Petrosyanın etirafı yayıldı:


Siyasət 05 Yan 2023 21:48:00 357 0

Petrosyanın etirafı yayıldı:

Xankəndi-Laçın yolunda azərbaycanlı ekofəalların 25 gündür davam edən aksiyası, Azərbaycanın sərvətlərinin talanmasına etiraz fonunda Qarabağa göndərilmiş Ruben Vardanyanın yerli erməni icmasını "fədakarlığa" səsləməsi, ardınca isə erməni diasporunun "Laçın yolu üçün hərəkətə keçəcəyini" bəyan etməsi fonunda Ermənistanın birinci prezidenti Ter-Petrosyanın müraciətləri yenidən sosial şəbəkələrdə yayılıb.

Son.az axar.az-a istinadən bildirir ki, separatçı tör-töküntüsünün yerli erməni icmasının Azərbaycana inteqrasiyasına mane olmasının, Bakıya qarşı aparılan kampaniyaların ermənilərə nələrə başa gələcəyini Ter-Petrosyan vaxtaşırı olaraq gündəmə gətirir.

O, hələ 90-cı illərdə Azərbaycanın sürətlə gücləndiyini bildirmiş və keçmiş Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilərin geri qaytarılmasının vaxtı çatdığını, belə bir fürsətin bir daha ələ düşməyəcəyini demişdi. Tam 25 ildən sonra, 2021-ci ildə Petrosyan o sözlərini xatırladaraq, tarixi fürsətin qaçırıldığını bildirmişdi.

Petrosyanın daha bir mühüm çıxışı isə 2017-ci ilə aiddir. Həmin vaxt Paşinyan hakimiyyətə gəlməmişdi və Serj Sərkisyan işğal edilən rayonların boşaldılacağı ilə bağlı Aprel savaşı zamanı üzərinə götürdüyü öhdəlikdən imtina edirdi.

Petrosyan sözügedən müsahibəsində bildirirdi ki, biz BMT, ATƏT-ə daxil olanda sərhədlərin dəyişməzliyi, ərazilərin bütövlüyü, sərhədlərin dəyişdirilməsi üçün güc tətbiqinin qadağan edilməsi prinsiplərini qəbul etmişik:

"Bunu Azərbaycanla birlikdə qəbul etdik. Dünya bu prinsipləri pozacaq heç bir müddəanı qəbul etmir.

Biz Dağlıq Qarabağı öz ərazimiz, azad edilmiş vilayətlər, hətta müqəddəs torpaqlar adlandıra bilərik. Amma bu cür anlayış beynəlxalq hüquqda yoxdur və olmayacaq da. Bu, illüziyadır və nə Köçəryan, nə də Sərkisyan zamanında bizim hakimiyyət bu terminlərdən istifadə edib. Onlardan istifadə edilsəydi, biz bütövlükdə təcrid ölkə elan ediləcəkdik. Biz bu torpaqları "azad edilən" adlandıra bilərik, amma beynəlxalq ictimaiyyət bunu işğal adlandırır".

Müxbirin "o zaman siz işğalçısınız" sualına, Ter-Petrosyan, "beynəlxalq hüquqa görə, bəli, işğalçıyıq" cavabını vermişdi.

Ter-Petrosyanın digər çıxışları isə 44 günlük Vətən savaşından sonraya aiddir.

Robert Köçəryanın yeni müharibə çağırışına cavab olaraq Ter-Petrosyan demişdi:

"Başa düşmək lazımdır ki, bu, hansı problemlərə gətirib çıxara bilər. Köçəryan doğrudanmı düşünür ki, Azərbaycan oradan çıxacaq? Köçəryan yeni müharibə başlada bilər və bu erməni xalqı üçün yeni itkilərə səbəb olar. Heç bir qüvvə Azərbaycanı oradan çıxmağa vadar edə bilməz. Sizcə, bunu Rusiya edəcək? Heç vaxt! Bütün dünya bizə deyir ki, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasıyla razılaşmaq lazımdır. Bizdən artıq heç nə asılı deyil. Hər şey qurtarıb. Əgər razılaşmasaq, bizi qorxunc problemlər gözləyir".

2021-ci ilin iyun ayında eyni fikrini təkrarlayan Petrosyan Azərbaycanın yalnız ərazisini bərpa etdiyini açıqlamışdı:

"Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın hissəsi hesab edir. O, yalnız ərazisini bərpa etdi, heç kim Azərbaycanı ittiham etmədi. Bu dünyanın qanunu belədir. Bizi Dağlıq Qarabağın Azərbaycanın hissəsi olması ilə razılaşmağa məcbur edəcəklər. Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi".

Ötən ilin sentyabrında isə Ter-Petrosyan münaqişəni uzatmamağa çağırış etmişdi və bildirmişdi ki, Bakı və Ankara ilə problemlər həll olunmasa, tezliklə Ermənistan dövlətçiliyinin mövcudluğu təhlükə altına düşəcək.

Xatırladaq ki, Petrosyan 1996-97-ci illərdə "mərhələli həll" variantını "Ermənistan üçün ən ideal variant" adlandırmışdı. Bu varianta görə Ermənistan işğal etdiyi əraziləri boşaldır, Dağlıq Qarabağın statusu isə gələcəyə saxlanılırdı.

