildə o, Fransa imperatorunun arvadı ilə görüşmüş, onun vasitəsilə Napoleon Bonaparta məktub göndərmişdi. 1812-ci ildə isə İngiltərə səfiri Ser Qor Ouzli Tehranda danışıqlar apardığı zaman səfirin xanımı da ölkənin birinci xanımı - saray məlaikəsi ilə görüşməyə can atmışdı. Baş tutan həmin görüş haqqında ingilis səyyahı və diplomatı Ceymz Moriyerin yazdıqları xüsusi maraq doğurur. Sarayın məlaikəsi Ağabacı Ağa ilə görüşü təfsilatı ilə verən Moriyer yazırdı:

"Kraliça Ağabacının taxtda oturduğu böyük bir saraya daxil olmaq üçün səfirin qadınına bələdçilik etdilər. Onun əynindəki geyim Qacar dövlətinin ehtişamını göstərirdi. Kraliçanın əynindəki paltarların qızıl düymələri parıldayırdı. Kraliçanın üzərində o qədər qızıl, ləl-cavahirat var idi ki, o, sərbəst hərəkət edə bilmirdi".

Bu görüşdə səfirin xanımı Ağabəyim ağaya İngiltərə kraliçasının hədiyyəsi olan ənbər - qiymətli ətir də gətirmişdi.

İranın bir çox ölkələrlə diplomatik danışıqlarının uğurlu keçməsində Ağabəyim ağanın müstəsna rolu olmuşdur. Eləcə də Rusiya və Qacarlar imperiyaları arasında münasibətlərin barışıqla nəticələnməsi işində Ağabəyim ağanın xidmətləri danılmazdır. Rus çariçası Ağabəyim ağaya göndərdiyi məktubunda onun müdrikliyi haqqında söz açır, dövrünün bu görkəmli şəxsiyyətini "şahın ikinci zöhrəsi", "tale ulduzu" adlandırırdı.

Gözəlliyinin şöhrəti hər tərəfə yayılan Ağabəyim ağa son dərəcə qabiliyyətli, bacarıqlı, vətəncanlı olmaqla yanaşı, həm də çox ədalətli bir qadın olub. O, dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmünə məhkum edilənlərin əfvinə çalışır və buna nail olurdu. Ağabəyim ağanın xidmətlərinə nəzər saldıqda onu öz dövrünün insan hüquqları müdafiəçisi kimi səciyyələndirmək olar. İrəvan xanı Hüseynqulu xanın ruslara əsir düşmüş qardaşı, yüzbaşı, "sarı aslan" ləqəbli Həsən xanın azad olunması da Ağabacı ağanın köməyi sayəsində mümkün olmuşdur.

Ağabəyim ağanın ömrü, həyat yolu həm də yenilməz bir sevgi qalası, məhəbbət abidəsidir. İlk gəncliyindən əmisi Mehralı bəyin oğlu Məhəmmədə könül verən xan qızı ömrü boyu bu sevgiyə sadiq qalıb. Siyasi münasibətləri tənzimləmək məqsədilə Fətəli şah Qacara ərə verilsə də, bu nikah yalnız kağız üstündə qalıb. Ağabəyim ağa heç vaxt Fətəli şaha zövcəlik etməyib, qəlbində başqa birinə qarşı sevgi duyduğunu cəsarətlə şah ərinə bildirib. Cümhuriyyət dönəmində Türkiyədə səfir olan Yusif Vəzir Çəmənzəminlinin də bu barədə qeydləri vardır.

Ağabəyim ağanın ən böyük sevdası isə bütün qəlbi və ruhu ilə bağlı olduğu Qarabağ idi. Qarabağın həsrəti ilə yaşayan şair qərib diyarda keçən ömrün puç olduğunu düşünürdü. Bu kədərli taleyin ən gözəl yadigarı isə onu nəsillərə sevdirən poetik incilərdir. Köksündəki Qarabağ sevgisini, Şuşa həsrətini, Xarıbülbül nisgilini bir ömür yaşadan xan qızı bu dərdlə də dünyanı tərk edib, doğma vətəninə bir daha qovuşmayıb...

O, 1832-ci ildə Tehranda həyatla vidalaşıb və Darül-İman adlanan Qum şəhərində dəfn olunub. Bu həmin şəhər idi ki, Fətəli şah tərəfindən ona bağışlanmış, Ağabəyim ağa ömrünün son illərini burada yaşamışdı. Tədqiqatçıların yazdığına görə, Quma gələnə qədər imamzadə Qasım məqbərəsindəki hücrəsində tənhalığa çəkilən Ağabəyim ağa Quma köçəndən sonra ətrafına Qarabağdan gətirdiyi saray xidmətçilərini toplamışdı. Vətəninin zəkalı və tanınmış şəxslərindən ibarət olan 200-dən artıq xidmətçisi ilə Qumda yaşayan Ağabəyim ağa görünür bununla vətən həsrətini qismən azaltmaq istəmişdi. Lakin bu həsrət heç vaxt azalmamış, getdikcə alovlanmış, Qarabağın Ankası (Səməndər qızı) özünü bu alovların içində yandırmışdı...

