Azərbaycanın İsraildə səfirliyinin açılması ilə ikitərəfli münasibətlər tamam başqa səviyyəyə çatacaq
Siyasət 05 Yan 2023 16:54:00 412 0
Azərbaycanın İsraildə səfirliyinin açılması ilə ikitərəfli münasibətlər tamam başqa səviyyəyə çatacaq.
Bu xəbəri də oxu: Türkiyə XİNdən Azərbaycan və Ermənistana çağırış
Son.az Trend-ə istinadən bildirir ki, bunu Qüdsdəki İvrit Universitetinin Asiya və Afrika Araşdırmaları İnstitutunun əməkdaşı, iranşünaslıq üzrə ekspert Vladimir Mesamed STMEGI-yə deyib.
"Ötən 2022-ci il Azərbaycan-İsrail münasibətləri üçün çox mühüm il oldu və ən əsası, ikitərəfli münasibətlərdə uzun müddət davam edən asimmetriyaya son qoyuldu. Azərbaycanın Milli Məclisi Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı qərar qəbul etdi", - ekspert bildirib.
Onun sözlərinə görə, bu, çox böyük hadisədir, çünki İsrail çoxdan Azərbaycanı özünün strateji tərəfdaşı kimi görür.
"Burada heç bir sübut təqdim etməyə ehtiyac yoxdur. Bizim bir-birimizə ehtiyacımız var, bir-birimizə əsaslanaraq inkişaf edirik. Hesab edirəm ki, bu, həqiqətən də bizim mehriban qonşuluğumuzun və tərəfdaşlıq münasibətlərimizin inkişafının sütunudur. Məsələ orasındadır ki, əgər biz postsovet məkanına nəzər salsaq, o zaman əlaqələrimizin həcminə, intensivliyinə, münasibətlərin inkişaf dinamikasına görə Azərbaycan çoxdan birinci yeri tutub və bu yer danılmazdır. Hazırda baş verənlər, sadəcə, halqanı bağladı və hər şeyin lazım olduğu kimi getdiyini göstərdi. Bu, İsraildə çox yüksək qiymətləndirildi, xüsusən də keçmiş baş nazir Yair Lapid və İsrail hökumətinin bütün nazirləri buna müsbət reaksiya verdilər. Bundan əlavə, biz bilirik ki, Bakı ilə əlaqələr həmişə yaxşı inkişaf edib. Həm mərhum Prezident Şimon Peresin, həm də indiki Baş nazir Benyamin Netanyahunun Azərbaycana səfərini xatırlatmaq kifayət edir. Netanyahunun Bakıya səfəri çərçivəsində təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığı daha da genişləndirən mühüm saziş imzalanıb.
Azərbaycanın İsraildə səfirliyinin açılması qərarından əvvəl Azərbaycanda turizm və ticarət nümayəndəlikləri açılıb və onlar uğurla fəaliyyət göstərirlər. Azərbaycanın İsraildəki səfirliyi də bir il ərzində fəaliyyətə başlayacaq. Hazırda binanın tikinti işləri gedir. Əminəm ki, səfirliyin açılması ilə ikitərəfli münasibətlər müəyyən dəyişikliklərə məruz qalacaq və tamamilə fərqli səviyyəyə qalxacaq", - deyə V.Mesamed bildirib.
İsrailli politoloqun sözlərinə görə, demək olar ki, bütün sahələrdə əməkdaşlıq üçün yaxşı potensial var: "Açıq desək, münasibətlər o qədər çox sahələrdə inkişaf edib ki, buraya nəsə əlavə etmək çətindir. Bura yüksək texnologiyalar sektoru, həmçinin, turizm, kənd təsərrüfatı və təhlükəsizlik sahələri daxildir. Sahələr həddindən artıq çoxdur. Azərbaycan İsrailə neft tədarükündə, İsrail isə silah tədarükündə kömək edir. Dünyadakı vəziyyət münasibətlərin dinamikası üçün əlverişli olmasa da, bu il biz yeni kontraktlar, yeni müqavilələr, yeni razılaşmalar, yeni anlaşma memorandumları gözləyirik. Buna mane olan bir çox amil var. Ancaq biz hesab edirik ki, onlar ölkələrimiz arasında yaxınlaşma prosesini ləngitməyəcək".
Son.az
Paytaxtın mərkəzi küçələrindən hesab olunan Afiyəddin Cəlilov küçəs
Müğənni Billi Ayliş ilk dəfə "Vogue" jurnalının üz qabığı
Bir müddətdir Azərbaycanda əhali arasında qrip simptomlu xəstəlik yayıl�
Ötən il daşınmaz əmlak bazarında nəzərə çarpacaq dərəcədə bahalaş
TƏBİB-də ictimaiyyətlə əlaqələr işinin təkmilləşdirilməsi, kütləv
Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızla bağlı siyahıyaal
96 ailə mavi yanacaga həsrətdir. 31 il əvvəl sakinlərin istifadəsinə ver
Heydər Əliyev Sarayında uşaqlar üçün Yeni il şənlikləri əyləncəli-i
Kəlbəcərdə 5 yerdə tikilən kiçik su elektrik stansiyalarında, Laçında
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan
Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yax�
Yanvarın 3-ü Neftçalada məktəbli qız qəflətən dünyasını dəyişib.
Moskvada "Russkoqo radio Voloqda" radiosunun 34 yaşlı aparıcısı A
"Müharibənin necə bitəcəyinə hələ də şübhə edənlər üçün Pu