Birbank kartı sahibləri 2022ci ildə 19 milyon manatdan çox keşbek əldə ediblər
Digərləri 05 Yan 2023 13:14:00 378 0
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını təklif edir. Birbank-lılar bu kart vasitəsilə etdikləri əməliyyatlara görə müxtəlif bonuslar əldə edirlər. Aktiv Birbank Cashback kartı istifadəçiləri 2022-ci il ərzindəhər ay bonuslardan ortalama 54 manat pul qazanıblar.
Bu xəbəri də oxu: DYP sürücülərə müraciət etdi: Ciddi riayət edin
2022-ci il ərzində Birbank-lılar ümumilikdə 19 milyon manatdan çox keşbek əldə ediblər. Bu məbləğin təxminən 780 000 manata yaxını Birbank vasitəsiləkommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlər etdikdə qazanılan 1% keşbeklərin payına düşür. Birbank-ın partnyor mağazalarında edilən alış-verişlərdən qazanılan keşbek məbləği təxminən 1,2 milyon manatdır. Müştərilər qazandıqları keşbekin90%-ni öz ehtiyaclarına istifadə ediblər. Xərclədikləri vəsaitin bir hissəsini keşbek qismində geri almaqla yanaşı, Birbank Cashback debet kart sahibləri ƏDV-ni ikiqat qaytara bilirlər. Ötən il bu kartlar vasitəsilə edilən ödənişlərdən qaytarılan ƏDV-ninhəcmi təqribən 3,2 milyon manat təşkil edib.
Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək, Birbank-da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% keşbek qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.
Birbank Miles kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin Birbank Miles və Birbank Umico kartları ilə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.
Birbank taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.
Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, "1" yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.
Son.az iki gün əvvəl Bakıda baş verən 3 nəqliyyat vasitəsinin toqquşma
Ermənistan növbəti dəfə İkinci Qarabağ savaşında Azərbaycan tərəfdə
Miqrasiya Məcəlləsinə edilən yeni dəyişikliklə 2023-cü ildən 5 il müd
"Güzel günler" serialında rol alan aktyor Burak Dakakla aktrisa Ley
Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim, isti
İranda molla rejiminə qarşı etiraz aksiyaları artıq 3 aydan çoxdur ki, da
Bayram günlərində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxi
Sosial şəbəkə hesablarından etdiyi paylaşımlarla böyük diqqət çəkən
Gəncə Şəhər Baş Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşlarının k
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) daha üç avtomobili Laçın yolund
Nağd ödənişlərdə az, kartla ödəyəndə daha çox ƏDV veriləcəyi alıc