Ağabəyim ağanın vətən dərdi Fətəli şahı da ciddi şəkildə düşündürüb, rahatsız edib. Ağabəyim ağanın təkcə gözəlliyinə deyil, ağlına, dərrakəsinə, yüksək ləyaqətinə də məftun olan, onu həddən artıq çox sevən Fətəli şah çalışırmış ki, Ağabəyim ağa heç vaxt qəmlənməsin, dərd çəkməsin. Onun darıxmaması üçün əlindən gələni edən şah arvadının vətən həsrətini, dərdini azaltmaq üçün yollar axtarıb. Buna görə Tehranda onun üçün Qarabağ üslubunda saray tikdirmişdi. Hətta bu sarayın ətrafındakı bağları, bağçaları, su arxlarını, bulaqları da Şuşadakı kimi düzəltdirmişdi. Ağabəyim ağa vətən xiffəti çəkməsin deyə çalışan şahın cəhdləri isə heç bir nəticə verməmişdi.

Ağabəyim ağa üçün heç bir dəbdəbə, sərvət, yaradılan yüksək şərait Şuşanı əvəz edə bilmirdi. Deyilənə görə, bir dəfə oxuduğu, indi dillər əzbəri olan məşhur bayatını Fətəli şah da eşidib, ürəyi riqqətə gəlib:

Mən aşiqəm Qarabağ,

Şəki, Şirvan, Karabağ.

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ...

Mişeldən Putinin qərarına: Bu, ikiüzlülükdür! like
  • 06 Yan 07:25  
Dünya Mişeldən Putinin qərarına: Bu, ikiüzlülükdür!

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiyanın atəşkəs tə

arrow Ətraflı
Baydendən Putinin atəşkəs qərarına reaksiya like
  • 06 Yan 07:19  
Dünya Baydendən Putinin atəşkəs qərarına reaksiya

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinin Ukraynada 36 saat

arrow Ətraflı
Kişi arvadını like
  • 06 Yan 07:14  
Kriminal Kişi arvadını

Yanvarın 6-da saat 04 radələrində paytaxtın Xətai rayonunda 1966-cı il t�

arrow Ətraflı
Keçmiş baş naziri avtomobil vururaraq öldürüb like
  • 06 Yan 07:07  
Dünya Keçmiş baş naziri avtomobil vururaraq öldürüb

Mahaçqalada "VAZ" markalı avtomobil 61 yaşlı kişini vuraraq öld�

arrow Ətraflı
Alpinist məktəbin damından yıxılaraq ölüb like
  • 06 Yan 06:14  
Dünya Alpinist məktəbin damından yıxılaraq ölüb

Sənaye alpinisti Moskva məktəblərindən birinin damından yıxılıb.

arrow Ətraflı
Üç yaşlı qızını vedrədə boğdu like
  • 06 Yan 05:43  
Dünya Üç yaşlı qızını vedrədə boğdu

Rusiyada, Permdə 36 yaşlı kişi üç yaşlı qızını vanna otağında vedr�

arrow Ətraflı
Göyərtəsində onlarla turistin olduğu qayıq batıb like
  • 06 Yan 01:49  
Dünya Göyərtəsində onlarla turistin olduğu qayıq batıb

Bali adasında içərisində onlarla turistin olduğu sürətli qayıq çevrilə

arrow Ətraflı
Məsciddə əxlaqsız FOTO çəkdirən aktrisa üzr istədi like
  • 06 Yan 01:24  
Şou-biznes Məsciddə əxlaqsız FOTO çəkdirən aktrisa üzr istədi

Türkiyəli aktrisa Eda Taşpınar haqqında başladılan istintaq çərçivəsi

arrow Ətraflı
Türk stilistlər Röyanın lüks qarderob otağının altını üstünə çevirdilər like
  • 06 Yan 00:46  
Şou-biznes Türk stilistlər Röyanın lüks qarderob otağının altını üstünə çevirdilər

Xalq artisti Röya Ayxan dəbdəbəli qarderobunu nümayiş etdirib.

arrow Ətraflı
Günün qoroskopu: Tərəfdaşlarla intensiv əməkdaşlıqda fayda var like
  • 06 Yan 00:01  
Digərləri Günün qoroskopu: Tərəfdaşlarla intensiv əməkdaşlıqda fayda var

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Ölü ilə danışmaq şirkdirmi? like
  • 05 Yan 23:55  
Digərləri Ölü ilə danışmaq şirkdirmi?

Quran Saleh (ə) Peyğəmbərin sözlərini ölülərə xatırladır. Bu nitq on

arrow Ətraflı