Bu senator Bakıya səfir təyinatına imkan vermir
Siyasət 04 Yan 2023 22:52:00 369 0
ABŞ Prezidenti Co Bayden Mark Libbinin Azərbaycana səfir təyin edilməsində israr edir.
Bu xəbəri də oxu: Ermənistan Azərbaycanla əməkdaşlıq iddialarını təkzib etdi
Son.az axar.az-a istinadən bildirir ki, bu barədə ictimai fəal Yeganə Hacıyeva qeyd edib.
O bildirib ki, Bayden dünən Konqresin 2023-cü il üçün ilk sessiyası günü yenidən Azərbaycana səfir kimi Libbinin namizədliyini irəli sürüb:
"Libbi Konqresin 2022-ci il üçün son sessiyasında namizədliyi təsdiq edilməyən 175 səfir namizəddən biridir. Bu 175 nəfərdən cəmi 85-nin namizədliyi Ağ Ev tərəfindən təkrar təqdim edilib".
Onun sözlərinə görə, hazırda Vaşinqtonda Milli Hərbi Kollecdə fakültə müşaviri olan Libbinin Azərbaycana səfir vəzifəsinə namizədliyi Bayden tərəfindən 25 may 2022-ci il tarixində irəli sürülüb:
"Ancaq 8 aydır o, Senatda erməni lobbisinin ruporu Bob Menendezin rəhbərlik etdiyi Xarici Əlaqələr Komitəsində dinləmələrə dəvət edilmir. Libbi ABŞ-ın Avropa Birliyindəki səfirinin müavini vəzifəsində, habelə Varşava, Nikosiya və Bağdadda diplomatik missiyalarda siyasi məsələlər üzrə müşavir vəzifəsində işləyib.
Libbi bundan başqa, Vaşinqtonda Dövlət Departamentinin Əməliyyatlar Mərkəzinin direktor müavini, Mərkəzi Avropa üzrə İdarənin direktor müavini, Cənubi Avropa üzrə İdarənin direktoru vəzifələrində də çalışıb.
Erməni lobbisi Azərbaycana səfir təyinatında həmişə dirəniş göstərir".
Qərbin sanksiyaları altında olan İran və Rusiya ikitərəfli əlaqələri g
Ukrayna ordusu yanvarın 3-də rusların Zaporojye vilayətinin Tokmak rayonunda
Pakistan Senatı və xalqı adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğ
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İsrailin xarici i�
Müğənni Ayan Babakişiyeva paylaşımı ilə gündəmə səs salıb.
Bakının Səbail rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
2018-ci ilin iyulunda Mərkəzi Afrika Respublikasında 3 rusiyalı jurnalistin
Xalq artisti Nurəddin Mehdixanlının səsləndirməsi ilə Xalq şairi Sabir R
Quba şəhərində bir dam altında tikilən iki ailənin yaşadığı ümumi sa
Ukrayna Birləşmiş Millətlər Təşkilatından (BMT) Zaporojye Atom Elektrik
Rusiya Prezidenti Vladimir Putinlə Özbəkistan Prezidenti Şövkət Mirziyayev