44 günlük savaşda Azərbaycanın tarixi qələbəsindən sonra isə Petrosyan artıq Ermənistan dövlətçiliyi barədə düşünməyin lazım gəldiyini, işğal siyasətinin davam etdiriləcəyi təqdirdə Ermənistan dövlətçiliyinin mövcudluğunun sual altına düşəcəyini təkrarlamaqla məşğuldur.

Tarix təsdiqlədi ki, Petrosyan reallığı daha düzgün qiymətləndirir.

Azərbaycan Ordusu dünya miqyasında like
  • 05 Yan 21:47  
Siyasət Azərbaycan Ordusu dünya miqyasında

Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sıradadır.

arrow Ətraflı
Həlledici an: Müharibəni bitirəcək zərbə like
  • 05 Yan 21:46  
Siyasət Həlledici an: Müharibəni bitirəcək zərbə

ABŞ hökuməti qış aylarında Ukraynada hərbi əməliyyatların səngiyəcə

arrow Ətraflı
Bitkilər ofis işçilərinin səhhətini qoruyur like
  • 05 Yan 21:45  
Digərləri Bitkilər ofis işçilərinin səhhətini qoruyur

Ofislərdə bitkilərin olması orada çalışan insanların səhhətinə çox m

arrow Ətraflı
Azərbaycan generalları niyə hərbi hissələrə like
  • 05 Yan 21:44  
Digərləri Azərbaycan generalları niyə hərbi hissələrə

"Azərbaycan Müdafiə naziri, nazirliyin rəhbəliyində olan ali rütbəl

arrow Ətraflı
ABŞ ilin ilk günlərindən hərəkətə keçdi  Cənubi Qafqazda like
  • 05 Yan 21:43  
Siyasət ABŞ ilin ilk günlərindən hərəkətə keçdi Cənubi Qafqazda

"ABŞ ilin ilk günündən başlayaraq, Azərbaycan və Ermənistan arasın

arrow Ətraflı
Azərbaycan Beynəlxalq Məhkəməyə Ermənistanla bağlı like
  • 05 Yan 21:42  
Siyasət Azərbaycan Beynəlxalq Məhkəməyə Ermənistanla bağlı

Azərbaycan tərəfi Ermənistanın azərbaycanlıların insan hüquqlarının m

arrow Ətraflı
Həcc ziyarətinə getmək istəyənlərin like
  • 05 Yan 21:41  
Dünya Həcc ziyarətinə getmək istəyənlərin

Bu il Həcc ziyarətinə getmək istəyən Səudiyyə Ərəbistanında yaşayan

arrow Ətraflı
Xüms və zəkat like
  • 05 Yan 21:40  
Digərləri Xüms və zəkat

İslam dinində buyurulan vacib işlərdən biri də mənəvi, ictimai və iqdis

arrow Ətraflı
Nikita Mixalkov ağır vəziyyətdə xəstəxanaya like
  • 05 Yan 21:39  
Dünya Nikita Mixalkov ağır vəziyyətdə xəstəxanaya

Rusiyalı rejissor, RSFSR xalq artisti Nikita Mixalkov koronavirusa yoluxaraq a�

arrow Ətraflı
İranda baş örtüyü tələbi ləğv olunur? Dini liderin açıqlamasında like
  • 05 Yan 21:37  
Siyasət İranda baş örtüyü tələbi ləğv olunur? Dini liderin açıqlamasında

İran ali rəhbərinin yanvarın 4-də qadınların baş örtüyü mövzusunda �

arrow Ətraflı
Samoqon yoxsa araq?  Qaraciyər üçün ən təhlükəli like
  • 05 Yan 21:35  
Digərləri Samoqon yoxsa araq? Qaraciyər üçün ən təhlükəli

Qaraciyərdə sirroza kimi gətirib çıxaran alkoqol içkilər - samoqon və ar

arrow Ətraflı
Plastik qabların ziyanı like
  • 05 Yan 21:30  
Digərləri Plastik qabların ziyanı

Plastik qabları 80º C və daha artıq qızdırdıqda onlardan zərərli kimyə

arrow Ətraflı
Hər kəsin sevdiyi bu ərzaqlar xərçəngin real səbəbidir like
  • 05 Yan 21:25  
Digərləri Hər kəsin sevdiyi bu ərzaqlar xərçəngin real səbəbidir

Britaniya alimləri müasir insanların gündəlik yediyi sevimli qidalarnın x�

arrow Ətraflı
Islamda məhrəmnaməhrəm münasibətləri like
  • 05 Yan 21:20  
Digərləri Islamda məhrəmnaməhrəm münasibətləri

Ayə və hədislərdən istifadə edərək bu nəticəyə gəlinir ki, bir-birin

arrow Ətraflı
Piylənməyə qarşı peyvənd hazırlanıb like
  • 05 Yan 21:15  
Digərləri Piylənməyə qarşı peyvənd hazırlanıb

İnsan orqanizmində hipotalamusda və mədədə hazırlanan xüsusi "qreli

arrow Ətraflı