Kişi və qadınların rəng və ya həna vurmaqları haqqında
Digərləri 05 Yan 2023 22:20:00 356 0
Kişilərin saç və saqqalarına, qadınların isə əl, ayaq və başlarına rəng vurmağın yaxşı bir iş olduğu göstərilir. Kişilərin ayaq və əllərinə rəng (və ya həna) vurmaları xoşa gəlməz bir iş sayılır. Nurə (bədəndəki tükləri tökmək üçün xüsusi kimyəvi maddədir) işlətdikdən sonra isə bədənin hər yerinə həna sürtmək yaxşı olar.
Bu xəbəri də oxu: 7.2 bal gücündə zəlzələ xəbərdarlığı edildi: bu şəhər dağılsa...
Ələ xına vurarkən iş elə görülməlidir ki, xınanın rəngi dırnaqların ucunda bilinsin
Allahın rəsulu Məhəmməd (s) buyurur ki, dörd şey peyğəmbərlərin sevdikləri işlərdəndir.
1.Xoş iyli ətir vurmaq;
2.Qadınlar ilə ünsiyyətdə olmaq;
3.Dişləri fırça ilə yumaq;
4.Hənadan isdifadə etmək;
Peyğəmbər (s) başqa bir hədisdə belə buyrur ki, həna üçün bir dirhəm xərcləmək, Allah yolunda min dirhəm xərcləməkdən daha yaxşıdır. (Burada Peyğəmbər (s) həna işlətməyin böyük mahiyəti olduğunu demək isdəyir).
Həna qoymqğın müsbət nəticələrindən biri neçəsi budur:
1.Qulaqda olan havanı çıxarır;
2.Göz pərdəsində olan tozu aparır və gözü cilalandırır;
3.Burunu yumşaldır (yəni burunda olan ətin sümüklənməsinə yol vermir);
4.Ağızdan gələn iyi xoş, dişlərin dibini isə möhkəm edir ;
5.Şeytanın insanları şirnikdirməsinin qarşısını alır;
Bütün bunların nəticəsində də yaxşı insanlar və mələklər də sevinər, kafirlər isə qəzəblənərlər.
Xoş iyli ətirdən isdifadə etmək insanı qəbr əzabından qoruyar və orada (qəbrdə ) olan, Nəkir və Münkir adlı iki mələk o şəxsdən həya edərlər.
Başqa bir rəvayətdə deyilir ki, başınızda olan ağ tükləri rəngləyin və elə edin ki, yəhudilərə oxşamayasınız.
Həsən ibni Cəhəm söyləyir ki, günlərin bir günü İmam Rza (ə)-ın yanına getmişdim. İmam ilə hal-əhval tutduqdan sonra fikir verib gördüm ki, saqqalına qara rəng vurub. Bir qədər sonra imam (ə) rəng vurmaq barəsində belə bir tövsiyə etdi ki, bu böyük bir işdir. İnsanın özünə fikir verməsi, onun qadınının da təmizliyinə təsir göstərir. (yəni insan daim gərək özünə fikir versin, təmiz geyinsin, bədəninin gözəlliyinə və təmizliyinə diqqət etsin ). Bu bir həqiqətdir ki, bir çox qadınlar ərlərinin özlərinə fikir verməməsi ucbatından özlərinin də qeydinə qalmırlar.
Bu sözlərdən sonra mən imama dedim ki, mənim eşitdiyimə görə, başa həna qoymaq ağ tükün artmasına səbəb olur. Bu doğrudan da belədirmi?
İmam cavabında buyurur ki, tük özü ağarır . Hənanın bu işə heç bir aidiyyəti yoxdur.
Digər bir rəvayətdə deyilir ki, bir gün bir nəfər həzrəti Rəsul (s)-ın yanına gəlir. Peyğəmbər (s) onun saqqalında ağ tük görüb deyir : "Sənin saqqalındakı bu ağ tük bir nurdur."
Sonra əlavə edərək deyir ki, islam qanunlarına riayət edən bir şəxsin saqqalında bir dənə ağ tük çıxsa bu onun üçün qiyamət günü bir nur olar.
Bu əhvalatdan sonra həmən şəxs gedib saqqalına həna qoyur . Peyğəmbər (s) onun gördükdə söyləyir ki, bu şəxs həmən islamdadır, həm də gördüyü iş onun nurunu artırır. Həmin şəxs daha sonra saçlarına da qara rəng çəkir . Peyğəmbər (s) onu yenidən gördükdə söyləyir ki, bu iş isə həm nur, həm iman və həm də islama işarədir. Onun gördüyü iş möminlərin qəlbinə məhəbbət, kafirlərin qəlbinə isə qorxu salar.
Mötəbər bir hədisdə nəql olunmuşdur ki, bir dəstə adam imam Rza (ə)-ın yanına gəlib görürlər ki, İmam saqqalına qara rəng qoyub . Bunun səbəbini soruşduqda İmam belə cavab verir ki, həzrəti Rəsul (s) müharibələrin birində müsəlmanlara əmr etmişdi ki, öz saç və saqqallarına qara rəng vursunlar. (Peyğəmərin burada məqsədi bu olmuşdur ki, müsəlmanlar öz saç-saqqalarına həna qoymaqla cavan görünsünlər və bununla da kafirlərin ürəklərində qorxu yaradaraq qələbə qazansınlar).
İmam Sadiq (ə)-dan qara rəng yaxılmasının adət olub-olmadığını soruşduqda İmam işin həqiqətən adət olduğunu söyləmişdir.
Bir gün həzrəti peyğəmbər (s) belə buyurdu : "Sənin saqqalın bir gün başının qanı ilə boyanacaq. Bunun intizarında ol."
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus
Namazın hikmətlərindən biri də onun həm insanı günahdan saxlaması, həm
Yanvarın 7-də Oslodakı Deyxman Byorvika Mədəniyyət Mərkəzində Azərbayc
Türkiyədə vəzifəli şəxsin iş kabinetində intim görüntüləri yayılı
Almaniya hökuməti Ukraynaya "Marder" PDM-ləri vermək imkanını n�
Nəql olunur ki, Bəni-İsrail tayfasından olan Curəyh adlı cavan oğlan biya
Xankəndi-Laçın yolunda azərbaycanlı ekofəalların 25 gündür davam edən
Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sıradadır.
ABŞ hökuməti qış aylarında Ukraynada hərbi əməliyyatların səngiyəcə