“Uşaq dünyaya gələndən sonra ərimin keçmiş həyat yoldaşı bizdən əl çəkdi”
Şou-biznes 05 Yan 2023 19:45:00 1341 0
"2020-ci ildən başım övladıma qarışıb. Son iki il mənim üçün ailə həyatımla, ən əsası da övladımla bağlı önəmli, yaddaqalan illər oldu. Ərimin keçmiş həyat yoldaşı ilə bağlı problemlərimiz bitdi. Çox şükür! Uşağımız dünyaya gələndən sonra qadın nə yoldaşımı, nə də ki, məni narahat etmir. Özü də başa düşdü ki, nə var, nə yox".
Bu xəbəri də oxu: “Mən "98 benzinəm", heç kimdən qorxmuram” VİDEO
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Türkiyədə yaşayan aktrisa Cəmilə Tağızadə deyib.
"Sənətə günü bu gün qayıdaram. Amma övladımın böyüməsini gözləyirəm. Çünki mənsiz qala bilmir. Yoldaşım da icazə verir, mənə qadağası yoxdur. Sənətimi atmamışam, davam etdirəcəm, sadəcə bir az zamana ehtiyacım var. Bir il bəs edər məncə. Aktrisalıq fəaliyyətimi Türkiyədə davam etdirəcəm. Bu həyatda mümkün olmayan heç nə yoxdur. Yetər ki, insan özü istəsin, çaba göstərsin" deyə aktrisa bildirib.
Cəmilə Tağızadə bildirib ki, sənətdə hər şey maddiyatdan asılıdır.
"Bəzən deyirlər ki, sənətdə mütləq adamın olmalıdır. Bu sözlə razı deyiləm. Vaxtilə Azərbaycanda ən çox çəkilən aktrisalardan biri də mən idim. Mənim nə adamım, nə də tapşıranım var idi! Öz istedadımla, gücümlə, biliyimlə bu sahəyə gəlmişdim. Məncə bunlar hamısı bəhanələrdir. Bəli, elə aktyor, aktrisalarımız var ki, daim onlar çəkilir. Buna görə bir çox rejissorlarımızı qınaya bilərəm. Eyni simalar nə qədər olar?! Teatrlarımızda bir bilsəniz ki, nə qədər yeni üzlər, yeni simalar var. Rejissorları da bir yandan qınamaq düzgün deyil. Çünki istehsalçı şirkət öz filmində tanınmış, məşhur simanı görmək istəyir. Kim istəməz ki, Bred Pit olan filmi izləməsin?! Bütün dünya praktikasında bu belədir. Kim daha çox tələb olunursa, izlənilirsə o da çəkilir. Bizdə elə aktrisalar var ki, dostluqla, tanışlıqla, tapdığı sponsorla özünü baş rolda çəkdirir. Bu tək Azərbaycanda deyil, hər yerdə belədir. Türkiyənin yeşilçam ulduzu Türkan Şorayı da vaxtilə Rüçhan adlı iş adamı qabağa çəkib, ulduz etmişdi. Kimin pulu varsa o həmişə öndədir. Mən də buna qarşıyam. Bizdə yaxşı rejissorlar da, prodüsserlər də var, sadəcə tək problem maliyyədir. Maliyyə problemi aradan qaldırılsa, biz də yüksək səviyyəli filmlər çəkib, nüfuzlu festivallara çıxararıq" deyə aktrisa bildirib.
Türkiyəli aktyor Enis Arıkan xüsusi parti ilə 40 yaşını qeyd edib.
Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya 6 yanvar saat
Dekabrın əvvəlində tanınmış ekstrasens Zirəddin Rzayev Lent.az-a verdiy
Əməkdar artist Könül Kərimova meyxanaçı Namiq Qaraçuxurlu ilə illər ə
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 66 yeni yoluxma faktı qeyd
"Ford F-Series" avtomobil ailəsi 2022-ci ildə ABŞ-da ən çox satı
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad
Kəlbəcər rayonunun ərazisini yüksək keçən soyuq və dağ tundra iqlimi t
Külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisin�
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə
Tez-tez eşq həyatı ilə gündəmə gələn Leonardo DiKaprio yenidən xanıml
ABŞ-nin Kolorado ştatında dəfn şirkəti cəsədləri yandırmaq əvəzinə