Sarkıdoz
Digərləri 05 Yan 2023 01:01:00 3035 0
SARKIDOZ - naməlum etiologiyalı xronik multisistem xəstəliyi olub, limfositlər və mononuklearların toplanması, qeyri-kazein epiteloid qranulomanın əmələ gəlməsi və zədələnən orqanın normal strukturasının pozulması ilə xarakterizə olunur. Xəstəlik ən çox 20-40 yaşlı şəxslərdə rast gəlinir. Xəstəliyin əmələ gəlmə səbəbi kimi infeksion və qeyri-infeksion faktorların olması əsəs götürülür. Bu xəstəlik zamanı ən çox zədələnən orqan ağciyərlər olur. Genetik və irsi faktorların da sarkidoza səbəb olması danılmır. Metan tozları və ya tüstüsü də ağ ciyərlərdə sarkidoza səbəb olur. PATOMORFOLOGİYASI: Sarkıdozun əsas əlaməti ağciyərlərdə və digər orqanlarda qeyri-kazeoz epitelioid qranulomalardır. Qranulomalar epitelioid hüceyrələrdən, makrofaqlardan, T- helperlər və fibroblastlrda olmur. Sarkoid qranulomasının əmələ gəlməsi ağ ciyər köklərinin ikitərəfli limfadenopatiyasına, ağciyərlərdə dəyişikliklərə, dərinin, gözlərin və digər orqanların zədələnməsinə gətirib çıxarır. ƏLAMƏTLƏRİ: Xəstələr ən çox yüksək yorğunluq, təngnəfəslik, atralgiyalar, əzələ ağrısı, döş qəfəsində ağrı, ümumi zəiflik narahat edir. DİAQNOZ: Müayinə zamanı sarkıdozlu xəstələrin 25%-də dəri zədələnmələri aşkar edilir. Ən çox rast gələn təzahürlər düyünlü eritema ilə yanaşı oynaqların şişkinliyi və ya hiperemiyası olur. Ağciyərlərin müayinəsi zamanı zəifləmiş və sərt tənəffüs eşidilir. Xəstəlik beyin sinirlərinin iflici, polinevrit, polinevropatiya, meningit, epilepsiya əlamətləri və yaddaş pozulmaları ilə müşayət olunur. DİAQNOZU: Qanın ümumi anlizində limfositopeniya, eozinofiliya, hiperkaıiemiya, hiperkalsiuriya aşkar edilir. Qan zərdabında lizosimlərin miqdarının artması mümkündür. MÜALİCƏSİ: Sarkıdozlu xəstələrin əksəriyyəti psixi pozğunluqdan əziyyət çəkirlər. Buna görə də xəstəliyin müalicəsində psixoloji aspektinin və xəstələrin sağala biləcəyinə inandırılması əhəmiyyət kəsb edir. Xəstələrə dərman terapiyası təsir etmədikdə, orqan tansplantasiyası məsləhət görülür.
Bu xəbəri də oxu: DYP sürücülərə müraciət etdi: Ciddi riayət edin
Müğənni Nigarın Camalın Londonda yaşayan qızları Yeni ili qeyd etmək ü
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
ABŞ yaxın günlərdə və ya həftələrdə Ukraynaya yeni silahlar göndərm�
Yarım saat əvvəl Xankəndidə yenidən elektrik enerjisi, eləcə də mobil i
Qırğızıstanda 2023-cü ildən müğənnilərə ictimai tədbirlərdə fonoqr
Tammiqyaslı müharibə başlayandan bəri Rusiya döyüş tanklarının ümumi
Qarabağdakı 44 günlük müharibə ilə bağlı Ermənistanda qaldırılan cin
Ermənistanın İstintaq Komitəsinin rəhbəri Arqişti Kərəmyan Qarabağdak�
İran məsələsi ilə məşğul olmaq ABŞ-ın əsas problemlərindən biridir.
Fransa Ukraynaya "AMX-10 RC" yüngül zirehli döyüş maşınları ve
Fransanın Tehrandakı səfiri Nikolya Roş İran XİN-ə çağırılıb.